Gığı dərəsi (bəzən Qaravun dərəsiSəməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 18.; Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə.Akif Muradverdiyev. «Zəngəzur. Tariximizin yaddaşı», Bakı, "Xəzər" nəşriyyatı, 2007.

1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib.

Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır.Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002.

Adı Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği () şəklində işlədilir.İ. M. Bayramov. «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» , Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 318. ISBN 5-8066-1452-2

Zəngəzurun aran kəndlərindən Gığı dərəsinə yaylağa gələn azərbaycanlılar dərəni Qaravun dərə adlandırsalar da, Gığı dərəsinin yerli camaatı eyni adla Gərd kəndi yaxınlığındakı yaylaqları adlandırıblar.

İnzibati vahid kimi SSRİ yarananda milli məsələyə ciddi fikir verilmiş, qaçqınların əksəriyyəti öz yerlərinə qayıtmış və o vaxt Gığı dərəsinə Qafan rayonunun daxilində, "Gığı Nim rayonu" statusu verilmişdir. Gığı Nim rayonunun rəhbəri isə əslən naxçıvanlı olan, Qafanda mis mədənində fəhlə işləyən Abbas Həmidov olmuşdur. Sonralar bu inzibati struktur ləğv olunmuş, ancaq az-az hallarda Gığı Nim rayonu sözü işlədilmişdir.Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 9. "Ön söz əvəzi" - Professor T.N.Quliyev

Kəndləri Gığı dərəsi kəndləri № azərbaycanca adı ermənicə adı qeyd hal-hazırda yaşayış 1 Acıbac Acabac var 2 Baharlı 1983-cü ildə su anbarı tikintisi ilə əlaqədar əhalisi Zeyvə kəndinə köçürülərək ləğv edilib yoxdur 3 Çiriş kənd əhalisi 1950-ci illərdə aqrar-iqtisadi səbəblərə görə qonşu Kurud və Kirs kəndlərinə köçərək orada məskunlaşıb yoxdur 4 Daşbaşı yoxdur 5 Dərməzür yoxdur 6 Gərd Kard yoxdur 7 Gığı Geği var 8 Həçəti Voçeti yoxdur 9 Hüçütü yoxdur 10 Keypəşin Kefaşen AstğaberdKeypəşin kəndi Ermənistan SSR və Ermənistan Respublikası dövründə "Kefaşen" şəklində adlansa da, hal-hazırda bəzi online xəritələrdə kənd ərazisi "Astğaberd" kimi göstərilir . Qonşu, bitişik Pəyhan kəndi isə rəsmi şəkildə Nor Astğaberd () adı ilə adlandırılır və özündə bir neçə kəndi birləşdirən kənd icmasıdır. Nor Astğaberd kənd icması özündə Acabac , Getişen , Nor Astğaberd , Voçeti kəndlərini birləşdirsə də, icmanı təşkil edən kəndlər arasında ən yaxın kəndin Astğaberdin adı görsənmir. Görünür Keypəşin kəndi uzun müddətdir mövcud deyil. yoxdur 11 Kurud Karut yoxdur 12 Kirs Kitsk yoxdur 13 Qovşud Kavçut var 14 Qarabaş əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilib yoxdur 15 Mahmudlu Getişen 1949-cü ildə kəndin adı dəyişdirilərək Çaykənd edilib. var 16 Mollalı yoxdur 17 Pəyhan Payahan Nor Astğaberd var 18 Pürülü Verin Geğavank yoxdur 19 PışanPışan (Pşan) kəndi bəzən Fişən adlandırılıb. yoxdur 20 Səncərəli yoxdur 21 Yuxarı Gərd Verin Kard yoxdur 22 Zeyvə Davıt Bek var<small>

300px|thumbnail|right|Gığı dərəsindən mənzərə, Pəyhan kəndi

Yaylaqları Dağlarında on min hektarlarla yaylaq olan Gığı dərəsi qədim vaxtlardan bəri otluluq və bol sululuğuna görə Zəngəzurun aran kəndlərinin əhalisini və Qarabağ ellərini özünə çəkib. Həmin yaylaqlarda bir çox elin, kəndin öz adına yaylağı olub, son vaxtlara kimi həmin adlarla adlandırılıb. Yaylaqların əksəriyyətində yaylaq vaxtı dünyadan köçənlərin dəfn edildiyi qəbiristanlıqlar da olub.Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 17-18.

Cəbrayıl, Füzuli elləri Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqlarına gələrdilər. Həmin ərazidə eyniadlı böyük Harami qəbiristanlığı da yerləşib. Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi ermənilərin qadağalarına baxmayaraq Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşud (Qovşudlu), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər.

Dərədə Qubadlı rayonunun Xanlıq, Zilanlı, Mahrızlı (Marfuzlu), Xocahan, Məmər, Hal, Qazyan, Qarağac, Çərəli, Göyyal, Fərcan kəndlərinin, Zəngilan rayonunun Məmmədbəyli, Ağalı, Zərnəli, Alıbəyli, Hüseynbəyli1958-ci ildə Zəngilan rayonunun Hüseynbəyli və Qarakilsə kəndləri birləşdikdən sonra yeni yaşayış məntəqəsi Yenikənd adlandırılmağa başlanıb., Hacallı, Yeməzli, Ağbiz (Ağbis), Qaraqoyunlu, Seyidlər və başqa kəndlərinin adı ilə adlanan yaylaqlar da olub.Mötərizə içində verilən adlar həmin kəndlərin Gığı dərəsində adlandırma şəklidir.

Gığı dərəsi yaylaqlarının adları: Ağməscid Ağyurd Aranyurd Bələk Böyük Qüzey Cıdalı Çayarası Çəmən yurd Çiçəkli Çobanöldürən Çola Dəf Dərəyurd Dəvəboynu Dibəkli Eşşəkmeydan Əbədərə Əlibəy yurdu Əriməz Əvran oylağı Gicitkanlı Girəvəzür Güneyyurd Hacı Misirxan yaylağı Haçaqaya Harami Xəngəlli Kəkilli Kiçik Əbədərə Kilədərə Kürddüşən Qanqallı Qaraarxac Qaraçanqıl Qaragab Qarağatlı Qaraqaya Qatar yaylağı Qazmaca Qəyməs Qırxbulaq Qırxlar Lalalı Məçidli Mistapılan Novruz yurdu Ocaqyurd Piralata Sarıdərə Sarımsaqlı Sarıyurd Seyiddüşən Siçanlı Soyuqbulaq Şəhərcik yaylağı Şıppırlı Şirinbaldırqanlıq Yeməzli yurdu Yiyəliqaya

Qeydlər

İstinadlar

Kateqoriya:Ermənistan dərələri Kateqoriya:Qafan rayonu