"Kiçik Britaniya" () — BBC telekanalında yayımlanan satirik skeç-komediya janrında Böyük Britaniya teleserialı. Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində çəkilmişdir. Şounun adı "Böyük Britaniya" sözünün allyuziyasıdır. Serialın skeçləri "Britaniyada yaşayan adamlar" haqqında rəvayət şəklində tərtib edilmişdi. Serialın davamı olan Little Britain USA 2008-ci ildə efirə buraxılmışdı. Serial ABŞ-nin HBO, Kanadanın HBO Canada, Böyük Britaniyanın BBC One və Avstraliyanın Network Ten telekanallarında nümayiş olunmuşdu.
Tarix
Radio şou Kiçik Britaniya əvvəlcə BBC Radio 4-də radio şousu kimi nümayiş edilirdi və Edvard Flinn tərəfindən istehsal olunmuşdu. Radio 4 2004-cü ilin fevralında bütün 9 seriyanın təkrar nümayişinə başladı (lakin vaxt intervalına sığışmaq məqsədilə, seriallar bir az redaktə olunmuşdular).
Teleseriallar thumb|right|Lu Todd və Endi Pipkin, serialın ən məşhur personajlarındandır Birinci mövsüm, 2003 Birinci teleserial 2003-cü ilin fevral ayında BBC rəqəmsal telekanalında nümayiş olunmuşdu. Şou izləyicilər arasında böyük marağa səbəb olmuşdu, məhz buna görə də serial həmçinin BBC Two telekanalında da nümayiş edilmişdi. Tənqidçilər seriala müsbət rəy vermişdi.
İkinci mövsüm, 2004 Serialın 2-ci mövsümü yeni qəhrəmanlar ilə 19 oktyabr 2004-cü ildə BBC Three telekanalında nümayiş edilmişdi. Serial seyircilər arasında populyarlaşaraq 3 dekabr 2004-cü ildən BBC One kanalında göstərilmişdi. Auditoriyanın serialı daha rahat izləməsi məqsədilə, teleserialın bir sıra seriyaları redaktə edilmişdi.
Üçüncü mövsüm, 2005 Serialın 3-cü mövsümü 17 noyabr 2005-ci ildə BBC One telekanalında göstərilmişdi. Serial altə həftə davam etmişdi. Lukas və Uillyamsın müsahibə zamanı verdiyi məlumatlara əsasən, onlar 4-cü mövsümdə çəkilişləri daha maraqlı etmək üçün, bir sıra qəhrəmanları "öldürməyə" məcbur oldular və bu səbəbdən də 4-cü mövsüm üçün yeni personajların daxil edilməsinə heç bir maneə qalmadı.
Little Britain Abroad, 2006 2006-cı ildə, Milad adlı 2 hissədən ibarət serialın çəkilişlərinə start verilmişdi. Əvvəlki serialarda çəkilən qəhrəmanların bu şouda digər ölkələrə səyahət etmələri nümayiş olunmuşdu.
Little Britain USA 2007-ci ildə, Mett Lukas və Devid Uillyams yeni Little Britain adlı serialın çəkilişi haqqda məlumat yaymışdılar, lakin şounun adını dəyişərək Little Britain USA qoymuşdular, bu da serialda həm britaniyalı, həm də amerikalı personajların iştirak etməsi səbəbdəndirTheSun.co.uk: Matt Lucas: I would like kids URL accessed 24 June 2008 Devid Uillyamsın sözlərinə görə, Little Britain USA Kiçik Britaniyanın effektiv davamıdır. Şou HBO telekanalında hər bazar günü saat 10:30-da nümayiş olunurdu. Serial həmçinin 2010-cu ilin yanvar ayından Kanadanın The Comedy Network kanalında göstərilməyə başlamışdı.
Mənimlə birgə uç
Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində 25 dekabr 2010-cu ildə yeni "Mənimlə birgə uç" () adlı skeç-komediya janrında teleserialın çəkilişlərinə başlamışdılar. Serialın premyerası 25 dekabr 2010-cu ildə baş tutmuşdu.
