Yusif Qadir xan () — 1026-cı ildə Qaraxanilər dövlətinin taxtına oturan Qaraxani hökmdarı və Harun Buğra xanın oğlu. Tam olaraq nə zaman doğulduğu bilinmir. 1032-ci ildə Qaşqarda ölmüşdür. Yusif Qadir xan taxta çıxandan sonra hakimiyyət üstə gedən müharibələr bitdi, amma vəfatından sonra oğulları və əmisi oğlu Nəsr bin Əli xanın oğulları arasında gedən müharibələr dövləti ikiyə Qərbi Qaraxanlılar dövləti və Şərqi Qaraxanlılar dövlətinə böldü.
İstinadlar
Kateqoriya:Qaraxani xaqanları