Kauhaneva-Pohyankanqas Milli Parkı () – Finlandiyanın Cənubi Ostrobotniya və Satakunta regionlarında, Karvia və Kauhayoki bələdiyyələrində yerləşən milli park. 1982-ci ildə yaradılmış milli parkın sahəsi 57 km² təşkil edir. Ərazinin böyük hissəsini bataqlıqlar təşkil edir. Milli parkda yerləşən Kauhaneva bataqlığının sahəsi 16,3 km² təşkil edir.

2004-cü ildə park əhəmiyyətinə görə Ramsar yeri elan edilmişdir. Park həmçinin Natura 2000 qoruq əraziləri şəbəkəsinin tərkib hissəsidir.

Coğrafiya

Kauhaneva-Pohyankanqas bölgəsi Suomenselkya çay hövzəsi bölgəsinin cənub-qərb regionunda yerləşir. Torpağ çimlidir və ana süxurlar porfirik qranitdən təşkil olunmuşdur.

Kauhaneva bölgəsinin şimalı dəniz səviyyəsindən 170-177 metr yüksəklikdədir. Cənub və qərb hissələri isə dəniz səviyyəsindən 160 metr yüksəklikdədir.

İstinadlar

Xarici keçidlər

Outdoors.fi – Kauhaneva-Pohyankanqas Milli Parkı

Kateqoriya:1982-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Finlandiya milli parkları Kateqoriya:Finlandiyada Ramsar yerləri