Ksavye de Planxol (tam adı Ksavye de Planxol; )" La mort de Xavier de Planhol, géographe " , Le Monde, 2 juin 2016.Nouveau dictionnaire national des contemporains. — Paris : Robin, 1961–1968 — Fransız coğrafiyaşünası, elmlər doktoru, Paris-Sorbonna universitetində coğrafiya professoru və siyasi coğrafiya üzrə geniş tanınmış şəxs.

Həyatı Ksavye de Planxol 1926-cı ilin fevral ayının 3-də Fransada anadan olmuşdur. Elmlər doktoru Planxol milli şərq dilləri və sivilizasiyaları institutu Nensi və Parisin ali məktəblərində islam dünyasının coğrafiyasını 40 ildən artıq bir dövr ərzində tədris etməklə yanaşı, eləcə də Paris-Sorbonna universitetinin fəxri professoru idi. O İrana və İran mədəniyyətinə dərin maraq salmışdı. 2016-cı il may ayının 17-də vəfat etmişdir.

Fəaliyyəti 1958-ci ildən etibarən Azərbaycanda və ilk dəfə İranın Alborz vilayətində monoqrafiya və onun monumental, yüksək qiymətli "Les Nations du Prophète" (1993) və "Minorités en Islam" (1997) adlı monoqrafiyaları və məqalələri nəşr edilməyə başlayanda o İrana və İran mədəniyyətinə öz dərin marağını salmışdır. O "Encyclopædia Iranica"nın əməkdaşlarından biri idi və "Abadan", "Sərhədlər", "Vəba", "Darya", "Zəlzələ", "Aclıq" və gələcəkdə nəşr ediləcək "Coğrafiya" kimi müxtəlif mövzular haqqında məqalələr yazmışdı. Jean-Robert Pitte-nin (1995) "Geographie Historique et Culturelle de l’Europe: Hommage au Professor Xavier de Planhol" adlanmış əsərində profesor Daniel Balland`un tərəfindən 1995-ci ilə qədər olan Planholun geniş mövzularla bağlı əsərləri haqqında bir bioqrafiya hazırlanmış və nəşr edilmişdir.Encyclopaedia Iranica Elmi fəaliyyətini daxil olan əsas mövzular: İnsan və ətraf mühit arasındakı münasibət, maldarlıq, tarixi və mədəni coğrafiya, şəhər coğrafiyası, siyasi coğrafiya. Xüsusilə də Türkiyə-İran dünyası onun başlıca fəaliyyət sahəsi idi. O 1979-cu ildən etibarən uzun illər xaricdə Elmlər Akademiyasının prezidenti olmuşdur. Həmçinin 1990-cı ildən Avropa Akademiyasının üzvüdür. 2015-ci ildə Berlində "Prof. Dr. Frithjof Voss1" adlanan fond tərəfindən alman coğrafiyası üzrə "Beynəlxalq Elmi Mükafatı"na layiq görülmüş, həmçinin 2015-ci il oktyabrın 1-i tarixində Berlindəki Alman Coğrafiya Konqresində bütün həyatını elmi işinin tanınmasına həsr etməsi təsdiq edilmişdir.

Mükafatları Coğrafi cəmiyyətinin böyük gümüş medalı, 1959 CNRS Bürünc medal, 1960 Şərəf Legionunun zabiti," In Memoriam : Xavier de Planhol (1926–2016) " , La Revue Géographique de l'Est, vol. 56 / n°3–4, 2016 (consulté le 25 décembre 2017) 2007. Alman coğrafiyasının beynəlxalq Elmi Mükafatı, 2015

Nəşrləri İslam Tarixinin Coğrafi Quruluşları, Flammarion, 1968 () Fransanın tarixi coğrafiyası, Fayard, 1988 () Peyğəmbərlərin xalqları, müsəlman siyasətinin coğrafi təlimatı, Fayard, 1994 () Qar suyu. İsti və təzə. Taze içkilərin tarixi və coğrafiyası, Fayard, 1995 () İslam və dəniz: məscid və dənizçi 20-ci əsr, Perrin, 2000 () İslamda azlıqlar, siyasi və sosial coğrafiya, Flammarion, 2001 () Heyvan Mənzərə: İnsan və Böyük Vəhşi Təbiət, tarixi zooqeoqrafiya, Fayard, Paris, 2004. (ISBN 2-213-60783-4) ()

Həmçinin bax Afrodisiaslı Apolloni Feliks de Asara

Xarici keçidlər In Memoriam: Xavier de Planhol (1926‒2016) La mort de Xavier de Planhol, géographe — Le Monde Xavier de Planhol

İstinad Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:İranşünaslar