Məzmun Bədii-publisistik sənədli filmdə Azərbaycan xalqının tarixi kökləri araşdırılır, sübut olunur ki, indiki Azərbaycan Respublikasının ərazisi azərbaycanlıların əbədi vətənidir və Azərbaycan xalqının qədim tarixi olduğu kimi, qədim və zəngin mədəniyyəti də vardır.
Bu kino əsəri Azərbaycan tarixinin əlifbası hesab edilə bilər. Film ilk insan məskənlərindən ta bu günə kimi Azərbaycan xalqının keçdiyi böyük yolun çox sadə tarixidir.
Festivallar və mükafatlar 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Leyla Səfərova priz və diploma layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Leyla Səfərova Ssenari müəllifi: Leyla Səfərova Operator: Nizami Abbas Səs operatoru: Teymur Abdullayev Aparıcı: Fikrət Məmmədov Bədii rəhbər: Firəngiz Qurbanova Prodüser: Firəngiz Qurbanova
Kateqoriya:1992-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı sənədli filmlər Kateqoriya:Tarixi filmlər