Cənubi Afrika Respublikası və ya qısaca CAR (, ) — Afrikanın cənubunda dövlət. Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir.

Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir.

CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur. Bu siyasət uzun və qanlı mübarizəyə gətirib çıxarıb ki, burada aparıcı rolu qara fəallar — Stiv Biko, Desmond Tutu və Nelson Mandela oynayıb. Daha sonra onlara bir çox ağdərililər, eləcə də hind mənşəli Cənubi Afrikalılar qoşuldular. Aparteidin iflasında beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlər də müəyyən rol oynayıb. Nəticədə, siyasi sistemin dəyişməsi nisbətən dinc şəkildə baş verdi: CAR Afrika qitəsində yeganə ölkədir ki, burada bir dəfə də olsun dövlət çevrilişi həyata keçirilməyib.

Yeni CAR-ı bəzən "göy qurşağı ölkəsi" adlandırırlar, çünki bu ölkədə hər millətdən insana rast gəlmək mümkündür.

Həmçinin, CAR nüvə silahı olan, lakin könüllü olaraq ondan imtina edən ilk dövlətdir.

Etimologiya Cənubi Afrika Respublikasında 11 rəsmi dil qəbul olduğundan, ölkənin 11 rəsmi adı var:

Republiek van Suid-Afrika (Afrikaans) Republic of South Africa (İngilis dili) IRiphabliki yeSewula Afrika (cənubi Ndbele) IRiphabliki yaseMzantsi Afrika (Kosa) IRiphabliki yaseNingizimu Afrika (Zulu) Rephaboliki ya Afrika-Borwa (Şımalı soto) Rephaboliki ya Afrika Borwa (Sesoto) Rephaboliki ya Aforika Borwa (Tsvana) IRiphabhulikhi yeNingizimu Afrika (Svati) Riphabuḽiki ya Afurika Tshipembe (Venda) Riphabliki ra Afrika Dzonga (Tsonqa)

Belə geniş çeşiddə adların olmasına baxmayaraq, bəzi Cənubi Afrikalılar rəsmi adlardan çəkinirlər və ölkəni Azaniya adlandırmağa üstünlük verirlər — bunlar əsasən, Avropa müstəmləkə irsindən uzaqlaşmağa çalışan neqroidlərdir.

Iskamto Creole (oğrular dili) ölkənin şərqində Qautenq vilayətində yerləşən qaradərili şəhər gəncləri arasında geniş yayılmış dildir, rəsmi tanınmır və məktəblərdə tədris edilməsi və danışılması qadağandır.

Coğrafiya

Cənubi Afrika Respublikasının ərazisi 22°Cənub enliyindən cənubada, tropik və subtropik qurşaqlarda yerləşir. Sahilləri, əsasən, dağlıqdır; az miqdarda əlverişli körfəz və buxtaları var. Sahil xəttinin uzunluğu 2798 km-dir.

CAR 1 221 038 km² sahəsinə malikdir və bu göstərici üzrə dünyada 24-cü yeri tutur. Cənubi Afrikanın ən yüksək nöqtəsi Dragon dağlarında Njesuchi dağıdır.

CAR-da müxtəlif iqlim zonaları, Namib quru çölündən Şərqdə, Mozambik sərhədində və Hind okeanının sahillərində subtropiklərə qədər təmsil olunur. Şərqdə, ərazi sürətlə yüksəlir, Dragonian dağları meydana gəlir və veld adlanan böyük bir daxili yayla hərəkət edir.

