Rusiya (), rəsmi adı ilə Rusiya Federasiyası () — Şərqi Avropa və Şimali Asiyada yerləşən ölkə. Rusiya dünyanın ən böyük ölkəsidir və on bir zaman zonasını əhatə edir, on dörd ölkə ilə quru sərhədlərini paylaşır. 140 milyondan çox əhalisi ilə Rusiya Avropanın ən böyük ölkəsi və dünyada doqquzuncu ən böyük əhaliyə sahibdir. Rusiya son dərəcə urbanizasiya olunmuş bir ölkədir, burada 1 milyondan çox sakini olan 16 şəhər var. Moskva Avropanın ən sıx əhalisi olan metropoliten ərazisi, Rusiyanın paytaxtı və ən böyük şəhəri, Sankt-Peterburq isə ikinci ən böyük şəhəri və mədəniyyət mərkəzidir.

Bugünkü Rusiyanın ərazisində insan məskunlaşması Alt paleolit dövrünə qədər uzanır. Şərq slavları 3-cü və 8-ci əsrlər arasında Avropada tanınan bir qrup olaraq meydana gəlmişdir. İlk Şərqi Slavyan dövləti olan Kiyev Rus dövləti IX əsrdə yaranmışdır və 988-ci ildə Bizans imperiyasından ortodoks xristianlığı qəbul etmişdir. Kiyev rus dövləti nəticədə dağılmışdır; Moskva Böyük Düklüyü Rus torpaqlarını birləşdirməyə rəhbərlik etmiş və 1547-ci ildə Rusiya çarlığını elan etmişdir. XVIII əsrin əvvəlində Rusiya fəthlər, ilhaq və Rusiya kəşfiyyatçılarının səyləri ilə ərazisini böyük ölçüdə genişləndirmiş, Rusiya imperiyasına çevrilmişdir, bu isə tarixdəki ən böyük üç imperiyadan biri olaraq qalır. Lakin 1917-ci ildəki Rus inqilabı ilə Rusiya monarxiyası ləğv edilmiş və sonradan Rusiya SSRİ-yə, dünyanın ilk konstitusiyalı sosialist dövlətinə çevrilmişdir. Rus vətəndaş müharibəsindən sonra Rusiya SSRİ-dəki ən böyük və əsas tərkib hissəsi olan Sovet İttifaqını qurmuşdur. Sovet İttifaqı 1930-cu illərdə sürətli sənayeləşmə həyata keçirmiş, milyonlarla insanın ölümünə səbəb olmuş Stalin rejimində və daha sonra II Dünya müharibəsində müttəfiqlərin Şərq cəbhəsindəki genişmiqyaslı səylərinə rəhbərlik etmişdir. Soyuq müharibənin başlanması ilə Rusiya ideoloji üstünlük və beynəlxalq nüfuz üçün ABŞ ilə rəqabət aparmışdır. XX əsrdə sovet dövrü Rusiya texnoloji nailiyyətlərində mühüm rol oynamışdır, bunlara ilk süni peyk və ilk insanlı kosmik missiya daxildir.

1991-ci ildə, Sovet İttifaqının dağılmasından sonra Rusiya SSRİ-dən Rusiya Federasiyasına çevrilmişdir. Yeni konstitusiya qəbul edilmiş və federal yarı-prezidentlik sistemi qurulmuşdur. XXI əsrin əvvəlindən etibarən Rusiyanın siyasi sistemi Vladimir Putinin rəhbərliyi altında formalaşmışdır, ölkə demokratiyanın zəifləməsi və avtoritar diktatura halına gəlmişdir. Rusiya keçmiş sovet dövlətlərində və digər ölkələrdə bir sıra müharibələrdə iştirak etmişdir, bunlara 2008-ci ildə Gürcüstanla və 2014-cü ildən bəri Ukrayna ilə müharibə daxildir. Sonuncusu 2014-cü ildə Krımın və 2022-ci ildə digər dörd regionun beynəlxalq tanınmayan ilhaqlarını və davam edən işğalı əhatə edir.

