Camnaqar, Navanaqar – Hindistanın qərbində, Qucarat ştatında şəhər.Camnaqar// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 179. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 529,3 min (2011; aqlomerasiyada 614,3 min).

Coğrafiyası Kathiyavar yarımadasında yerləşir. Nəqliyyat qovşağı. Aeroport. Camnaqarın avanportu Bedi şəhərdən 6 km-lik məsafədə, Kaç körfəzindədir.

Tarixi Şəhərin əsası 1540-cı ildə Racəsthan hakimi Cam Raval tərəfindən qoyulmuşdur; 1948-ci ilə qədər Navanaqar racəliyinin paytaxtı olmuşdur. Dörd caynist məbədi (16–17-ci əsrlər) var.

Sənayesi Sənaye-ticarət mərkəzidir. İri neft emalı zavoddu var. Toxuculuq (pambıq, yun parçalar), şüşə-saxsı, metal emalı, rezin-texniki sənayesi müəssisələri fəaliyyət göstərir; avtomobil istehsal edilir. Bədii sənətkarlıq (bürünc və gümüşdən məmulatların hazırlanması, qızılı saplarla tikmələr və s.); qədim boyaqçı sənəti (bəndhani) inkişaf etmişdir. Camnaqar yaxınlığında, Pirotan mərcan adasıda Hindistanın yeganə dəniz milli parkı – Qalf-of-Kaç yerləşir; boksit çıxarılır.

Qalereya

Həmçinin bax Cammu Cammu və Kəşmir

Xarici keçidlər Camnaqar hakimiyyəti Camnaqarın turizm inkişafı

İstinadlar

Kateqoriya:Hindistan şəhərləri