Berlin müqaviləsi — Osmanlı İmperiyası, Rusiya İmperiyası, Böyük Britaniya, Alman İmperiyası, Avstriya-Macarıstan İmperiyası, İtaliya krallığı və Fransa arasında 13 iyul 1878-ci ildı Berlində imzalanan sülh müqaviləsidir.

Müqavilənin səbəbləri və forması left|thumb|Vasili Vereşşaginin çəkdiyi "Qaliblər" əsəri. Rus qoşunlarına məğlub olan Osmanlı paşası sülh istəyir. 1877–1878-ci il müharibəsinin ardından Osmanlı ilə Rusiya arasında, 3 mart 1878-ci ildə San-Stefano sülh müqaviləsi imzalandı. Bu müqavilənin şərtləri Osmanlı baxımından son dərəcə ağır idi və Rusiyanı Balkan yarımadasında tək böyük güc edirdi. Bu vəziyyət başda Böyük Britaniya olmaqla Avropanın digər iri dövlətlərini qane etmirdi.

Avropa dövlətlərindən gələn təzyiqlər nəticəsində onlarla müharibəyə hazır olmayan Rusiya müqavilənin şərtlərinə yenidən baxılmasına razılıq verdi.

13 iyun 1878-ci ildə Almaniya kansleri Otto fon Bismarkın başçılığı altında Berlində, Osmanlı, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstan və İtaliyanın iştirakı ilə bir konqres toplandı. Osmanlı imperiyasının nümayəndəsi olaraq Karatodori Paşa, Müşir Mehmed Əli Paşa və Berlin səfiri Sədullah bəy göndərilmişdir. Digər dövlətləri də baş nazir və xarici işlər nazirləri təmsil edirdi.

Müqavilənin nəticəsi Müqavilənin əsas nəticələri belə qruplaşdırılır:

Osmanlının torpaq itkiləri Osmanlı imperiyası özünə tabe olan Serbiya, Bolqarıstan, Rumıniya və Çernoqoriyanın krallıq olmalarını qəbul etdi. Şərqi Rumeli vilayəti qurulmuş və Osmanlı imperiyasına bağlı ancaq müxtəlif imtiyazlara sahib olmuşdur. Ərazi bölgüsü isə aşağıdakı kimi olmuşdur: Bosniya və Hersoqovina imtiyazlı vilayət elan edildi Şərqi Rumeli imtiyazlı vilayət elan edildi Bolqarıstan krallığı yaradıldı Kipr sancaqlığı İngiltərəyə icarəyə verildi Niş sancaqlığı Serbiyaya verildi Tesselya sancaqlığı Yunanıstana (1881) verildi Qars, Batumi, Artvin və Ərdəhan sancaqlıqları Rusiyaya verildi. Dobruca sancaqlığı Rumıniyaya verildi Bunlardan əlavə, bir necə qəza Çernoqoriyaya verildi Vanın şərqindəki Qotur bölgəsi İrana verildi.

Bundan başqa, konqres dövründə Fransanın etdiyi pərdəarxası işlər nəticəsində müqavilədə olmadığı halda 3 il sonra Tunis fransızlar tərəfindən işğal edilmiş, əsas kimi də Berlin müqaviləsi göstərilmişdir.

Krit, Şərqi Bəyazit və Alaşkert bölgələri Osmanlıda qaldı.

Etnik azlıqlar məsələsi Osmanlı imperiyası, Vilayət-i Sittə adlanan Şərqi Anadoludakı bölgələrdə ermənilər lehinə islahatlar edəcəkdi. Ancaq qanunlara görə ermənilərin sayları bəs etmədiyi üçün ayrıca bəylik qura bilmədilər. Buna bənzər islahatlar Manastır əyalətində də reallaşdırılmalı idi. Bu iki maddə heç vaxt həyata keçirilmədi.

Nəticə Berlin müqaviləsi Karlovitsa müqaviləsindən sonra Balkanlardakı Osmanlı varlığının yox edilməsi yolundakı ikinci böyük addımdır. Ancaq San-Stefano müqaviləsinin əksinə Osmanlı imperiyasının 35 il daha Balkanlarda qalmasını təmin etdi. Rusiya San-Stefano ilə əldə etdiyi bir çox üstünlükdən məhrum olmuş, xüsusilə Balkanlarla bağlı planları baş tutmamışdır. Müqavilədən ən çox faydalanan yeni qurulan krallıqlar və İngiltərə olmuşdur. Dunay çayı üzərindəki Adaqalanın adı Berlin müqaviləsində keçmədiyi üçün bu ada Osmanlı idarəçiliyində qaldı. Müqavilə Osmanlının geri çəkilməsi ilə başqa dövlətlərə verilən torpaqlardakı müsəlman əhalinin haqları barədə bir qayda nəzərdə tutmadığı üçün, bu müharibə ilə başlanan köç dalğası Osmanlı imperiyasının sonuna qədər davam etdi. Müqavilə Paris müqaviləsində qərara alınmış olan Osmanlının ərazi bütünlüyü anlayışının artıq aradan qaldırıldığını açıq şəkildə göstərdi. Müqavilədə göstərilən torpaq itkiləri müqavilə imzalanandan sonra da davam etdi. 1881-ci ildə Fransa Tunisi, 1882-ci ildə İngiltərə Misir və Sudanı, 1885-ci ildə Bolqarıstan Şərqi Rumelini, eyni ildə İtaliya Həbəş vilayətini işğal etdi.

İstinadlar

Kateqoriya:1878-ci ildə Almaniya Kateqoriya:1878-ci ilin beynəlxalq müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Osmanlı imperiyasının müqavilələri Kateqoriya:Ermənistan tarixi Kateqoriya:1878-ci ildə Avstriya-Macarıstan Kateqoriya:Berlin tarixi Kateqoriya:XIX əsrdə Serbiya Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Tarixi sənədlər Kateqoriya:13 iyul Kateqoriya:1870-ci illərdə Fransa Kateqoriya:Almaniyanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Balkan tarixi Kateqoriya:Bolqarıstanın müqavilələri Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:Ermənistanın müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Monteneqro tarixi Kateqoriya:Monteneqronun müqavilələri Kateqoriya:Rumıniya tarixi Kateqoriya:Rumıniyanın müqavilələri Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) Kateqoriya:Rusiya–Türkiyə münasibətləri Kateqoriya:Serbiyanın müqavilələri Kateqoriya:Sülh müqavilələri