Məhəmmədtağı Zehtabi () — pedaqoq, ədəbiyyatşünas, tarixçi, milli mədəni fəal.

Həyatı Məhəmmədtağı Zehtabi 1923-cü il oktyabrın 13-də Şəbüstərdə anadan olub. Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Firqənin birinci qurultayında Şəbüstər nümayəndəsi kimi iştirak edib. Babək qalası qurultayı və Zehtabi Quzey Azərbaycanın azadlığa çıxması güneydə də yeni ümidlər yaradır. Professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirçinin rəhbərliyi ilə fəallar hər il Babək qalasına toplanmağa başlayırlar. Fəallar Babəkin müstəmləkəçiliyə, işğala qarşı mübarizə aparmasını, onun dönməzliyini özlərinə simvol seçiblər. Hər il bu qurultay təkrarlandıqca iştirakçıların sayı artır və bu artıq bir xalq hərəkatına çevrilir. Burada şeirlər söyləyib musiqilər ifa edirlər. Rəqslər edib tamaşalar göstərirlər.Rəcəb Həsənbəyov. Babək Qalası Qurultayı . — milliyyet.info saytı, 2018.

Ölümü Məhəmmədtağı Zehtabi 1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılır. Bəzi güneyli qruplar onun ölümünün təbii olmadığı və qətlə yetirildiyini irəli sürürlər. Mərhum Zehtabinin adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.Əlirza Quluncu. Şəbistərdə güneyli alim Zehtabinin xatirəsi anılıb . — amerikaninsesi.org saytı, 2017.

Kitabları Məhəmmədtağı Zehtabi. Müasir ədəbi azəri dili (səs – sərf). Təbriz «Aşina», 1379 Məhəmmədtağı Zehtabi. «Ərmağane Azərbaycan » dərğisi. Təbriz Məhəmmədtağı Zehtabi. «İslama qədər İran türklərinin dili və ədəbiyyatı». Təbriz, «Əxtər» nəşriyyatı, 1380 Məhəmmədtağı Zehtabi.«İran türklərinin əski tarixi». 2 cilddə. Təbriz, 1999

Həmçinin bax Həsən Dəmirçi Babək Qalası Qurultayı Varlıq jurnalı

Mənbə İstinadlar

Ədəbiyyat

Mənbə

Pərvanə Məmmədli. "Başqa dilim, elim var mənim!, // "Cənubi Azərbaycan: ədəbi portretlər, şəxsiyyətlər", Bakı, Sabah, 2015. Pərvanə Məmmədli. MƏHƏMMƏDTAĞI ZEHTABİ . — gunaz.tv saytı, 24 İyul 2013

Ədəbiyyat Pərvanə Məmmədli. "Cavabı 70 il boyu axtarılan sual" 21 Azər” dərgisi, Dortmund, 1999, 1- ci say Pərvanə Məmmədli. Qəlbi daim millət sevgisi ilə döyünən ziyalı. ”Güney Azərbaycan”(Məlumat kitabı) Bakı, 2000, s. 361-362 «Dilmac» dərgisi , yanvar 2004, səh. 8.

Xarici keçidlər Professor Məhəmməd Tağı Zehtabi ilə müsahibə Prof Zehtabi'nin anma paneli - 1 - کنفرانس بزرگداشت سال پروفسور زهتابی ازمیر Prof Zehtabi'nin anma paneli - 2 - کنفرانس بزرگداشت سال پروفسور زهتابی ازمیر Prof Zehtabinin anma törəni -سخنرانی مهدی نعیمی در مراسم بزگداشت سال پروفسور زهتابی

Kateqoriya:İran yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:İran pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:İran ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Varlıq jurnalının əməkdaşları Kateqoriya:Şəbistərdə doğulanlar Kateqoriya:Şəbistərdə vəfat edənlər Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri []