Bakı və bakılılar filmi rejissor Lətif Səfərov tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır.
Məzmun Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. Kinolentdə Müsavat hökuməti, XI Qırmızı Ordu hissələrinin və onun rəhbərlərinin Bakıya gəlməsi, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının birinci ildönümünün bayram edilməsi öz əksini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 68
Kadrlar bir-birini əvəz etdikcə ekranda Bakının 40 ildən sonrakı həyatı canlanır. Azərbaycanın paytaxtında yeni küçələr salınmış və binalar tikilmişdir.
İnsan və onun əməyi filmdə əsas yer tutur, tanınmış neftçilərdən Yusif Kərimov və Fuad Səmədov, kimyaçılardan Yusif Məmmədəliyev və Xudu Məmmədov, həkim Mustafa Topçubaşov haqqında danışılır. Publisistik kino-hekayədə reportaj çəkilişlərdən istifadə edilmişdir.
Festival və mükafat 1958-ci ildə Moskvada Sovet Filmlərinin Ümumittifaq Festivalında filmə III dərəcəli diplom verilmişdir.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Lətif Səfərov Rejissor: Lətif Səfərov Operator: Arif Nərimanbəyov
İstinadlar
Mənbə Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1957-ci ilin Azərbaycan filmləri 1950-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1957-ci ilin Azərbaycan filmləri Kateqoriya:Lətif Səfərovun filmləri