Geoloji quruluş və faydalı qazıntılar Cənubi Afrika Respublikası ərazisinin böyük hissəsi Kembriyəqədər yaşlı Afrika platformasının cənub kənarı hüdudlarındadır; yalnız Kap dağları Hersin qırışıqlığı vilayətinə aiddir. Transvaal massivi, Arxey, Orta və Son Proterozoyun mütəhərrik qurşaqları, Karru və Kalaxari sineklizləri platformanın əsas strukturlarıdır. Massivdə qranit-qneyslərdən, qranulitlərdən, yaşıldaş vulkanik çökmə qatlardan ibarət platforma bünövrəsini Üst Arxey – Orta Proterozoyun platforma çexolu (terrigen və karbonatlı çöküntülər, qızıllı konqlomeratlar, riolitlər, andezitlər, bazaltlar və onların tufları) örtür. Platformanın sonrakı inkişaf mərhələlərində Buşveld lopoliti (qabbrolar, noritlər, peridotitlər, anortozitlər, qranitlər), karbonatitlər, siyenitlər, kimberlitlər və Mezozoyun qələvi qranitləri ilə yarılmış Transvaal sineklizi yaranır thumb|Karu sineklizinin geoloji quruluşu. Keys qurşağının qərbində qırışıqlığa məruz qalmış Proterozoy yaşlı terrigen, vulkanik və karbonat süxurlar zolağı izlənilir. Bu rayonda metamorfizmə uğramış çexol (Vend–Kembri) Keys qurşağında peqmatitlərin əmələ gəlməsi və qərbdə qranit intruziyalarının soxulması ilə formalaşmışdır. Fanerozoyun çökmə çexolunu Paleozoy-Mezozoyun terrigen və kömürlü çöküntüləri, Erkən Yura yaşlı bazaltlar (Karru sineklizi və bir sıra qrabenlər, şərqdə Mozambik çökəyi), Kaynozoyun qumları (Kalaxari sineklizi) təşkil edir. Cənubda Ordovik – Alt Karbonun miogeosinklinal çöküntülərindən ibarət Kap qırışıqlıq qurşağı Karru sineklizinə qovuşur. CAR faydalı qazıntı yataqları ilə zəngindir. Uran, manqan, xrom, qurğuşun, sink, qızıl, platin və almazın iri yataqları Buşveld kompleksi və Üst Arxeyin Vitvatersrand sistemi ilə əlaqədardır. Daş kömür, dəmir filizi, nikel, titan, vanadium, mis, gümüş, qalay, volfram, kobalt, beril, litium, sürmə, torium, zirkon, flüorit, barit, apatit, vermikulit, korund, talk, qrafit, mika, asbest və s. yataqları da mövcuddur.

Relyefi thumb|241x241px|Cənubi Afrika Respublikasının xəritəsi Ölkə ərazisinin çox hissəsini plato və yastıdağlıqlar tutur: şm.-ş.-də şiş zirvəli kristallik silsilələrlə (Soutpansberge, Vaterberq, Vitvatersrand), həmçinin yastızirvəli qalıq massivlərlə müşayiət olunan Veld platoları seriyası, Vaal çayının sağsahilboyunda Kuruman, Langeberq və s. qalıq dağlar ilə Kap platosu, cənubda Yuxarı Karru qıraq platoları, qərbdə Kiçik Namakvalend yastıdağlığı (orta hündürlük 1200 m), Oranj çayından şm.-da 900–1000 m yüksəklikdə quru çay dərələri ilə kəsilmiş Kalaxari düzənlikləri yerləşir. Plato və yastıdağlıqların ş.-də sahilboyu düzənliyə, c.-da Böyük Karru çökəkliyinə düşən dik yamacları – Böyük Çıxıntı ölkə ərazisi relyefinin ən səciyyəvi elementidir. Çıxıntının arxasında Kap dağları yüksəlir. Mühüm landşaft səddi olan Böyük Çıxıntı ölkənin daxili rayonları ilə əlaqəni çətinləşdirir.

İqlimi İqlimi, əsasən, tropik, 30°Cənub enliyindən cənubda isə subtropikdir. Daxili rayonların iqlimini Hind okeanından gələn rütubətli küləklərin qarşısını kəsən Böyük Çıxıntı formalaşdırır. Sahilboyu ovalıqlarda və Böyük Çıxıntının küləktutan yamaclarında il ərzində 1000–2000 mm, daxili rayonlarda və cənub -qərbdə 150 mm-ədək yağıntı düşür. Yastıdağlıqda yay aylarının orta temperaturu 18–27 °C, qış aylarınkı 7–10 °C-dir. Cənub-qərbdə və Veld platosunda 6 ay müddətində şaxtalar olur; quraqlıq səciyyəvidir. Subtropiklərdə yay aylarının orta temperaturu təqribən 21 °C, qış aylarınkı 13 °C-dən az, yağıntının illik miqdarı 700 mm-dir. Atlantika okeanı sahilində səhra iqlimi hakimdir; temperatur yayda 18–24 °C, qışda 11–15 °C, yağıntı 100 mm-dək olur.

