Cəfərbəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Cəfərbəyli kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Cəfərbəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cəfərbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.

Toponimikası Oykonim Kəbirlilərin Cəfərbəyli tirəsinin adı ilə bağlıdır. Təzə yaranan vaxtı adı həm də Qiyanbanlı olmuşdur. Cəfərbəyli kəndi XIX əsrin II yarısında yəni 1885-ci ildə salınmışdır.

Əhalisi Cəfərbəyli kəndinin ərazisi 10.3 km² olmaqla əhalisi 934 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Şəhidi Əli Hüseyn oğlu Hüseynov (1961–1992)

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağcabədi rayonunun kəndləri