Hadisələr yanvar - İranın Qum şəhərində nümayişçilərə qarşı silah işlədilməsinin İran inqilabının başlanması üçün siqnala çevrilməsi. 20 fevral — Leonid Brejnev özünün SSRİ-nin ən yüksək hərbi təltifi, "Qələbə" ordeninə layiq görülməsi barədə fərman imzalayıb. Fərman müvafiq qanunvericilik pozulmaqla imzalanmışdı. Çünki "Qələbə" ordeni yalnız ali hərbi rütbəsi (general, marşal) olan şəxslərə verilirdi. 1989-cu ildə M. Qorbaçov Brejnevin (ölümündən sonra) bu təltifini ləğv etdi. sentyabr - ABŞ-nin vasitəçiliyi ilə Kemp-Deviddə Misir-İsrail sazişinin imzalanması. Sakit okeanda yerləşən Solomon adalarının öz müstəqilliyini elan etməsi. 21 aprel - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyasın qəbul edilməsi. 18 may — Azərbaycan müəllimlərinin IX qurultayının keçirilməsi. Ağgöl qoruğunun yaradılması. Lənkəran və Masallı rayonları ərazisində Kişik Qızılağac Dövlət Təbiət Qoruğunun yaradılması. Ağdam-Xankəndi dəmiryol xəttinin istifadəyə verilməsi.
Doğumlar Corc Fen — ABŞ videooyun dizayneri. 23 fevral – Lalə Məmmədova — Azərbaycan müğənnisi 23 avqust – Vüsal Məmmədov — əməkdar jurnalist 8 noyabr - Namiq Qaraçuxurlu — Azərbaycanlı meyxanaçı, müğənni 18 dekabr - Nigar İbrahimova (stilist) 21 dekabr - Murad Dadaşov — Azərbaycan aktyoru, şoumen
Ölümlər 18 sentyabr — Adil İsgəndərov – Azərbaycanın teatr və kino rejissoru, aktyor. Huari Bumedyen — Əlcəzair siyasi, dövlət və hərbi xadimi, polkovnik (1957). 2 avqust – Karlos Çaves, Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim.