Bukavu (1966-cı ilədək Kostermanvil, Costermanville) — Konqo Demokratik Respublikasının şərqində şəhər. Cənubi Kivu əyalətinin inzibati mərkəzi.Bukavu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 57-58. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 806,9 min (2012) nəfərdir.

Coğrafiyası Kivu gölünün cənub sahilində liman şəhəridir. Avtomobil yolları qovşağında yerləşir. Beynəlxalq aeroportdur.

Tarixi 1901-ci ildə Belçikanın müstəmləkə hakimiyyəti orqanları tərəfindən salınmışdır.

Mədəniyyəti Mərkəzi Afrika Elmi Tədqiqatlar İnstitutu, Dağ-mədən işləri institutu, Kənd təsərrüfatının inkişafı institutu (1972), pedaqoji kollec var. Bukavu kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (çay, qəhvə, tərəvəz, sitrus). Yeyinti (o cümlədən pivə istehsalı), toxuculuq, metal emalı, kimya, əczaçılıq, mebel sənayesi, gəmi təmiri müəssisələri var. Tikinti materialları istehsal olunur. Turizm inkişaf etmişdir. Bukavu yaxınlığında “Ruzizi” SES-i, şəhərin şimal qərbində Kaxuzi-Biyeqa Milli Parkı var.

Qalereya

İstinadlar

Xarici keçidlər Bukavu şəhərinin qalereyası Bukavu şəhəri məqaləsi

Həmçinin bax Mərkəzi Afrika Konqo Demokratik Respublikası

Kateqoriya:Konqo Demokratik Respublikası şəhərləri