Bitki örtüyü və heyvanlar aləmi thumb|Krüger Milli Parkında yolu keçən fil Ölkədə, əsasən, qırmızı, qırmızı-qonur, qara və boz-qəhvəyi torpaqlar yayılmışdır. Qırmızı-qonur torpaqlar səhra-çöl sahələri, qırmızı torpaqlar isə quru çöllər üçün səciyyəvidir. Quru savannaların"qara torf" adlandırılan dəmirli qara torpaqları məhsuldarlığı ilə seçilir. Yüksəkliklərdə çox vaxt qələviləşmiş qırmızı torpaqlara rast gəlinir. Sahilboyu rayonların torpaqları müxtəlifliyi ilə fərqlənir. Cənub-qərb sahilboyu münbit qonur torpaqlar sahəsidir. Yamacların düzgün şumlanmaması, mal-qaranın otarılması torpağın strukturunun pozulmasına və eroziyaya uğramasına səbəb olur. Quru iqlim süni suvarma problemi yaradır. Torpaqların cəmi 15%-i kənd təsərrüfatına yararlıdır. thumb|196x196px|CAR-da dağlıq ərazidə çəkilmiş qazel. Ölkənin bitki aləmi zəngin və rəngarəngdir. İki floristik vilayətə (Kap və Paleotropik) aid olan təqribən 15 min bitki növü vardır. Savanna, yarımsəhra və səhra zonalarının bitkiləri üstünlük təşkil edir. Daha rütubətli rayonlarda müxtəlif palmalar, Afrika baobabları, podokarpuslar, qiymətli ağac cinsləri və taxıl otları bitir; Aşağı Velddə park-savanna, yaxud savanna-mopane, Buşvelddə akasiya-südləyən savannası yerləşir. Yarımsəhra və səhra zonaları qərb sahilboyu düzənliyi, Yuxarı, Böyük və Kiçik Karrunu və Kalaxarinin ən quraq hissəsini tutur. Şimal-qərb rayonlarında sukkulentlər, yaxud "daş bitkilər" bitir; Namibiya ilə sərhəddə, qumlu torpaqlarda taxıllar üstünlük təşkil edir. Böyük Veldi otlu çöllər (qrasveld) tutur.

Qrasveld ərazisinin 60%-dən çoxu taxıllarla örtülmüşdür, Rütubətli şərq rayonlarında hündür temeda (1m-ədək), quraq rayonlarda alçaq temeda (hünd. 0,5 m-ədək) yayılmışdır; burada həmçinin daşdayan və topalın müxtəlif növləri vardır. Ölkə ərazisinin təqr. 6,7%-ni meşələr tutur. Şərq sahilboyunda tipik savannalar, 30 °C.e.-ndən c.-da kiçik sahələrdə müxtəlif lianalar və epifitlərlə qarışıq fikuslardan, Kap şümşad ağacı, Kap qırmızı ağacı və Kap ebenasından ibarət subtropik və sərtyarpaqlı həmişəyaşıl kolluqlar, meşələr, dağ yamaclarının bəzi yerlərində subtropik musson meşələri yayılmışdır.

