Hadisələr 1 yanvar - Kamerunda ilk dəfə Metr sisteminin tətbiq edilməsi. 5 yanvar - Benin Respublikasında yeni konstitutsiyanın qəbul edilməsi. 16 fevral - Yunanıstanda parlament seçkiləri. 18 fevral - Qabonda leytenant Daniel Mbenenin başçılığı ilə gənc zabitlər tərəfindən prezident Leon Mban'ının hakimiyyətdən devrilməsi. 21 fevral - Baş nazir İsmət İnönüyə Məsud Suna tərəfindən uğursuz sui-qəsd cəhdi. 1 may - Türkiyə Radio Televiziya Qurumunun yaranması və ilk radio kanalı olan TRT-nin fəaliyyətə başlaması. 9 iyul - Afinada Bolqarıstan və Yunanıstan arasında münasibətlərin normallaşdırılması haqqında razılaşma imzalanması. 26 avqust - Parisdə Laosda düşmənçilik edən üç qruplaşma arasında danışıqların başlanması. 28 avqust - Konqo Respublikasının rəsmi olaraq Konqo Demokratik Respublikası adlandırılması. 21 sentyabr - Keçmiş Britaniya müstəmləkəsi olan Maltanın öz müstəqilliyini elan etməsi. 12 dekabr - Keniyanın respublika elan edilməsi. Yasir Ərəfat başda olmaqla Fələstin Azadlıq Təşkilatının yaradılması. Ağstafa rayonunda Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığının yaradılması. Şəki rayonu ərazisində Şəki Dövlət Təbiət Yasaqlığının yaradılması. Bakı şəhərinin indiki Qaradağ rayonu ərazisində Giladaşı Dövlət Təbiət Yasaqlığının yaradılması. Qusar rayonu ərazisində Qusar Dövlət Təbiət Yasaqlığının yaradılması. Şəmkir və Göygöl rayonları ərazisində Şəmkir Dövlət Təbiət Yasaqlığının yaradılması.
Doğumlar 26 avqust - Mehriban Əliyeva Azərbaycanın birinci xanımı 7 yanvar - Nikolas Keyc, amerikan aktyor. 17 yanvar - Mişel Obama, ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı, vəkil. 6 aprel - David Vudord, Amerikalı Amerikalı dirijor və yazıçı. 22 iyun - Den Braun, yazıçı. 30 sentyabr - Monika Belluççi, italyan aktrisa. 5 oktyabr - Eldar İsgəndərzadə, azərbaycanlı şair-dramaturq, ssenari müəllifi, kino redaktoru. 4 dekabr - Sərtab Ərənər, Türk pop müğənnisi.
Ölümlər 18 mart - Norbert Viner, Amerika riyaziyyatçısı. 4 iyul - Samuel Yakovleviç Marşak, Sovet şairi və tərcüməçisi. 7 iyul - Mixail Pavloviç Bobışov, Sovet rəssamı və pedaqoqu, 11 iyul - Moriz Torez, Fransa Kommunist Partiyasının sədri, 29 iyul - Vanda Vasilevskaya, Sovet yazıçısı, şairi və dramaturqu. 1 sentyabr – Corce Corceksu, rumın dirijoru, violonçelçalan. 21 dekabr — Karl van Vexten, Amerikan yazıçısı və fotoqrafı.