Rusiya ümumiyyətlə böyük bir güc hesab olunur və regional bir güc olaraq, dünyanın ən böyük nüvə silahları ehtiyatına sahibdir və dünyada üçüncü ən yüksək hərbi xərcləri olan ölkədir. Yüksək gəlirli iqtisadiyyata sahibdir və bu iqtisadiyyat, nominal ÜDM-də dünyada on birinci, PPP-də isə dördüncü ən böyükdür. Geniş mineral və enerji resurslarına sahibdir, hansı ki, neft və təbii qaz istehsalında dünyada ikinci ən böyük mövqeyə malikdir. Lakin Rusiya beynəlxalq demokratiya, insan hüquqları və mətbuat azadlığı üzrə göstəricilərdə çox aşağı yerlərdə dayanır və yüksək səviyyədə korrupsiya ilə qarşı-qarşıyadır. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür; G20, ŞƏT, BRICS, APEC, ATƏT və ÜTT-nin üzvüdür, eləcə də post-sovet təşkilatlarının aparıcı üzvüdür, o cümlədən MDB, KTMT və Aİİ. Rusiya 32 UNESCO Ümumdünya İrsi Siyahısına daxil olan mədəni və təbii obyektlərə ev sahibliyi edir.

Etimologiya Rusiya adı Şərq Slavyanlarının əsasən yaşadığı bir Orta Əsr dövləti olan Kiyev Rus dövlətinin adından uydurulmuşdur. Ancaq bu ad tarixdə daha intensivləşmişdir və ölkə sakinləri tərəfindən "Русская Земля" (Rus torpağı) adı ilə çağırılıb. Bu addan törəyən digər dövlətlərdən ayırd etmək üçün, müasir tarixdə Kiyev Rusiyası deyilir. "Rus" adı Rus (Русь) dövlətinin banisi olan Varyaqların bir qrupu olan Rus xalqından gəlir.

Rus adının köhnə Latınca halı olan Rutenya əksəriyyətlə Katolik Avropaya qonşu olan Rus bölgəsinin qərb və cənub bölgələrinə deyilmişdi. Ölkənin indiki adı olan Россия (Rusiya), Rus adının Yunanca halı olan və eyni zamanda Kiyev Rusiyasının Bizans İmperiyası tərəfindən söylənimi olan olan Ρωσία (Rosia) sözündən gəlir.

Tarix

882-ci ildən etibarən indiki Rusiya ərazisində dövlətlər mövcuddur. "Rusiya" () adını rəsmi dövlət adı kimi ilk dəfə I Pyotr 1721-ci ildə ölkəni Rusiya İmperiyası adlandıranda istifadə etmişdir. "Rusiya Federasiyası" adını rəsmən 25 dekabr 1991-ci ildə (1917-ci il Müvəqqəti Hökumət sənədlərinə istinadən) almışdır.

Tarixi ehtimallara görə slavyanlar (öz adı ilə "Vened" tayfaları) Volqa və Oka çayları arasındakı ərazilərə hələ VIII–IX əsrlərdə gəlmişdilər. Onlar Volqa çayı ilə Rus düzənliyinin (qıpçaq çölünün) yuxarı və aşağı hissələrinə hərəkət edirdilər. Baltik dənizindən Volqa və Dnepr çay hövzələrinə gedən çay yollarında ən qədim slavyan yaşayış məntəqələri olan Novqorod, Pskov, Smolensk salınmışdır.

IX–XII əsrlərdə qədim şərqi slavyan tayfaları Vyatka, Kama, Guzey Dvina, Peçora çay hövzələrinə irəliləmişdilər. Bu dövrdə şərqi slavyanlar indiki Vladimir, Suzdal, Ryazan, Tver, Yaroslavl, Voloqda şəhərlərinin ərazilərində məskunlaşmışlar.

Rusiya Federasiyasının ərzisində əksər əhalisi slavyan olan ilk Avropa dövləti Kiyev Rus dövləti hesab olunur. Lakin indiki Rusiya ərazisində qeyd olunan dövlətə qədər də Hun dövləti, Xəzər xaqanlığı kimi imperiyalar və bir sıra digər dövlətlər mövcud olmuşdur. Bu dövlətin tərkibinə müasir Rusiyanın şimal-qərb və mərkəz torpaqları daxil idi. XIII–XIV əsrlərdə Qızıl Orda dövlətinin tərkibində təbəə olaraq Moskva knyazlığı yaranmış və bu da slavyanların yeni muxtariyyatı formalaşmasının özəyini təşkil etmişdir. XVI əsrin ortalarında Rus dövlətinin tərkibinə Volqaboyunun xalqları məskunlaşan ərazilər qatılmış (Kazan və Həştərxan xanlıqları) və burada Simbirsk, Samara, Saratov, Kamışin, Sarıtsin (indiki Volqoqrad) kimi qala-şəhərlər salınmışdır.

