Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.

Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır: kompüterlər; kommunikasiya avadanlıqları; şəbəkə əməliyyat sistemləri; şəbəkə tətbiqləri (network applications); əlaqə kanalları.

Kompüter şəbəkəsi: əsas anlayışları Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir. Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir. Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır. Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer). Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur. Təkrarlayıcı — siqnalın verilmiş ötürücü fiziki mühitində nəzərdə tutulmuş məsafədən böyük məsafəyə ötürüldüyü zaman, onun formasının və amplitudasının saxlanmasını təmin edən qurğudur. Hab (hub) — kompüterləri şəbəkəyə birləşdirməyə imkan verən qurğudur. Modem — rəqəmsal siqnallarının telefon xətləri vasitəsilə ötürülməsi üçün onları analoq formasına və əksinə çevirən qurğudur. Bu zaman modemdə informasiya siqnallarının modulyasiyası və demodulyasiyası həyata keçirilir. Verilənlərin ümumi istifadəsi — müxtəlif iş yerlərindən digər kompüterlərdə olan fayllara girişə imkan verir. Proqram vasitələrinin ümumi istifadəsi — istifadəçilərə digər kompüterlərdə qurulmuş proqramları istifadə etməyə imkan verir. Şəbəkə paketi — kompüter şəbəkələrində informasiyanın əsas vahididir. Verilənlərin paketlərə bölünməsi zamanı şəbəkədəki hər bir kompüter praktiki olaraq verilənlərin digər kompüterlərlə eyni zamanda qəbulu və ötürülməsi imkanını əldə edir. Protokol – kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşmalar toplusudur. Şəbəkə protokolları – şəbəkədə məlumatların təqdimat formalarını və ötürülmə üsullarını, müxtəlif avadanlıqların birgə işləmə qaydalarını müəyyən edən standarlardır.

Şəbəkələrin arxitekturaları və təsnifatı Kompüter şəbəkələri aşağıdakı təsnifat əlamətlərinə malikdirlər: Topologiya; Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkili; Ötürmə mühiti; İnformasiyanın ötürülmə sürəti; Ölçüsü.

Şəbəkənin topologiyaya görə təsnifatı thumb|275px|Kompüter şəbəkələri

Şəbəkənin topologiyası kompüterlərin əlaqə kanalları vasitəsilə birləşdirilməsinin məntiqi sxemidir.

Tam əlaqəli və qeyri-tam əlaqəli topologiyalar mövcuddur.

Ən çox yayılmış şəbəkə topologiyaları:

Tam əlaqəli topologiya. Şəbəkənin hər bir kompüteri qalan digər kompüterlərlə bilavasitə birləşir. Sadəliyinə baxmayaraq, bu topologiya böyük və qeyri-effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün çoxlu sayda kommunukasiya portuna malik olmalıdır.

Halqavari topologiya. Bütün kompüterlər ardıcıl bir halqada birləşirlər və serverin funksiyaları şəbəkənin bütün kompüterləri arasında paylanır. Bilavasitə informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir.

Halqavari topologiyanın üstülükləri aşağıdakılardır:

Məlumatın ötürülməsi çox effektivdir, çünki bir birinin ardınca bir neçə məlumat göndərmək olar. Yəni kompüter birinci məlumatı göndərdikdən sonra onun ünvana çatmasını gözləmədən növbəti məlumatı göndərə bilər. Şəbəkənin ölçüsü böyük ola bilər, yəni siqnalın gücləndirilməsi üçün xüsusi qurğu istifadə etmədən kompüterlər bir-birilə böyük məsafədə qoşula bilərlər.

Bu topologiyanın çatışmazlıqları: Şəbəkənin aşağı etibarlı olması, çünki hər hansı bir kompüterin dayanması bütün şəbəkənin dayanmasına gətirib çıxarır Yeni kliyentin (kompüterin) qoşulması üçün şəbəkənin işini dayandırmaq lazımdır. Kliyentlərin (kompüterlərin) sayı artdıqca şəbəkənin sürəti aşağı düşür, çünki bütün informasiya hər bir kompüterdən keçir və onların imkanları məhduddur. Şəbəkənin ümumi məhsuldarlığı ən yavaş işləyən kompüterin məhsuldarlığı ilə müəyyən edilir.

Ulduzvari topologiya hər bir kompüterin ayrı xətlə bilavasitə ümumi mərkəzi qovşağın (konsentratorun, təkrarlayıcının və ya habın) ayrı-ayrı portuna qoşulan zaman yaranır. Bu qovşağın funksiyasına hər hansı bir kompüter tərəfindən göndərilən informasiyanın bir və ya digər bütün kompüterlərə ötürülməsi daxildir. Həmçinin mərkəzi qovşaq qismində mərkəzi kompüter (server) istifadə oluna bilər. Server məlumatların ötürülmə marşrutunu təmin edir, periferiya qurğularını qoşur və bütün şəbəkə üçün verilənlərin mərkəzləşdirilmiş saxlancı rolunu oynayır. Bu topologiyanın üstünlükləri: Şəbəkə yüsəksürətlidir, çünki şəbəkənin ümumi məhsuldarlığı ancaq mərkəzi qovşağın məhsuldarlığından asılıdır Şəbəkədə ötürülən verilənlər "toqquşmur", çünki verilənlər kompüterlər və server arasında ayrı-ayrı kanallar vasitəsi ötürülür.

Çatışmazlıqları:

Aşağı etibarlılıq, çünki bütün şəbəkənin etibarlılığı mərkəzi qovşağın etibarlılığı ilə müəyyən edilir. Əgər mərkəzi kompüter sıradan çıxarsa, onda bütün şəbəkənin işi dayanar. Kompüterlərin şəbəkəyə qoşulması baha başa gəlir, çünki mərkəzi qovşaqdan kompüterə ayrı xətt çəkmək lazımdır.

Ağacvari topologiya. Şəbəkədə bir neçə konsentrator istifadə olunur və kompüterlər bir biri ilə iyerarxiya üzrə ulduzvari şəkildə birləşir (şək. 6). Bu şəbəkəyə qoşulmiş istənilən kompüter server ola bilər. Hal-hazırda həm lokal, həm də qlobal şəbəkələrdə ən geniş yayılmış şəbəkə topologiyasıdır.

Ümumi şin topologiyası. Mərkəzi element qismində passiv koaksial kabel iştrak edir və kompüterlər bu kabelə qoşulur (şək. 7). Onun sonlarında terminator qoşulmalıdır. Ötürülən informasiya kabel vasitəsilə yayılır və bu kabelə qoşulmuş bütün kompüterlər üçün əlçatandır. Ümumi şin topologiyalı şəbəkənin ən geniş yayılmış növü Ethernet şəbəkəsidir (informasiyanı ötürmə sürəti 10–100 Mbit/san). Ümumi şin topologiyasının üstünlükləri: İşçi stansiyalarını bir-birindən asılı olmayaraq qoşmaq olar, yəni, yeni kompüterin qoşulması zamanı informasiyanın ötürülməsini dayandırmağa ehtiyac yoxdur. Belə topologiyalı şəbəkələrin qurulması ucuz başa gəlir, çünki yeni kompüterlərin qoşulması zamanı yeni xətlərin çəkilməsinə ehtiyac yoxdur. Şəbəkə yüksək etibarlılığa malikdir, çünki şəbəkənin iş qabiliyyəti ayrı-ayrı kompüterlərin iş qabiliyyətindən asılı deyil.

