Yemişanlı və ya Yemişənli — Azərbaycan Respublikasının Oğuz rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Rayon mərkəzindən 18 km cənubda, Padar kəndinin şərqində, Oğuz–Qəbələ şose yolunun solunda yerləşir. Qəbələ rayonunda eyni adlı, Gədəbəydə isə Təkyemişan adlı kəndlər var. Tədqiqatçılar bu sözü yemişan bitkisinin adı ilə əlaqələndirirlərE.Nuriyev, adı çəkilən əsəri, səh 65. Bizim fikrimizcə bu söz etnik mənşəli, yaxud mifik təfəkkürlə bağlı toponimdir, “yum” və “qam” (qam–şaman) sözlərinin təhrif olunmuş formasıdır. “Yum”–əski türk–oğuzlarda “xeyir–dua” anlamındadır. Onıarda xeyir–dua verən, söz söyləyən, yol göstərən müdriklərə, ağsaqqallara yumçu da deyilirdi. “Kitabi – Dədə Qorqud” dastanında boyların sonunda el ozanı Dədə Qorqud gəlib boy boylayır, söy (söz) söyləyir, yum (xeyir dua) verirdi“Kitabi - Dədə Qorqud”, Bakı, “Gənclik”, 1977. “Şam” (qam–şaman) isə “h ə k i m”, “y o z u c u”, “qabaqcadan xəbər verən”Q.Qeybullayev, adı çəkilən əsəri, səh.107 mənalarını daşıyır. Belədə, “Yemişənli”ni “xeyir–dua verən, müdrik, b i l i c i şamanın olduğu yer” kimi qəbul etmək olar. Kəndin əhalisi (517 nəfər) taxılçılıq, heyvandarlıq, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə əsas məktəb, klub, kitabxana, tibb məntəqəsi, 1 telefon var.

Etimologiyası Yaşayış məntəqəsi XIX əsrin ortalarında keçmiş Qoruqlar kəndindən çıxmış ailələrin Yemişanlı adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Həmin ərazi isə vaxtilə burada yemişan ağaclarının çox olması ilə bağlı adlandırılmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Oğuz rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Oğuz rayonunun kəndləri