Namiq Firudin oğlu Ağayev (d. 20 iyun 1962) — Azərbaycan rejissoru.Filmin istehsalı başa çatmışdır: [Rejissoru Namiq Ağayev olan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunub] //Azərbaycan.- 2011.- 20 fevral.- S. 8.
Həyatı Namiq Ağayev 20 iyun 1962-ci ildə anadan olmuşdur.
Fəaliyyəti 1979–1987-ci ildərdə Akademik Milli Dram Teatırında asistent və rejissor vəzifəsində çalışıb.
1987–1993-cü illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləmişdir.
1993–2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatırlarında tamaşalara quruluş vermişdir.
2002–2007-ci illərdə Space TV -nın "Yaradıcılıq Emalatxanası Birliyi"nin bədii rəhbəri vəzifəsində çalışmışdır.
2007-ci ildən bu günə qədər Azərbaycan Televiziyasının rejissor vəzifəsində çalışır.
Mükafat "Bu dünyanı nağıl bilək" klipinə görə "Humay" mükafatı (2002) "Axınla aşağı" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015) "Ol" filminə görə "Ən yaxşı ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatı (2018)
Filmoqrafiya "Bahar oğlu" (film, 2004) (sənədli film) (rejissor) Rejissor "Ramiz Əsgərov" haqqında (film, 2004) (sənədli film) (bədii rəhbər) "İnterpapa" (film, 2006) (tammetrajlı bədii film) (rejissor) "Qızlar" (film, 2007) (bədii serial) (rejissor) "Yuva" (film, 2012) (qısametrajlı bədii film) "İrəvan xanlığı" (film, 2012) (sənədli film) "Axınla aşağı" (film, 2014) (tammetrajlı bədii film) (rol: Əli) "Bağışla, gələ bilmədim" (film, 2015) "Yuxarıda və aşağıda" (film, 2015) (qısametrajlı bədii film) (rol: Səməd) "Deyilənlər gəldi başa" (sənədli film)Allahverdiyev, E. "Deyilənlər gəldi başa": [Rejissor Namiq Ağayevin Xalq yazıçısı Yusif Səmədoğlu haqqında çəkdiyi eyniadlı filmi haqqında] //Ekran efir.- 2011.- 22 aprel.- S. 6. "Ol" tammetrajlı bədii film Lal yuxu (teleserial, 2017) Barama Köhnə çamadanlar (film, 2022) Tağıyev. Məktəb (film, 2026)
İstinadlar
Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:"Qızıl Pəri" mükafatı laureatları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları