Peterhof (, "Pyotrun həyəti") — Fin körfəzinin cənub sahilində yerləşən saray-park ansamblıdır. Ansambl Sankt-Peterburq şəhərinin Petrodvorets rayonundakı federal əhəmiyyətli Peterhof şəhərinin şəhərdaxili ərazisində yerləşir (1944-cü ildən — 1997-ci ilə kimi — Petrodvorets). Onun yaxınlığından keçən Peterhof yolu ansamblın şərəfinə adlandırılmışdı. Həmin yolun bir hissəsi "Peterhof Dövlət Muzey-Qoruğunun" tabeliyindədir.

Peterhof özündə iki əsr boyu formalaşmış bir neçə saray-park ansambllarını birləşdirir. Aşağı park, Yuxarı bağ və İngilis parkı — XVIII əsrdə inkişaf etmiş ansambllardı; Aleksandriya, Kolonist parkı, Çəmən parkı, Aleksandrov parkı, Sergiyevka və Daça XIX əsrdə yaradılmış park-kompleksləridir

Böyük Vətən müharibəsi illərində alman qoşunları tərəfindən işğal olunan Peterhofun bütün parkları çox ciddi zədələnmişdi. Xüsusilə Yuxarı bağ və Aşağı Park, həmçinin fəvvarələrin su ötürücü sistemləri dağıntıya məruz qalmışdı. 1944-cü ildə başlamış bərpa işləri günümüzə kimi davam edir.

Tarixi İlk dəfə Peterhof 1705-ci ildə, Kotlin adasına getmək üçün iskələdə istifadə olunan "həyət evi" qismində qeyd edilmişdir. Bu Fin körfəzinin cənub sahili boyunca və Sankt-Peterburq şəhərindən istiqamətlənən quru yol üzərində qurulmuş bir çox mızalardan (malikanələrdən) biri idi. 1712-ci ildə I Pyotr üçün şəhərətrafı imperator iqamətgahının tikintisinə başlanılır. Böyük Sarayın əsası isə 1714-cü ildə qoyulmuşdur.

Park ansamblının kompozisiyası Kompozisiyanın mərkəzi hissəsini fəvvarələrlə bəzədilmiş Aşağı park tutur. Yuxarı bağla birlikdə, həmin bu kompozisiya ansamblın ən qədim hissəsini təşkil edir. Şərqdən Aşağı park "Aleksandriya" saray-park kompleksi ilə həmsərhəddir. Aleksandriya isə öz növbəsində cənubdan Aleksandr Parkı ilə davam olunur. Yuxarı bağa cənubdan həmçinin Kolonist parkının tərkib hissəsi sayılan Olqa gölməçəsi birləşir.

XVIII əsrdə Aşağı parkdan cənub-qərbdə mənzərəli İngilis parkı formalaşmışdır. Peterhof yolunun cənub istiqamətində, yəni Aşağı parkın qərbində Sergiyevka adlanan geniş park uzanır. Sergiyevka yaxınlıqdakı Şəxsi mülklə həmsərhəddir.

Peterhof sarayı və onun ətrafındakı park ansamblının xarakterik xüsusiyyətlərindən biri, onların dənizin ətrafında yerləşməsidir. Ansamblın doqquz parkından dördünün şimal sərhəddi Fin körfəzi hesab olunur. Həmin bu dörd parkda (Aşağı park, Aleksandriya, Sergiyevka və Şəxsi mülk) dəniz sahili boyunca uzanan və təbii təpələrin kənarında yerləşən saraylar, ansambllarının əsas dominant rolunu oynayırlar.

Yuxarı bağ thumb|250px|Yuxarın bağın mərkəzində yerləşən fəvvarə 15 ha ərazisi olan Yuxarı bağ I Pyotrun dövründə salınmışdır. Özünün hər şeyə praktiki yanaşması ilə tanınan Pyotr, tərəvəz artırmaq məqsədilə bağı bostan qismində istifadə edirdi. Özünün müasir "müntəzəm park" görünüşünü Yuxarı bağ XVIII əsrin ikinci yarısında qazanmışdır. Bu vaxt bağda həmçinin fəvvarələr də fəaliyyət göstərməyə başlamışdır. Palıd fəvvarələri (1734-cü il) Bu Yuxarı bağın ilk fəvvarəsidir. Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi. Ağacın içiboş budaqlarından və lalələrin içərisindən təzyiqlə su ətrafa sıçrayır.

Neptun fəvvarəsi (1736-cı il) Fəvvarənin su kompozisiyası 26 müxtəlif su şırıntılarından ibarətdir. Əvvəlki bəzək elementlərindən yalnız iki delfin, palıd yarpaqları və gül çələngləri günümüzə kimi qorunub saxlanılmışdı. Neptunun heykəli dörd fışqırdan maskaronlar ilə bəzədilmiş hündür qranit postament üzərində və böyük bir düzbucaqlı hovuzun mərkəzində quraşdırılmışdı. Bundan başqa, hovuzun özü ağızlarından təzyiqlə su çıxan səkkiz delfin fiqurları ilə bəzədilib. Hovuzun ölçüsü — 33 × 92 metrdir.

Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər. Daha sonra Şvayger və onun tələbəsi İyeremiya Aysler 1670-ci ilə kimi model üzərində işləyir, bütün fəvvarə heykəllərinin komplektini isə yalnız 1688–1694-cü illərdə başa çatdırırlar. Qızıl suyuna salma işləri Heroldt tərəfindən həyata keçirilmişdir. Fəvvarə Nürnberq şəhərində heç vaxt nümayiş olunmamışdır və onun uzun müddət anbarda saxlanılmasına baxmayaraq, o artıq şəhərin özünəməxsus abidələrindən biri hesab olunurdu. 1796-cı ildə, fəvvarə heykəllərinin əsas hissəsi RUsiya tərəfindən alınmış və Peterhofa göndərilmişdir. Nürnberq şəhər parkında 1902-ci ildən quraşdırılmış Neptun heykəli isə Peterhof fəvvarəsinin surəti hesab olunur.

Kvadrat hovuz fəvvarələri Hovuzların özü hələ 1720-ci ildə yaranmasına baxmayaraq, əsl fəvvarələrə onlar daha sonralar çevrilmişdilər. Hazırda fəvvarələr "Bahar" və "Yay" mövzuları əks etdirən heykəllər ilə bəzədilib və fəvvarədən əlavə onlar həmçinin Aşağı parkda yerləşən bir çox fəvvarənin su çatışmazlığını aradan qaldırılması üçün kumulyativ hovuz funksiyasını daşıyırlar.

Mejeumnı fəvvarəsi (1738-ci il) Bu fəvvarə Yuxarı bağa aparan əsas girişin yaxınlığında yerləşir. Dairəvi hovuzun mərkəzində mərkəzində qanadlı əjdaha heykəli, onun ətrafında isə 4 su fışqıran delfin fiqurları quraşdırılıb. Fəvvarənin "Mejeumnı" və ya "Naməlum" adlandırılmasının əsas səbəbi, onun dəfələrlə yenidənqurmaya məruz qalması və kompozisiyadakı heykəllərin yeniləri ilə əvəz edilməsi ilə bağlıdır. Ağacların və kolların müntəzəm kəsim ənənəsinin XVIII əsrin sonunda dayandırılması nəticəsində, Yuxarı bağ xeyli sıxılmışdır. Hündür ağaclar Böyük Sarayın fasadına açılan mənzərəni bağlamışdılar. Böyük Vətən müharibəsi illərində bağ ciddi dağıntıya məruz qalmışdı — onun tam ortasından tank əleyhinə xəndək keçirdi. Həmçinin əsas girişin çəpər və pilonları da zədələnmişdi. 1960-cı ildə park ərazisində tarixi sənəd və planlara uyğun şəkildə genişmiqyaslı bərpa işləri keçirilmişdi. Yuxarı bağın əvvəlki "müntəzəm park" görünüşü geri qaytarılmışdı. Tam şəkildə Yuxarı bağ 1968-ci ildə bərpa olunmuşdu.

Böyük Peterhof sarayı Böyük Peterhof sarayı Aşağı park və Yuxarı bağ ansamblının əsas binası hesab olunur. 1714–1725-ci illərdə J. B. Leblondun, daha sonralar isə N. Mikettinin layihələri əsasında "Pyotr barokkosu" üslubunda inşa edilmiş sadə çar sarayı, 1747–1752-ci illərdə imperatriça Yelizaveta Petrovnanın sifarişi ilə memar F. B. Rastrelli tərəfindən artıq "yetkin barokko" üslubunda yenidən inşa edilmişdir. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Sarayın əsas korpusundan hər iki istiqamətə birmərtəbəli qalereya ayrılır. Bu qalereyalar qərb tərəfdən Gerb, şərqdən isə Kilsə korpusu ilə tamamlanır.

1941-ci ilin sentyabr ayında nasist işğalının elə ilk günlərində sarayda yanğın hadisəsi baş verir. Yanğın nəticəsində interyer tamamilə məhv olmuşdu. 1944-cü ildə alman qoşunlarının Peterhofdan geri çəkilməsi zamanı, sarayın mərkəzi hissəsi partladılmışdır. 8 ildən sonra başladılan təmir-bərpa işləri zamanı sarayın xarici görünüşü bərpa edilmiş və 1964-cü ildə ilk otaqlar turistlər üçün açılmışdı.

Aşağı park Planda uzunsov üçbucaq şəklində olan Aşağı Park təxminən 102 hektar sahəyə malikdir. Cənubdan şimala uzunluğunun cəmi 500 metr olmasına baxmayaraq, park körfəzinin sahili boyunca qərbdən şərqə düz 2.5 kilometrə uzanır. Park üç qarşılıqlı əlaqəli hissədən ibarətdir: bunlar mərkəzi, qərb və şərq ansambllarıdır. Onların hər biri müstəqil kiçik ansambllardan ibarətdir.

Parkın əsas planlaşması — şimal-cənub və şərq-qərb istiqamətində bir-birilə kəsişən iki radial xiyaban sistemindən ibarətdir. Aşağı parkın bütün əsas xiyabanları ya körfəzə açılır, ya da fəvvarə ilə tamamlanır. Parkın planlaşmasında aydın şəkildə, simmetriya prinsipinə nəzarət olunur. Parkın mərkəzi oxu Böyük kaskad və dəniz kanalından keçir. Oxdan bərabər məsafədə "Adəm" və "Həvva" fəvvarəsi, "Şahmat" dağı və "Qızıl dağ" şəlalələri, Monplezir sarayı, Ermitaj pavilyonu yerləşir.

Mərkəzi hissəsinin ansamblı 200px|thumbnail|right|Şiri məğlub edən Samson fəvvarəsi Şiri məğlub edən Samson fəvvarəsi İlkin layihəyə görə Böyük kaskadın mərkəzində Lernet hidrasını məğlub edən Heraklın fiquru durmalı idi, lakin inşaat zamanı herakl fiquru şiri məğlub edən Samson fiquru ilə əvəzlənmişdi. Belə bir fikir var ki, Samson fiqurunun ucaldılmasının səbəbi Müqəddəs Sampsoni günündə baş vermiş Poltava döyüşündə rusların isveçlilər üzərində qələbə çalması ilə əlaqədar idi. Şir fiquru həmçinin İsveçlə əlaqələndirilir; məhz bu simvol günümüzdə İsveç Krallığının gerbində təsvir olunub.

Fəvvarə-monunment 1735-ci ildə Aşağı parkda quraşdırılmışdır.

Fəvvarə Böyük Vətən müharibəsində güclü zədələnmişdi. Samsonun orijinal heykəli itirilmişdi. 1941-ci ildə Leninqrad üzərinə faşist ordusunun hücumu zamanı, Samson Peterhof muzey əməkdaşları tərəfindən tələsik çıxarılaraq, yaxınlıqdakı ərazilərin birində basdırılmışdı, lakin geri dönərkən yük maşını atəş altına düşərək, içərisində olan muzey işçilərin hamısı öldürülmüşdü.

