Malamadin — Salyan rayonu ərazisində dağdır. Pirsaat çayından sağda yerləşir. Hündürlüyü 544 metrdir. Oronim malama (maldar) və din (düşərgə, dayanacaq) sözlərindən düzəlib, “maldarların dayanacaq yeri” mənasındadır. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.

İstinadlar

Kateqoriya:Salyan rayonunun dağları