() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Kateqoriya və statusu (III-VU). Həssasdır, ümumi arealı daxilində məhdud ərazidə qalıb.

Qısa təsviri Böyük qırğıya oxşayır, amma ondan çox kiçikdir. Göyərçin boydadır. Səsi uzun fit kimidir. Ağımtıl boğazında qonur zolaqlar uzanır. Gözləri qonur-qırmızıdır. Yanaqları bozumtul-qonurdur.

Yayılması Avropa və Asiyada yayılıb. Azərbaycanda aran və dağətəyi rayonlarda yayılıb. Lakin son illərdə yalnız dağətəyi sahələrdə təsadüf olunub: Qanıx-Əyriçay, Böyük və Kiçik Qafqaz dağətəyi, Naxçıvan orta dağlığı, Talış dağ bozqırları.

Yaşayış yeri və həyat tərzi Quraq iqlimli seyrək meşədə və hündür ağaclar olan meyvə bağlarında yaşayır. Müxtəlif ağacların 10-12 m hündürlüyündə yuva tikir, bəzən sağsağanın köhnə yuvasını tutur. May ayının axırında 3-5 ədəd mavi-ağ yumurta verir. Dişi quş birinci yumurtadan başlayaraq 30-32 gün kürt yatır. Erkək quş dişisini və balalarını yemləyir, sonralar ona ana quş da kömək edir. Bala 45 gündə pərvaz olur. Əsas yemi iri həşərat, kərtənkələ, siçanabənzər gəmiricilər, az miqdarda xırda quşlardan ibarətdir.

Sayı Heç vaxt çoxsaylı olmayıb, adi saylı quş kimi qeyd edilib. Lakin 1970-ci illərdən sonra düzənlik sahələrdə nəsil verməkdən məhrum olmuş, dağətəyi sahələrdə isə nadir qalıb, 2000-ci illərin sonunda cəmi 18 cüt quş qeyd edilib. Son 10 ildə 33,3 % azalıb.

Məhdudlaşdırıcı amillər Uzun müddət zərərli yırtıcı hesab edilib tələf olunması, yuva tikdiyi hündür ağacların qırılması, yem obyektlərinin zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər 1970-ci illərdən sonra ovlanması qadağandır. Faydalı fauna statusu ilə qorunur. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Yuva sahəsində hündür ağacların qorunub saxlanılması və pestisiddən istifadənin saxlanılması, qorunmasının vacib olmasının əhaliyə geniş izah edilməsi.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1850-ci ildə təsvir edilən quşlar Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Avropa quşları