Şaziyə Ərdoğan Okur () — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir.
Karyerası O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb.
2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb.
Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb.
2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb.
2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb.
2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.
Əsas nəticələr İl Məkan Çəki Birdən (kq) Təkanla (kq) Ümumi Sıra 1 2 3 Sıra 1 2 3 Rank Dünya çempionatları2019 Pattaya 45 kg 73 75 77 90 92 961692021 Daşkənd 45 kg 74 767693 95 95169 Avropa çempionatları2019 Batumi 45 kg 70 7375 88 91911632022 Tirana 45 kg 71 737588 90 - 163Aralıq dənizi Oyunları2018 Tarraqona 48 kg 74 7778 93 9610117412022 Vəhran 49 kg 73 7579 92 95971703İslam Həmrəyliyi Oyunları2017 Bakı 48 kg 70 74 76 909393166
İstinadlar
Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Ağır atletika üzrə Avropa çempionları Kateqoriya:Ağır atletika üzrə dünya çempionları Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2018 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:Türkiyə ağır atletləri Kateqoriya:Ağır atletika üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar