Atabəy Eldəniz romanı — Yunus Oğuz tərəfindən tarixi roman janrında yazılmış roman.

Haqqında “Atabəy Eldəniz” əsəri müəllifin yeddinci tarixi romanıdır. Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır. Kitaba rəyi Azərbaycan Milli Elmlər Akademiyasının vitse - prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, millət vəkili İsa Həbibbəyli və filologiya elmləri doktoru, akademik, AMEA - nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıblar.

Məzmun Əsər 1136-cı ildən 1225-ci ilə qədər dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti, Atabəylər dövlətinin əsasını qoyan Atabəy Şəmsəddin Eldənizdən və onun xanımı Möminə Xatundan bəhs edir. Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin Dərbəndin qul bazarında satılaraq Bağdada aparılması hadisəsilə başlayır. Və bu hadisənin təsviri dövrün siyasi- ictimai panoramı ilə yanaşı, minlərlə qıpçaq kölələrindən birinin gələcəyə yönəlik arzuları barədə də müfəssəl təsəvvür yaradır… Dövrün ən ziddiyyətli məqamları ( xaşxaşilər hakimiyyətinin güclənməsi, Səlcuq dövlətinin zəifləməsi, konfliktlər, qarşıdurmalar) bu kitabda əks olunub.Müəllif hadisələri həm münaqişələrlə müşayiət edir, həm də tarixi - xronoloji ardıcıllığı qoruyub saxlayır.

Həmçinin bax Şəmsəddin Eldəniz Yunus Oğuz

Xarici keçidlər Azərbaycan tarixinin Atabəy romanı Deputat: “Atabəy Eldəniz” romanı gənc tarixçilər, siyasətçilər üçün çox zəngin materialdır”-

İstinadlar

Kateqoriya:Tarixi romanlar Kateqoriya:Azərbaycan dilində kitablar Kateqoriya:2018-ci ilin kitabları Kateqoriya:Yunus Oğuzun kitabları