XVI əsrdə rusların Şərqi Avropa düzənliyinin meşə-çöl hissəsinə hərəkəti güclənmiş və burada Tambov, Voronej kimi qala-şəhərlər tikilmişdir. Don çayının aşağı axarlarında kazak, Ağ dənizin sahillərində isə pomorların yaşayış məntəqələri yaradılmışdır. Şərqə hərəkət edərək ruslar artıq XVI əsrin axırlarında Ural dağlarını aşmış və Qərbi Sibir düzənliyində məskunlaşmışlar. Burada uzun müddət Sibirin paytaxtı sayılan Tobolsk şəhəri salınmışdır. XVII əsrdə Yenisey və Lena çayları sahilində rus qalaları tikilmiş və həmin əsrdə də ruslar Baykal gölünə çatmışlar. Təxminən yarım əsr vaxt lazım olmuşdur ki, ruslar Ural dağlarından sərt Şimali Asiyanı keçərək Sakit Okean sahillərinə çatsınlar. Rusların şərqə yürüşü XVII əsrdə Kamçatka yarımadasının ələ keçirmələri ilə başa çatmışdır. XVIII–XIX əsrlərdə ruslar Krımda, Mərkəzi Asiya, Qafqaz və Avropada yaşayan bir neçə xalqı özlərinə tabe etdirə bilmişdilər. Beləliklə böyük Rusiya imperiyası yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra keçmiş Rusiya imperiyasının ərazisində bir neçə müstəqil respublikalar yaranmışdır.

Kiyev Rus dövləti thumb|XI əsrdə Kiyev Rus dövlətinin xəritəsi IX əsrdə ilk Şərqi Slavyan dövlətlərinin qurulması, Baltik dənizi regionundan varyaqların buraya gəlməsi, tacirlər, döyüşçülərin gəlməsi ilə üst-üstə düşmüşdür. Əvvəlcə bu gələnlər şərqi Baltikdən, Qara Dəniz və Xəzər Dənizinə doğru uzanan su yolları üzərindən gələn Skandinaviya mənşəli vikinqlər idi. Nestor Kronqinə görə, Rürik adında bir varyaq, 862-ci ildə Novqorodun hökmdarı seçilir. 882-ci ildə əvvəlcədən Xəzərlərə xərac verən xələfi Oleq, cənubdan daxil olaraq Kiyevi işğal edib, Kiyev Rus dövlətini qurur. Oleq, Rürikin oğlu İqor və İqorun oğlu I Svyatoslav sonradan bütün yerli Şərqi Slavyan tayfalarını Kiyev knyazlığına bağlayıb, Xəzər xaqanlığını dağıtmış, Bizans və farslara qarşı müxtəlif hərbi yürüşlər etmişdir.

10-cu əsr — 11-ci əsrləri arasında Kiyev Rus Dövləti Avropanın ən böyük ölkələrindən biri halına gəldi. Böyük Vladimir (980–1015) və oğlu Yaroslav Mudrı (1019–1054) dövründə Kiyev Rus Dövləti çiçəklənmiş və özünün qızıl əsrini yaşamışdır. O dövrdə Kiyev Rus Dövlətində Bizans İmperiyasında mövcud olan Pravoslav Xristianlığı qəbul edilib və ilk Şərqi Slavyan yazılı qanunu olan Russkaya Pravda (Rus Həqiqətləri) kitabı yazıldı.

XI və XII əsrlərdə, Qıpçaqlar və Peçeneqlər kimi köçəri Türk tayfaları tərəfindən mütəmadi keçirilən yürüşlər Slavyan əhalisinin böyük miqdarda köçməsinə, xüsusilə Zalesye kimi tanınan şimalda daha etibarlı sıx meşə regionlarına köçərək məskunlaşmasına səbəb olub. left|thumb|243x243px|Kiyev Rus dövlətinin xristianlaşması. Feodalizm və adəmi mərkəziyyətçilik dövrünə Kiyev Rus dövlətində hökm sürən Rüriklər Sülaləsi üzvləri arasındakı mübarizə öz damğasını vurdu. Kiyev Rus dövlətinin hakimiyyəti, şimal şərqində yerləşən Vladimir-Suzdal, şimal-qərbindəki Novqorod və cənub qərbindəki Qaliçnya-Volnya Knyazlığının xeyrinə azalmağa başladı.

1237–40 illəri arasında Monqol yürüşlərinə məruz qaldı. Bu yürüşlər Kiyev Rus dövlətinə son zərbə vuraraq dağıdılmasına və əhalisinin yarısını itirməsinə yol açdı. Daha sonra yaradılan Türk-Monqol dövləti olan Qızıl Orda Dövləti, Rus krallıqlarını hakimiyyəti altına alaraq iki əsr ərzində Rusiyanın cənubuna və mərkəzinə hökm etdi.

Nəhayət, Reç Pospolita tərəfindən assimilyasiya edilən Qaliçnya-Volnya Knyazlığı, Monqolların hakimiyyətindəki Vladimir-Suzdal və Novqorod Respublikasının azad olmasına şərait yaratmışdır və müasir rus milləti üçün təməl yaratmışdır. Pskov vilayəti ilə birlikdə Novqorod Monqol əsarətindən qurtulur. Aleksandr Nevskinin liderliyində, novqorodlular 1240-cı ildə Neva döyüşündə isveçliləri öz torpaqlarından qovdu və bununla yanaşı 1242-ci ildə Peipus Gölü Döyüşündə də Tevton Cəngavərlərinin Şimali Rusiyada koloniya yaratma təşəbüsslərinə uğurla mane olmağı bacarmışlar.

Böyük Moskva Knyazlığı thumb|Kulikovo Döyüşündən qabaq Sergey Radnojeski Dmitri Donskoyu salamlarkən. Böyük Moskva knyazlığı 1263-cü ildə yaranmışdır. XIV əsrin əvvəllərində Moskva knyazlığı təsərrüfat, sənət və ticarət sahəsində özünün yüksəliş dövrünü keçirirdi. Qərbi Avropa və Şərq ölkələri ilə ticarətdə uğurlar qazanan Moskva Qızıl Orda xanlarından "Böyük knyaz" titulu almaq üçün Tver knyazlığı ilə mübarizəyə başladı. Moskva knyazı İvan Kalita hiylə yolu ilə öz rəqibini aradan qaldırıb, Qızıl Orda xanından "yarlıq" aldı. İvan Kalita böyük knyaz titulunu ələ keçirdikdən sonra Qızıl Orda xanları xeyli müddət rus torpaqlarına yürüşlər etmədilər.

Bu da rus torpaqlarının dirçəlməsinə, Moskvanın varlanıb başqa knyazlıqları özündən asılı vəziyyətə salmasına imkan yaratdı. Moskva knyazlığının güclənməsi birləşdirilmə üçün ilkin şərait yaratdı. Artıq Moskva və başqa knyazlıqlar Qızıl Orda ilə hesablaşmır, xəracı vaxtlı-vaxtında ödəmir, bəzən isə tamamilə imtina edirdilər. Kulikovo döyüşündən sonra isə Moskva knyazı Qızıl Ordaya xərac verməkdən tamamilə imtina etdi. Moskva knyazı III İvanın dövründə rus torpaqlarının Moskva ətrafında birləşdirilməsi çox sürətlə davam edirdi.

O, Rostov və Yaroslavl knyazlıqlarının varlığına son qoydu. Velikiy Novqorod boyarları isə hər vasitə ilə öz müstəqilliklərini qoruyub saxlamağa çalışırdılar. Onların Böyük Litva knyazından kömək istəməsi III İvanın Novqorod üzərinə yürüşünə səbəb oldu. 1471-ci ildə baş vermiş Şelon döyüşündə Moskva knyazı III İvan qalib gəldi. 1478-ci ildə Böyük Novqorod torpağı Moskva tərəfindən tamamilə işğal edildi. Moskva knyazlığı geniş işğallar yolu ilə öz ərazisini genişləndirmək siyasəti yeritməyə başladı.