Samson heykəlinin "basdırıldığı" yer naməlum olaraq qalır. Yenidən bərpa edilmiş ansambl və onun simvolu sayılan qızılı Samson heykəlinin surəti 14 sentyabr 1947-ci ildə açılmışdı.

Dəniz kanalı və fəvvarə xiyabanı I Pyotrun planına əsasən Peterhofun əsas girişi Fin körfəzi ilə Böyük sarayı birləşdirən 600 metrlik dəniz kanalı olmalı idi. Bu zaman Peterhofa şəxsi yaxtaları ilə gələn qonaqlar, saraya daxil olan kimi gözəl görünüşlü Aşağı parkı və Böyük sarayı görməli idilər. Buna görə də I Pyotr Dəniz kanalının sarayın ən dəbdəbəli və təşəxüsslü hissəsi olmasını nəzərdə tutmuşdu.

Voronixin kolonnadası Mərmərdən hazırlanmış Voronixin kolonnadasının adı (1800–1803-cü illər) "Peterhof" layihəsində aktiv iştirakına görə memar fəxri adına layiq görülmüş keçmiş təhkimçi A. Voronixinin soyadından götürülmüşdür. Qoşalaşmış sütunlardan yaradılmış kolonnada yüksək qübbəli dam örtükləri olan pavilyonlarla tamamlanır. Hər qübbənin mərkəzində alçaq fəvvarə yerləşir. Yastı kolonnada damının üzərində isə zərif qızılı vaza şəklində fəvvarələr quraşdırılıb. Kolonnadanın girişini İ. Prokofyevin modelləri əsasında düzəldilmiş qranit şir heykəlləri qoruyur. Kolonnada 1966-cı ildə bərpa edilmişdir.

Adəm və Həvva fəvvarəsi Venesiyanın Dojlar sarayının pilləkənini bəzəyən A. Riççinin məşhur "Adəm" və "Həvva" heykəllərinin surəti olan iki fəvvarə, I Pyotrun sifarişi ilə D. Bonoçça tərəfindən 1717-ci ildə hazırlanmış və on altı su vurucusu ilə əhatə olunmuş səkkizguşəli hovuzun mərkəzində quraşdırılmışdır. "Adəm" fəvvarəsi 1722-ci ilin oktyabrında, "Həvva" isə 1726-cı ilin payızında tamamilə hazır olmuşdur.

Qərb hissəsinin ansamblı Marli sarayı thumb|left|200px|Marli sarayı thumb|230px|Aşağı parkda yerləşən Venera bağına açılan mənzərə Peterhofdakı bu saray I Pyotrun 1717-ci ildə Paris yaxınlığında yerləşən Fransa krallarının iqamətgahı Marli-le-Rua-ya səfəri xatirəsinə adlandırılmışdır. Saray eyniadlı göllər ilə birlikdə İohann Branşteynin layihəsi əsasında 1720–1723-cü illər arasında inşa edilmişdir. İlkin olaraq saray birmərtəbəli olması nəzərdə tutulsa da, tikinti prosesində I Pyotrun sifarişi ilə layihədə dəyişiklik edilmiş və beləliklə saray özünün ikinci mərtəbəsini əldə etmişdir.

1899-cu ildə saray tamamilə yeni bir təməlin üzərinə quraşdırılması üçün üçün sökülmüşdür. Radikal işlərin icrası, saray divarlarında əmələ gələn çoxsaylı çatlar səbəbindən yaranmışdır. Bərpa işlərini tanınmış mühəndis A. Semyonov rəhbərlik edirdi; bütün orijinal bəzək elementləri qorunub saxlanılmışdı, yenidənqurma işlərinin dəqiqliyi isə mükəmməl idiРаскин А. Г., Кючарианц Д. А. "Петергоф. Дворцы, музеи, парки, фонтаны". СПб, 2005.. Saray Böyük Vətən müharibəsi zamanı böyük mərminin düşməsi səbəbindən güclü dağıntıya məruz qalmışdı (muzeyin bütün kolleksiyası hələ 1941-ci ildə evakuasiya olunmuşdu). Fasadlar 1955-ci ildə bərpa olunmuşdu. 1982-ci ildən bina yenidən muzey kimi fəaliyyət göstərir.