Ümumi şin topologiyasının çatışmazlıqları: Verilənlərin ötürülməsi sürətinin aşağı olması, çünki bütün informasiya bir kanal (şin) vasitəsilə ötürülür. Şəbəkənin sürəti qoşulmuş kompüterlərin sayından asılıdır, Şəbəkəyə qoşulmuş kompüterlərin sayı nə qədər çox olarsa, informasiyanın bir kompüterdən digər kompüterə ötürülməsi aşağı sürətlə baş verir. Təhlükəsizliyi aşağıdır, çünki hər bir kompüterdəki informasiya istənilən digər kompüterdən əlyetən ola bilər. Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkilinə görə şəbəkələr bölünür: Eyniranqlı şəbəkələrə; Ayrılmış serverli şəbəkələrə. Eyniranqlı şəbəkələrdə bütün kompüterlər eyni prioritetə malikdirlər. Hər bir kompüterdə Microsoft Windows əməliyyat sisteminin istənilən versiyası qurulur. Hər bir istifadəçi öz kompüterinin resurslarına digər istifadəçilərin girişinə icazənin verilməsi qərarını özü qəbul edir. Bu şəbəkənin ən sadə variantıdır. Eyniranqlı şəbəkənin qurulması üçün kompüterlərin kabel vasitəsilə birləşdirilməsi və əməliyyat sisteminin (məsələn, Windows XP Professional) qurulması kifayətdir.

Ayrılmış serverli şəbəkələrə

Ayrılmış serverli şəbəkədə serverin və işçi stansiyaların resursları serverdən mərkəzləşdirilmiş şəkildə idarə olunur. Belə şəbəkələrin yaradılması üçün hər hansı bir kompüterdə server əməliyyat sistemi, məsələn, Windows Server 2003 qurulmalı və tənzimlənməlidir. Bu serverdə istifadəçilərin qeydiyyatı üçün baza yaradılır və resursların və istifadəçilərin kateqoriyaları müəyyən edilir. Kliyent kompüterində əməliyyat sistemi (məsələn, Windows XP Professional) qurulur. Şəbəkəyə qoşulan zaman hər bir istifadəşi serverdə qeydiyyatdan keçir və bundan sonra ümumi şəbəkə resursuna giriş əldə edir. Çox zaman ayrılmış server yalnız müəyyən bir funksiyanı (rolu) yerinə yetirir, məsələn: Fayl serveri faylların saxlanmasına xidmət edir;

Çap serveri printerləri ümumi istifadəyə təqdim edir; Tətbiqlər serveri istifadəçilərin şəbəkə tətbiqlərilə işini təmin edir; Web-server verilənlərə ümumi girişi təmin edir; Elektron poçt serveri istifadəçilərin poçt qutusunu saxlayır və şəbəkədə poçtun çatdırılmasını təmin edir və s. Ötürmə mühitinə görə şəbəkələr naqilli və naqilsiz şəbəkələrə bölünürlər.

Naqilsiz şəbəkələr-kabel sisteminin çəkilməsi məqsədəuyğun olmayan, çətin və ya mümkün olmayan yerlərdə istifadə olunur. Bu zaman şəbəkə informasiyanın ötürülməsi qismində radio-dalğaları istifadə edən adapterlərin köməyi ilə reallaşdırılır.

İnformasiyanın ötürülmə sürətinə görə şəbəkələr aşağısürətli (10 Mbit/san qədər), ortasürətli (100 Mbit/san qədər) və yüksəksürətli (100 Mbit/san çox) şəbəkələrə bölünür.

Ölçüsünə görə şəbəkələr qlobal, lokal, və şəhər (regional) şəbəkələrə bölünür:

Qlobal şəbəkələr () Lokal şəbəkələr () Şəhər (regional) şəbəkələr ()

Qlobal kompüter şəbəkələri Qlobal kompüter şəbəkələri — bir-birlərindən coğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.

Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir.

Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.

Lokal kompüter şəbəkələri

Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur. Lokal şəbəkələr ən geniş yayılmış şəbəkə növüdür.

Korporativ şəbəkə

Korporativ şəbəkə — lokal şəbəkəyə aid olub, hər hansı təşkilat daxilindəki kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.

Şəhər (regional) şəbəkəsi Şəhər (regional) şəbəkəsi (MAN — Metropolitan Area Network) — böyük şəhərin informasiya tələbatını təmin edən şəbəkədir. Şəhər şəbəkəsi rəqəmsal verilənlərin, səsin ötürülməsini dəstəkləyə və kabel televiziyasına malik ola bilər.

Xüsusiyyətlər