Rəftar Cəlil oğlu İmanov () — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas.
Həyatı Rəftar Cəlil oğlu İmanov 16 oktyabr 1928-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam orta təhsilini Dövlətyarlı kəndində aldıqdan sonra orta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Orta təhsillə kifayətlənməyən R. İmanov ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil olur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, professorlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922–1994), dosent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi formalaşmışdı.
Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanov 1951-ci ildə doğma rayonunun Qarğabazar kənd orta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayonunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı.
R. İmanov pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul olmağı qarşısında məqsəd qoymuşdu. Beləliklə о, 1967–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı olmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ. A. Hüseynovun rəhbərliyilə başa çatdırdığı "Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945–1970)" mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir. 1973-cü ildə tarix elmləri namizədi alimlik dərəcəsi və 1979-cu ildə isə dosentlik elmi rütbəsi almış R. İmanov 1973-cü ildən 1988-ci ilədək Xankəndi Dövlət Pedoqoji İnstitutnda dosent, tarix fakültəsinin dekanı və tarix kafedrasının müdiri vəzifələrinə çalışmışdı. R. İmanova 1988–1992-ci illərdə H. Zərdabi adına Gəncə Pedoqoji İnstitutunun İctimai Elmlər kafedrasında dosent, 1992–1996-cı illərdə isə N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şuşa filialında dosent vəzifəsində çalışmaq nəsib olmuşdur. Rəftar müəllim 1996-cı ilin oktyabr ayından bəri Azərbaycan Dövlət Neft Akademiyasının tarix kafedrasında çalışırdı. Hazırda Dənizçilik Akademiyasının tarix kafedrasının müdiridir.
R. İmanov 50-illik elmi-pedoqoji staca malik qocaman müəllim və səriştəli tarixçi alimdir. О, çalışdığı dövr ərzində "SSRİ-nin qabaqcıl maarif xadimi" adına layiq görülmüş, Azərbaycan Maarif Nazirliyinin və Azərbaycan Respublikası Ali Təhsil Nazirliyinin "Fəxri fərmanları" ilə təltif olunmuşdur.
Elmi fəaliyyəti Rəftar İmanov elmi və pedoqoji fəaliyyəti ərzində 4 monoqrafiya, 10 elmi metodiki vəsait, 35 elmi-nəzəri və publistik məqalə nəşr etmişdir.
Kitabları Yeni sosialist şəhəri Daşkəsən tarixindən (1945–1970), (kitab). Elm nəşriyyatı, Bakı, 1973; Daşkəsən (monoqrafiya). Azərnəşr, 1977; Böyük Oktyabrın nailiyyətlərinin müdafiəsində. Bilik cəmiyyəti, Bakı, 1977; Dağlıq Qarabağda xalq təsərrüfatının inkişafı. Bilik cəmiyyəti, Bakı, 1980; Sosialist Dağlıq Qarabağı. Bakı, 1982; Çiçəklənən diyar (DQMV tarixinə aid monoqrafiya). Azərnəşr, 1984; Sovet Dağlıq Qarabağı. Azərnəşr, 1983; Sosializm təkmilləşdirilməsi şəratində Azərbaycan SSR DQMV iqtisadi və sosial inkişafına rəhbərlik sayəsində respublika partiya təşkilatının fəaliyyəti. Gəncə nəşriyyatı, 1989; Siyasi tarix fənninin ictimai elmlər sistemində yeri və rolu (metodiki vəsait). Gəncə, 1992; Azərbaycan tarixi fənninin ictimai elmlər sistemində yeri və rolu (metodiki tövsiyə). N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatı, 1993; Dünya və Vətən mədəniyyəti tarixi (dərs vəsaiti). Bakı, Elm nəşriyyatı, 1996; Müharibədən sonra Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafı və onun başlıca istiqamətləri (1945–1991). Azərbaycan Dövlət Neft Akademiyası, Bakı, 1999; Azərbaycan və İran ikinci cahan müharibəsindən sonrakı illərdə. Bakı, 2000; Tarix fənni üzrə metodiki vəsait. Bakı, 2002; DQMV-nin təşkili və onun siyasi nəticələri. Azərbaycan Universitetinin nəşriyyatı, 2002 Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin tarixi(kitab). Bakı, 