Əsas personajlar
Lu Todd və Endi Pipkin 1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Hə, mən bilirəm!", "Mən bunu istəyirəm!"
Endryu yalandan özünü xəstə göstərərək, ayaqlarının paraliçə və ağıl kəmliyinə tutulduğunu simulyasiya edir və utanmazcasına ona xeyirxahlıqla qulluq edən dostu Lui Toddu istifadə edir. Geglərin bir çoxunu, Lui çevrilərkən həyata keçirir (ağaca dırmanma, akvariumda üzmə). Endryu həmçinin tez-tez öz mövqeyini və istəklərini dəyişir (məsələn epizodların birində, o Luinin Floridaya istirahətə getmək təklifini rədd edərək, Helsinki şəhərinə getmək istədiyini deyir. Lakin təyyarə artıq havaya qalxan kimi, o artıq Floridaya getmək arzusunda olduğunu bildirir.) (Endi: Mett Lukas, Lu: Devid Uollyams)
Kerol Bir 2-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Kompüter deyir yox"
Kerol adında olan bu personaj, müştəriyə sonsuz laqeydliyi və nifrətini bildirən klerk qadını simvolizə edir. Bu qız harada işləsə — bankda, xəstəxanada və ya turoperator qismidə — o həmişə kompüterin "yox" dediyinə əsaslanaraq, müştərilərin xahişlərini rədd edir. Kerolda söhbətdən sonra, klientə olan nifrət hissi ilə əlaqədar olaraq rəfedilməz üzünə öskürmək arzusu yaradır. (Kerol: Devid Uollyams)
Ting Tong Makadangdang və Dadli Pant Auftreten: Staffel 3
Sitat: "Nə olaaar, Mistel Dadli!" (Ting Tong)
Dadli, tipik İngiltərədən olan, ortagəliri subay kişidir. Onun arzusu Tailanddan olan bir qadınla evlənməkdir. O özünə bir tai qızını sifariş edir, lakin ona gələn qız heçdə şəkildəki gözəl qız deyil, tai qızının adı Ting Tongdur, o Tailandın kiçik kəndi Tanangda anadan olub (əslində o Tong Ting adlı, əməliyyat yolu ilə cinsini dəyişmiş oğlandır). Ting Tong bütün gücü ilə mister Dadlinin evində qalmaq istəyir, buna görə o hər şeyə hazırdı. (Ting Tong: Mett Lukas, Dadli: Devid Uollyams)
Marcori Doues Marcori Doues (; Mett Lukas) — arıqlamaq istəyənlər üçün yaradılmış "Piy ilə mübarizə aparanlar" () qrupunun lideridir. Marcorinin əsas mübarizə üsulu — qrupa gələn insanları lağa qoymaq, alçaldıcı hərəkətlərlə təhqir etməkdir. Marcori onları elə nifrət edir ki, öz hisslərini cilovlaya bilməyərək, onları "piyli donuz" adlandırır. Marcori həmçinin ingilis olmayan hamını lağa qoyur (xüsusən də qrupda iştirak edən hindli qadını, Marcori onun ingilis dilində cavablarını "heç cür anlamadığını", buna görə də xüsusi tərcüməçinin gərək olduğunu açıqlayır.) Başqalarını piyli adlandırmasına baxmayaraq, Marcori özü artıq çəkidən əziyyət çəkir. O həmçinin sevmədiyi insanları lesbiyan adlandırır; o ümumiyyətlə lesbiyanları sevmir. Serialın əsas antaqonistidir. (Marcori Doues: Mett Lukas)
Eddi (Emili) Hovard 1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Mən Leeeeediyəm!", "Mən bir sıra qadın işləri ilə məşğul oluram … mənim burada qadın olduğumu kimsə təsdiqləyə bilər?"
Eddi tipik britaniyalıdır. O transvestitdir və kişi olduğunu bütün gücü ilə təkzib edir. Bir az ekssentrik düşüncəyə malik olduğundan, o viktorian dövrünə aid qadın paltarları geyinərək küçə ilə gəzişməyi sevir. Seriaların çoxunda özünü "Florens" deyə çağıran, əsl adı isə Fred olan bığlı transvestit-dostu ilə görünür. Florens özünün bığları olduğunu inkar edir, Emili isə tez-tez absurd halla üzləşərək "Mən — lediyəm" ifadəsini təkrarlayır, bu da seyircilərdə yumor hissi yaradır. (Emili (Edvard): Devid Uollyams, Florens (Freddi): Mett Lukas)
Meggi Blekemoor və Cudi Payk 2-ci mövsümdən 3-cü mövsümə kimi
Meggi və Cudi iki yaşlı və konservativ düşüncəli qadındır. Onlar əhalinin rifahı üçün çalışırlar. Meggi, Cudidən fərqli olaraq homoseksuallara, qaradərilərə, xaricilərə, yetimlərə, qısası: onun fikrincə standartlara cavab verməyən hər bir kəsə nifrəti var. Əsasən özünün bu nifrətinə görə də o tez-tez pis vəziyyətə düşür. Məsələn seriaların birində, Meggi təsadüfən qaradərilinin bişirdiyi şirniyyatı yeyir; bu şirniyyatın ağdərili tərəfindən edilmədiyini bilən Meggi konvulsiya içində ətrafdakıların hamısının üstünə qusur. Hətta onun "əsl ingilis" köpəyi də açıq-açığına digər ölkədən olan itlərə nifrət edir və onların üstünə qusur. (Meggi: Devid Uollyams, Cudi: Mett Lukas)
Doktor Lourens və Enn 1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Eh-Eh-Eehhh!", "Olar mən Sizlə bir azdan zəngləşərəm, çünki bir az utancverici hal yaranır, ok? "Eh-Eh-Eehhh!"
Enn Stiven Spilberq adına Hospitalın pasienti və Dr. Lourensin klientidir. Dr. Lourens hospitala tez-tez təşrif buyuran inspektor Biqriyə, xəstəxananın "əsl demokratiya ocağı" olduğunu və Enn qismində xəstələrin çox yüksək səviyyədə müalicə olunduğunu sübut etməyə çalışır. Lakin Ennin dəli hərəkətləri Dr. Lourensin bütün planlarını alt-üst edir. (Enn: Devid Uollyams, Dr. Lourens: Mett Lukas, Dr. Biqri: Steve Furst)
Sebastian Lav və Baş nazir 1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Baş naaazir!" (Sebastian)
Sebastian cavan homoseksual və yüksək təsir qüvvəsinə malik, Baş nazir Maykl Stivensin katibidir. O ilk gündən cənab Baş nazirə aşiq olub (baxmayaraq ki, Baş nazirin həyat yoldaşı var) və digər ölkələrdən gələn nümayəndələri və Parlament işçilərini ona qısqanaraq, onların hamısına "ləçər" deyir. Baş nazir homoseksual olmasa da, Sebastianın ona açıq sevgisini də rədd etmir. (Sebastian: Devid Uollyams, Michael: Entoni Hid)
Kenni Kreyq 1-ci mövsümdən 2-ci mövsümə kimi
Sitat: "Bax mənim gözlərimə, gözlərimin içinə bax, dayanmadan bax gözlərimə, barmaqlarını tərpətmə! Sən transdasan…", "3-2-1 sən yenə Yerdəsən!"
Kenni hipnozla məşğul olur. Ümumiyyətlə o hansı bir vəziyyətdə olmasından asılı olmayaraq, tez-tez öz peşəsi ilə — yəni insanları hipnoz etməklə məşğuldur. Lakin onun hipnozu yalnız onun maraqlarını güdmək üçündür. Məsələn, hospitalda anasına baş çəkərkən, o "söz tapmaq" oyununu oynamağa məcbur olur. Çox söz ehtiyatına malik olmadığından, Kenni yeni sözlər fikirləşir. Bu sözün "real" olduğunu təsbit etmək üçün isə o anasını hipnoz edir. Başqa bir epizodda, Kenni yeni tanış olduğu rəfiqəsi ilə restorana şam yeməyi yeməyə gedir. Rəfiqəsinin həddindən artıq bahalı sifarişlər verəcəyindən qorxan Kenni onu hipnoz edərək, fiksasiya edilmiş menyu sifariş etməsini təlqin edir. (Kenni Kreyq: Mett Lukas)
Rey Makkuni 1-ci mövsüm
Sitat: "Həəəəə", "Olabilər hə, Olabilər yox!"
Şotlandiyada yerləşən kiçik özəl bir hotelin sahibi Rey, klientlərlə səhərdən axşama kimi danışmağı və pikkolo-fleytasında çalaraq müxtəlif bulmacalar verməyi çox sevir. (Rey Makkuni: Devid Uollyams)
Daffid Tomas 1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Mən kənddə yeganə mavi oğlanam!", "Bir Bacardi Cola, Myfanwy"
Uelsin kiçik mədənçilər şəhəri Llanddewi Brefi'də yaşayan 25 yaşlı gənc oğlan Daffid başqalarının diqqətini cəlb etməyə çalışır. O özünü kənddə yeganə homoseksual olduğunu elan edir (əslində kəndə geylər onun düşündüyündən daha çoxdur). Daffid Gay Times jurnalını oxumağı, inanılmaz dərəcədə dar paltarlar qeyinməyi çox sevir. (Daffid: Mett Lukas, Myfanwy: Rut Cons) Əslində Daffid açıq homofobdur və özünü mavi olaraq ətrafdakılara göstərməsi, sadəcə bir reklamdır. Kənddə yaşayan insanların onu dəstəkləməyəcəyini görən Daffid, İspaniyadan olan bir qızla evlənməyi qərara alır, kənd kişilərini isə homofob adlandırır.
Viki "Viktoria" Pollard 1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Amma hə, amma yox, amma hə, amma yox", "Ay allaaah, mən inana bilmirəm ki, sən bunu mənə indi deyirsən! Kəs səsini!" Mən məgər yenə gunahkaram ki?.
Viki Britaniyalı yeniyetmə qopnik qızdır. O 1989-cu ildə Bristol şəhərində anadan olub. Vikinin tam adı mövsüm boyunca fərqli idi. Belə ki, ilk mövsümdə onun tam adı Viktoria Titania Pollard, sonrakı mövsümlərdə isə, artıq Viktoria Henrietta Pollard kimi səslənirdi. O ətrafdaki sahələri patrul edir, onun yaxınlıqda yaşayan bütün oğlanlardan uşağı var (yəni ümumilikdə onun 12-ə yaxın uşağı var), o heç özünün nə vaxt və kimdən hamilə olduğunu belə bilmir və ona bir sual verdikdə, yüksək sürətlə təmamilə başqa bir şeyi, ağlına qələn bütün qeybətləri danışır. Məktəbdə digər qızlarla tez-tez dava edərək, onları lesbiyan adlandırır. (Viki: Mett Lukas)
Yen və Yen 1-ci mövsüm
Birinci mövsüm boyu, hər serialın sonunda peyda olan 2 personaj. Onlar dünyada mövcud bütün rekordları vurub keçmək arzusundadırlar. Lakin bu arzunu yerinə yetirmək heç cür alınmır, bina bəzi səbəblər mane olur. Məsələn:
"Noxud içərisində üzmək", lakin onların yalnız bir noxud bankası var. "Soyutma yumurta", Yen qabda olan bütün yumurtaları yeyərək dünya rekordu vurmağa hazırlaşır. Amma digər Yen saniyəölçəni səhv qoşduğundan, bu nəticə nəzərə alınmır. "Kütləvi siqaret çəkmə", Yan ağzını siqaretlə doldurur, buna baxmayaraq onun alışqanı yoxdur. "Dünyanın ən kiçik qarışqası" — lakin o elə kiçik idi ki, Yen onu itirdi. "Dünyanın ən böyük adamı", əslində bu normal boylu bir insandır, sadəcə olaraq başında həddindən böyük papaq geyinib. "Dünyanın ən böyük paşteti", bu paştet həqiqətən də çox böyükdür, elə bu ölçülərinə görə də o standart sobaya yerləşmir.