Heyvanlar aləmi yırtıcılardan (vəhşi pişiklər, kaftarlar, panterlər, hepardlar, şirlər), çoxsaylı dırnaqlılardan, fillərdən ibarətdir. Bir neçə viver, iriqulaq it, gəmiricilərin bir neçə cinsi, qızılı göstəbəklər, 15 quş cinsi endemikdir. Ölkədə təqribən 40 minədək cücü və 200 növ ilan, təqribən 150 termit növmüxtəlifliyi məlumdur; şimal -şərqdə sese milçəyi və malyariya ağcaqanadlarının yayılma ocaqları var. Heyvanlar aləmi qoruqlarda və milli parklarda yaxşı mühafizə edilmişdir. Krüger, Kalaxari–Gemsbok və s. milli parkları, çoxsaylı qoruqlar, faunistik rezervatlar vardır.

Tarixi

thumb|Çubuqları bir-birinə sürtməklə alov əldə etmək istəyən cənubi afrikalılar. Etnik müxtəlifliyə sahib olan Cənubi Afrika Respublikasının tarixi keçmişi ümumilikdə 5 mərhələyə ayılır:

Müstəmləkədən əvvəlki mərhələ Müstəmləkə mərhələsi Müstəmləkədən sonrakı mərhələ Aparteid mərhələsi Apartedi sonrası mərhələ

Bu tarixin, xüsusi ilə müstəmləkə və müstəmlədədən sonrakı mərhələləri mədəniyyət fəaliyyətləri, Avropalıların və yerli xalqaların arasındakı şiddətli torpaq anlaşılmazlıqları, təzyiqlər, digər irq və siyasi gərginliklərlə xarakterikdir.

XIX əsrdə almaz və qızıl keşfləri bölgənin sərvətinə dərindən təsir göstərmiş, dünya səhnəsinə çıxartmışdır və sadəcə kənd təsərüfatı əsaslı iqtisadiyyatdan sənayeləşməyə keçid baş vermişdir.. Kəşflər, eyni zamanda Cənubi Afrika mədənçilik sənayesi üzərindəki nəzarət əldə etmək üçün əsasən Boer köçkünləri və İngiltərə imperatorluğu arasında açıq müharibəylə nəticələnən yerli münaqişələrə səbəb oldu. Anqlo-Boer və ya Cənubi Afrika müharibəsində Boerlərin məğlubiyyətindən sonra, Cənubi Afrika birliyi 1909-cu il Cənubi Afrika konstitusiyasına əsaslanaraq İngiltərə imperatorluğunun müstəmləkəsi olaraq quruldu. İngilis kolonyaları: Keyp koloinyası, Natal kolonyiası, Transvaal koloniyası və Orang koloniyası Birlik qanunalarının qüvvəyə minməsindən sonra 1934-cü ildə Britaniya İmperatorluğu tərkibində özü-özünü idarə edən bir dövlət oldu.

Bu müstəqillik 1960 referendumunda qərəra alınmış və 31 may 1961-ci ildə reallaşmış ölkənin Cənubi Afrika Respublikası adı altında vahid müstəqil bir dövlət kimi formlaşması ilə sona çatdı. Cənubi Afrika siyasəti 1948–1994-cü ildə Afrika miliyyətçiləri tərəfindən idarə edilirdi. İrqi ayrı seçkiliyi və ya rəsmi olaraq "aparteid" olaraq adlandırılan ağ irq qanunu,"ayrılıq"mənasına gələn Afrika sözü olub,1948-ci ildə ortaya çıxdı və Cənubi Afrikanın bir respublika halında biləşməsindən sonra rəsmi bir ayrı seçkilik qanunu halına gəldi.1960 da qüvvəyə minən konstitusiya 27 aprel 1994-cü ildə, silahlı mübarizə və irq ayrı seçkiliyinə qarşı beynəlxalq müxalifətin ardınca, SSRİ-nin əsas olaraq Afrika Milli Konqresinə əsgər və siyasi dəstək təmin etməsiylə, qələbə çaldı. Ölkənin bütün irqlərinin səs verə biləcəyi ilk demoktraik səs vermədən bəri, Afrika Milli Konqresi, Cənubi Afrika Komunist Partiyası və Cənubi Afrika Həmkarlar konnfederasiyası ilə birlikdə ittifaq içərisində Cənubi Afrika siyasətinə hakim oldu.

Qanun və hüquqular