— Yusuke Umezaki tərəfindən yaradılmış istifadəçi məzmunlu veb-roman saytı. 2 aprel 2004-cü ildə açılmışdır. İstifadəçilər öz romanlarını bu sayta pulsuz yükləyə və digər romanları pulsuz oxuya bilərlər. Saytın 590.000-dən çox romanı və 1,3 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Hər ay sayt 1 milyardan çox səhifə baxışı alır.
Bu sayta yüklənmiş 100-dən çox roman seriyası müxtəlif nəşriyyatlar tərəfindən nəşr olunmuşdur. Bu veb-romanlar arasında ən məşhurları 2011-ci ildə Enterbrain tərəfindən nəşr olunana qədər 2010–2011-ci ildə bu saytda yayımlanmış "Log Horizon", Dengeki Bunko tərəfindən nəşr olunana qədər 2008–2011-ci illərdə bu saytda yayımlanmış "The Irregular at Magic High School" və Media Factory tərəfindən nəşr olunana qədər bu saytda yayımlanmış "Re:Zero -Starting Life in Another World-"-dur.
Futabasha nəşriyyatı 20 iyul 2014-cü ildə Monster Bunko ranobe imprintini qurmuşdur. Bu imprint ancaq bu saytda yayımlanmış romanları nəşr edir.
Saytda yayımlanmış bəzi ranobelər Arifureta: From Commonplace to World's Strongest (2013–hazırda; Ryo Şirakome tərəfindən) — Overlap tərəfindən nəşr olunmuş, bir neçə manqa, prikvel ranobeləri, anime adaptasiyası istehsal olunmuşdur. Death March to the Parallel World Rhapsody (2013–hazırda; Hiro Aynana tərəfindən) — Fujimi Shobo tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları istehsal olunmuşdur. Didn't I Say to Make My Abilities Average in the Next Life?! (2016–hazırda; FUNA tərəfindən) — Taibundo və Earth Star Entertainment tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları istehsal olunmuşdur. Gear Drive (2017–hazırda; Kabayakidare tərəfindən) — "Overlap" tərəfindən nəşr olunmuşdur. In Another World With My Smartphone (2013–hazırda; Patora Fuyuhara tərəfindən) — "Hobby Japan" tərəfindən nəşr olunmuş, anime adaptasiyası istehsal olunmuşdur. Isekai Cheat Magician (2012–hazırda; Takeru Uçida tərəfindən) — Shufunotomo tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları istehsal olunmuşdur. Isekai Izakaya "Nobu" (2012–hazırda; Natsuya Semikava tərəfindən) — Takarajimasha tərəfindən nəşr olunmuş, manqa və anime OVA-sı adaptasiyaları istehsal olunmuşdur. I Want to Eat Your Pancreas (2014; Yoru Sumino tərəfindən) — Futabasha tərəfindən nəşr olunmuş, manqa, bədii film və anime filmi adaptasiyaları istehsal olunmuşdur. JK Haru is a Sex Worker in Another World (2016–hazırda; Ko Hiratori tərəfindən) — Hayakawa Publishing tərəfindən nəşr olunmuşdur. Kenja no Mago (2015–hazırda; Tsuyoşi Yoşioka tərəfindən) — Enterbrain tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları istehsal edilmiş və anime serialı adaptasiyası anons edilmişdir. Knight's & Magic (2010–hazırda; Hisaqo Amazake-no tərəfindən) — Shufunotomo tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları istehsal olunmuşdur. KonoSuba (2012–2013; Natsume Akatsuki tərəfindən) — Kadokawa Shoten tərəfindən nəşr olunmuş, spin-off ranobeləri, manqa və anime adaptasiyaları istehsal olunmuşdur. Log Horizon (2011–hazırda; Mamare Tono tərəfindən) — Enterbrain tərəfindən nəşr olunmuş, bir neçə manqa adaptasiyası və anime adaptasiyası istehsal olunmuşdur. Märchen der Werwolf - The Annals of Veight (2015–hazırda; Hyougetsu tərəfindən) — Earth Star Entertainment tərəfindən nəşr olunmuşdur. Maō-sama, Retry! (2016–hazırda; Kurone Kanzaki tərəfindən) — Futabasha tərəfindən nəşr olunmuş, manqa adaptasiyası istehsal olunmuş, anime adaptasiyası anons edilmişdir. Mushoku Tensei (2012–2015; Rifucin na Maqonote tərəfindən) — Media Factory tərəfindən nəşr olunmuş, manqa adaptasiyası istehsal olunmuşdur. My Next Life as a Villainess: All Routes Lead to Doom! (2014–hazırda; Satoru Yamaquçi tərəfindən) — Ichijinsha tərəfindən nəşr olunmuş, manqa adaptasiyası istehsal olunmuşdur. New Life+: Young Again in Another World (2014–2018; MINE tərəfindən) — Hobby Japan tərəfindən nəşr olunmuş, manqa adaptasiyası istehsal olunmuşdur. Overlord (2012–hazırda; Kuqane Maruyama tərəfindən) — Enterbrain tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları istehsal olunmuşdur. Re:Zero -Starting Life in Another World- (2012–hazırda; Tappey Naqatsuki tərəfindən) — Media Factory tərəfindən nəşr olunmuş, bir neçə manqa adaptasiyası və anime adaptasiyası istehsal olunmuşdur. Restaurant to Another World (2013–hazırda; Cunpey İnuzuka tərəfindən) — Shufunotomo tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları istehsal olunmuşdur. Seirei Gensouki - Spirit Chronicles (2014–hazırda; Yuri Kitayama tərəfindən) — Hobby Japan tərəfindən nəşr olunmuş, manqa adaptasiyası istehsal olunmuşdur. Skeleton Knight in Another World (2014–hazırda; Ennki Hakari tərəfindən) — Overlap tərəfindən nəşr olunmuş, manqa adaptasiyası istehsal olunmuşdur. So I'm a Spider, So What? (2015–hazırda; Okina Baba tərəfindən) — Kadokawa Shoten tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları istehsal olunmuşdur. That Time I Got Reincarnated as a Slime (2013–2016; Fuse tərəfindən) — Micro Magazine tərəfindən nəşr olunmuş, manqa və anime adaptasiyaları nəşr olunmuşdur. The Irregular at Magic High School (2008–2011; Tsutomu Sato tərəfindən) — Dengeki Bunko tərəfindən nəşr olunmuş, bir neçə manqa adaptasiyası və anime adaptasiyası istehsal olunmuşdur. The Reprise of the Spear Hero (2014–hazırda; Aneko Yusaqi tərəfindən) — One Peace Books tərəfindən nəşr olunmuş, manqa adaptasiyası istehsal edilmişdir. The Rising of the Shield Hero (2012–2015; Aneko Yusaqi tərəfindən) — Media Factory tərəfindən nəşr olunmuş, manqa adaptasiyası istehsal edilmiş və anime adaptasiyası anons edilmişdir.
Həmçinin bax 2channel
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya veb-saytları Kateqoriya:2004-cü ildə yaranan saytlar Kateqoriya:Ədəbiyyat veb-saytları Kateqoriya:Virtual icmalar