2003; Azərbaycanın ərazi bütovlüyünə qəsd — Qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti (monoqrafiya). Adiloğlu nəşriyyatı, 2005; Azərbaycanın ərazi bütövlüyünə qəsd — qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti, Bakı, 2006, 260 səh; Qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixindən (monoqrafiya). Azərbaycan Texniki Universitetin nəşriyyatı, Bakı, 2006, 230 səh; Dünya və Vətən mədəniyyəti tarixindən səhifələr. Nəşriyyat, 2007; Ömrün Qarabağ səhifələri. Azərbaycan Texniki Universiteti, Bakı, 2009; Müxtəsər Azərbaycan Tarixi (dərs vəsaiti). Bakı, 2010; Azərbaycan Dövlət Dəniz Akademiyası, dərs vəsaiti. Bakı, 2011; XVIII əsrin 90-cı illərində Qarabağ əhalisinin yadelli işğalçılara qarşı mübarizəsi tarixindən. Bakı, 2012;
Elmi məqalələri
Azərbaycan Uralı. "Təşviqatçı" jurnalı, № 5, 1960 Sosialist şəhəri (Daşkəsən). "Elm və həyat" jurnalı, № 3, 1970 Yeni sosialist şəhəri Daşkəsənin yaranması və inkişafı tarixindən. Azərbaycan EA Xəbərləri, № 2, 1970 Azərbaycan Uralında mədəni quruculuq. "Tarix və ictimaiyyət", № 2, 1970 Daşkəsən yarışır. "Təşviqatçı" jurnalı, № 13, 1970 Daşkəsən yeni beşillik illərində. "Təşviqatçı", № 13, 1973 Duman arxasında şəhər. "Təşviqatçı", № 10, 1972 Dostluğun bəhrəsi. "Təşviqatçı", № 23, 1974 Hər şey cəbhə üçün. "Ulduz" jurnalı, № 4, 1975 Xalqın böyük hünəri. "Təşviqatçı", № 7, 1975 Xalqların dostluq hünəri. "Təşviqatçı", № 10, 1976 Partiya və sosializm yarışı. "Təşviqatçı", № 22, 1976 DQMV oktyabrın yetirməsidir. Bakı Dövlət Universitetinin elmi əsərləri, № 3, 1977 Gütlərin şüurunda beynəlmiləlçilik ideyasının inkişafı. "Təşviqatçı", № 8, 1978 DQMV sosialist inqilabı illərində. "Təşviqatçı", № 8, 1978 DQMV-də planlar yerinə yetirilir. "Təşviqatçı", № 16, 1979 DQMV Böyük Vətən Müharibəsi illərində. Bakı Dövlət Universitetinin elmi əsərləri, № 8, 1979 Xalqın böyük hünəri DQMV materialları əsasında. "Təşviqatçı", № 7, 1980 Azərbaycan tarixində xalqlar dostluğu movzusunun tədris metodikası haqqında. "Tarix-ictimaiyyət" jurnalı, № 5, 1980 Sovet adamları vətənpərvər və beynəlmiləlçidir. "Təşviqatçı", № 15, 1981 Sov. İKP Mərkəzi Komitəsinin may 1977-ci il plenumunun materiallarının öyrənməsi. "Tarix-ictimaiyyət" jurnalı, № 5, 1977 Sovet xalqları və beynəlmiləlçilik. "Təşviqatçı", № 7, 1981 Azərbaycan KP-nin DQMV-də sənayenin və kənd təsərrüfatının inkişafına rəhbərlik sahəsində fəaliyyəti (1971–1989). ADU-nun əsərləri, Bakı, 1982 Lenin xalqlar dostluğu bayrağı altında. Azərbaycan EA Xəbərləri, № 4, 1982 Dağlıq Qarabağın qəti addımları. "Təşviqatçı", № 21, 1983 Dağlıq Qarabağ Muxtar Vilayəti. "Elm və həyat", № 11, 1983 Dağlıq Qarabağın Mədəniyyət ocaqları. "Mədəni-maarifin işi" jurnalı. № 1, 1982 DQMV Böyük Vətən Müharibəsi illərində, "Elm və həyat", № 5, 1985 Beynəlmiləlçilik bizim bayramımızdır. "Təşviqatçı", № 19, 1986 Coşğun və tərəqqi illəri (DQMV xalq maarifi). "Tarix-ictimaiyyət" jurnalı, 1986 Tərəqqi və quruculuq yolu ilə. "Təşviqatçı", № 15, 1987 Tarix mədəniyyət abidələri kursu ali məktəblərdə. Tarix və diyarşünaslığa dair ümumittifaq konfransında məruzə. Poltavo şəhəri, 11 fevral 1988-ci il Partiyanın aqrar siyasətinin öyrənilməsi. "Tarix-ictimaiyyət" jurnalı, № 5, 1989 Nəsillərə nümunə (B. Sərdarovun anadan olmasının 100 illiyi münasibətilə). "Təşviqatçı", № 5, 1989 Azərbaycanda Sovet hakimiyyəti uğrunda mərd mübarizə. "Kommunist", 28 oktyabr 1989-cu il DQMV elm v mədəniyyətin inkişafı. Gəncə, 1989 Milli müstəqillik uğrunda mübarizə. "Dialoq", № 18, 1990 İnqilabi yenidənqurma. Vəzifələr və problemlər. "Tarix-ictimaiyyət" jurnalı, № 15, 1992 Xalqın böyük hünəri. "Müəllim" qəzeti, 14 may 1995-ci il DQMV-nin yaranması və onun siyasi nəticələri. 17 oktyabr 1997-ci il Müasir dövrdə dinin elm və mədəniyyətlə vəhdətinin bəzi məsələləri (beynəlxalq simpozium). Bakı, 1997 Müstəqilliyimizin ilk illərində milli dövlət quruculuğumuzun çətinlikləri və onları aradan qaldırmaq tədbirləri. ADR-in 80 illiyinə həsr edilmiş Elmi Konfrasın materialları, Azərbaycan Dövlət Neft Akademiyasının əsərləri, 21 may 1998-ci il Xocalı soyqırımı erməni vəhşiliyinin canlı nümunəsidir. "Xocalının səsi", 26.02.1999 28 aprel Azərbaycanın qara günlərinin başlamasıdır. "İki sahil" qəzeti, 29.04.1999 Azərbaycanın XIX və XX əsr tarixi və onun tədris məsələləri. Respublika elmi-praktik konfransında məruzə, 17 oktyabr 1997-ci il Daşnaqların Qarabağ siyasəti, separatizmin mərhələləri. "Müxalifət" qəzeti, 4 aprel 1998-ci il Daşnaqların Qarabağ siyasəti. "Müxalifət" qəzeti, 8 aprel 1998-ci il Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır. AR Elmi Konfransının materialları. ADNA-nın nəşriyyatı "Politologiya və Sosiologiya" fənni üzrə dərs proqramı. AZTU nəşriyyatı, Bakı, 2005 Qonlarma Dağlıq Qarabağ problemi və onun acı nəticələri. AR – 10-a həsr edilmiş praktiki konfransın materialları. ADNA əsərləri. 17 oktyabr 2001-ci il Xəzər Donanması Neft Stategiyasının mühüm vəsiləsidir. AR-10-a həsr edilmiş praktiki konfransın materialları, ADNA əsərləri. 17 oktyabr 2001-ci il Azərbaycan dənizçilik təhsili — 120. "Azərbaycan müəllimi" qəzeti, 22 noyabr 2001-ci il Azərbaycanda dənizçilik təhsilinin inkişafı. "Elm və təhsil", 22 noyabr 2001-ci il Deportasiya. "İki sahil" qəzeti, 25 may 2001-ci il Xəzər Dəniz Gəmiçiliyinin inkişafında H. Əliyevin təşkilatçılıq rolu. ADNA Elmi-praktiki Konfransın materialları. ADNA əsərləri. 30 mart 2003-cü il Azərbaycan Respublikası DQMV-nin yaranması və onun siyasi nəticələri. Azərbaycan Universitetinin nəşriyyatı, Bakı, 2003 1920–1921-ci illərdə Azərbaycan Gəmiçiliyinin inkişafı. ADDA-nın elmi əsərləri, Bakı, 2003 XIX əsrin II yarısı XX əsrin əvvəllərində Azərbaycanda dəniz nəqliyyatının inkişafı. ADDA-nın elmi əsərləri, Bakı, 2003 Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər (Xocalı soyqırımı haqqında). Milli Akademiyanın Tarix İnstitutunun elmi əsərlər toplusu (Azərbaycan, rus və ingilis dilində), Bakı, 2003 Nəqliyyat hüququnda daşıma öhdəliklərinin elementləri. Tərəflərin hüquq və vəzifələri. "Nəqliyyat hüququ" jurnalı, № 1, 2004-cü il Azərbaycan müstəqillik əldə etdikdən sonra gəmiçiliyin inkişafını şərtləndirən amillər. ADDA-nın elmi əsərləri, № 2, 2004-cü il Azərbaycan dənizçilik təhsilinin yaranması və inkişafı. ADDA-nın elmi əsərləri, № 3, 2005-ci il Azərbaycanın dəniz nəqliyyatı İkinci Dünya müharibəsi illərində. Azərbaycan Ali Dənizçilik Məktəbinin nəşriyyatı, Bakı, 2005 Böyük Vətən Müharibəsi illərində Azərbaycan su nəqliyyatı işçilərinin vətənpərvərlik hərəkatı. ADDA-nın elmi əsərləri, № 3, 2005 Mədəniyyətşünaslıqdan proqram. ADTU-nun nəşriyyatı, 2005 Erməni daşnaqlarının Qarabağ siyasəti. Seperatizmin mərhələləri. ADDA-nın elmi əsərləri, Bakı, № 4, 2006 Deportasiya. 1918-ci il mart hadisələri. Azərbaycanlıların soyqırımı. "İki sahil" qəzeti, 25 mart 2000-ci il Azərbaycan dənizçilik təhsilinin inkişafı tarixindən. "Haqqın səsi", 1 iyun 2001-ci il Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır. "Dəniz" qəzeti, 5 oktyabr 2001-ci il Qondarma Dağlıq Qarabağ problemi və onun nəticələri. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş elmi konfransın materialları. Bakı, 17–18 oktyabr 2001-ci il Azərbaycanın müstəqillyi əbədi və sarsılmazdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş elmi konfransın materialları. Bakı, 17 oktyabr 2001-ci il Xəzər Donanması Neft Strategiyasının mühüm vəsiləsidir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2001-ci il Azərbaycan dənizçilik təhsili — 120. "Azərbayca müəllimi", 22 noyabr 2011-ci il Azərbaycan dənizçilik təhsilinin inkişafı. "Elm və təhsil" qəzeti, 22 noyabr 2011-ci il