Kapitan Amerika heykəli () – Marvel Comics nəşriyyatının eyniadlı personajının 75 illiyinə həsr olunmuş heykəl.
Haqqında Heykəl 2016-cı ilin iyulunda Marvel və Disney tərəfindən anons edilmişdir. Marvel və Comicave Studios sənətkarları tərəfindən dizayn edilmişdir. Əsər 2016 San Diego Comic-Con tədbiri zamanı tanıdılmışdır. Daha sonra ABŞ turuna çıxarılmış, sonda 10 avqust 2016-cı ildə Bruklində yerləşən Prospekt-parkda – Uşaqlar küncündə, karuselin yanında qoyulmuşdur. Bruklin personajın evi hesab olunur.
İki həftə boyunca Prospekt-parkda qaldıqdan sonra heykəl bütün sentyabr boyunca Barclays Center-də, oktyabrdan ilin sonuna qədər isə Sanset parkında nümayiş etdirilmişdir.
Təsviri Bürüncdən hazırlanmış heykəl 13 fut hündürlüyündə, 1 ton ağırlığındadır və Kapitan Amerika əlində qalxanını tutmuş vəziyyətdə dayanmaqdadır. Aşağıdakı dayaq hissə üzərində isə "Birinci qisasçı" filmində Kapitan Amerikanın səsləndirdiyi "I'm just a kid from Brooklyn" () sözləri həkk olunub.
Mübahisələr Bəzi Bruklin sakinləri heykəllə bağlı narazıçılıqlarını bildirmiş, "parkın dincliyinə, gözəlliyinə və sakitliyinə" zərər vurduğunu iddia etmişdirlər.
İstinadlar
Kateqoriya:ABŞ-dəki heykəllər Kateqoriya:Kapitan Amerika