"Payız sonatası" () — rejissor İnqmar Berqmanın filmi.
Məzmun Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Böyük bacının evində kiçiyin olması ananı şoka salır. O, özünün xəstə, yad saatlarını Evanın ifasında Şopenə qulaq asmağa sərf edir. Və bu əsəri özü də necə çalmaq lazım olduğunu düşündüyü kimi ifa edir. Öz şəxsi avtomobilini qızına bağışlamaq fikrinə düşür. Buna görə də o, evə təyyarə ilə qayıtmalıdır. Yeni maşının alınmasında da heç bir problem olmayacaq. Gecə Şarlotta pis yuxudan ayılır: ona elə gəlir ki, Eva onu boğur. Qadın durur, qonaq otağına keçir və orada Evanı görür. O da yatmayıb.
Ana və qızı yaşadıqları həyatı yada salaraq münasibətlərinə aydınlıq gətirirlər. Evanın əri pastor bu isterikanı eşidir, lakin bu söhbətə qarışmır. Bu qalmaqalı xəstə qız da eşidir. O, çarpayıdan çıxır, pilləkənlə Eva və Şarlottaya doğru sürünür və "Ana, yanıma gəl!" deyib çağırır.
Səhər Şarlotta çıxıb gedir. Eva oğlunun qəbrinə gəlir. Pastor isə xüsusi nəticə olmasa da, xəstə qızı sakitləşdirmək istəyir. Artıq getmiş Şarlotta öz dostlarından birinə xəstə qızı haqqında sual verir: "O niyə ölmür? Belə daha asan olardı…" Əlbəttə, sual cavabsız qalır. Eva anasına məktub yazır: "Günahım böyükdür, məni bağışla".
Mükafatlar və nominasiyalar
Mükafatlar
1979-cu ilin "Devid di Donatello" mükafatı: Ən yaxşı xarici aktrisa – İnqrid Berqman, Liv Ulman
1979-cu ilin "Qızıl Qlobus" mükafatı: Ən yaxşı xarici film
1978-ci ilin ABŞ kinotənqidçi şurasının milli mükafatı: Ən yaxşı aktrisa – İnqrid Berqman Ən yaxşı rejissor – İnqmar Berqman Ən yaxşı xarici film
Nominasiyalar
1978-ci ilin "Oskar" mükafatı: Ən yaxşı qadın roluna görə – İnqrid Berqman Ən yaxşı orijinal ssenariyə görə – İnqmar Berqman
1978-ci ilin "Sezar" mükafatı: Ən yaxşı xarici film – İnqmar Berqman
1979-cu ilin "Qızıl Qlobus" mükafatı: Ən yaxşı dram aktrisası – İnqrid Berqman
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi : İnqmar Berqman Rejissor : İnqmar Berqman Operator : Sven Nükvist Bəstəkarlar : Frederik Şopen, İohan Sebastyan Bax, Georq Fridrix Hendel Prodüserlər : Katinka Faraqo, Lyu Qreyd, Martin Strager, Riçard Brik
Rollarda İnqrid Berqman – Şarlotta Liv Ulman – Eva Lena Nyuman – Helena Halver Byork – Viktor Marianna Aminoff – Şarlottanın katibi Arne Banq-Hansen – Otto Qunnar Byornstrand – Pol Erland Yusefson – Yozef Georq Lökkeberq – Leonardo Mimi Pollak Linn Ulman – Evanın uşaqlığı
İstinadlar
Xarici keçidlər
Criterion Collection essay by Peter Cowie
Kateqoriya:Almaniya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:İsveç filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:İnqmar Berqmanın filmləri Kateqoriya:1978-ci ilin filmləri Kateqoriya:İsveçcə filmlər Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Ana-qız münasibətləri haqqında filmlər Kateqoriya:Norveçin dram filmləri Kateqoriya:Dul insanlar haqqında filmlər Kateqoriya:İsveçin dram filmləri Kateqoriya:Klassik musiqi və musiqiçilər haqqında filmlər Kateqoriya:Norveçdə çəkilən filmlər