Xızı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xızı şəhəridir.

Xızı rayonu 1930-cu ilə kimi Bakı Sovetinin tərkibində olmuş, sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır. Sonradan inzibati ərazilərin bölgüsü ilə əlaqədar 1940-cı illərdə Siyəzən rayonu təşkil olunanda rayonun Giləzi, Ağ siyəzən, Zərgərli və s. sovetlikləri Siyəzən rayonunun tərkibinə daxil edilmişdir. Həmin dövrdə Xızı rayonu tərkibində Dağ quşçu, Ərzküş, Qızılqazma və 60 kənd, 53 kolxoz, 14 sovetlik olmuşdur. Rayon 1956-cı ilə qədər fəaliyyət göstərmiş, 1956-cı ilin axılrında Sumqayıta birləşdirilmişdir. 1963-cü ildə Abşeron rayonu təşkil olunur və Xızı zonası həmin rayonun tərkibinə verilir. Nəhayət 1990-cı ilin aprel ayında Xızı rayonu yenidən bərpa olunur. Mərkəzi Xızı şəhəridir. Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur. Xızı rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Respublikamızın paytaxtı Bakı şəhərinə ən yaxın dağlıq rayondur.

O, şimaldan Siyəzən və Quba, qərbdən Şamaxı, cənubdan Qobustan, cənub-şərqdən Abşeron rayonu ilə həm sərhəddir. Əsasən, Xızı yaylası da yerləşən rayonun şərq hissəsi Giləzi dili ilə Xəzər dənizinin sularına axır. Rayonun mərkəzi olan Xızı qəsəbəsi Bakıdan 104 km m əsafədə yerləşib paytaxta ən yaxın səfalı ərazidir. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən isə Aladaş silsilələri ilə əhatə olunmuşdur.

Əsas dağları Dübrar (2205 m), Kəmçi (1026), Şərəkü (958), Bəybəyim (935), Şixandağ (801) və Böyük Siyaku (786) dağlarıdır. Əsas çayları Ataçay, Cəngiçay, Kənda, Tuğçay, Dizavarçay, Kerban və Qarabulaq çaylarıdır. Ərazidə Altıağac Milli Parkı və Vəhşi Təbiətin Reabilitasiya Mərkəzi mövcuddur.

Ərazinin etnik palitrasını azərbaycanlılar və tatlar təşkil edir.Əhalinin əksəriyyəti tatlar, azlıq türklərdir. Əvvəllər kiçik bir kəndi təmsil edən "xızı" sözünun etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu adın Sasaniİər imperiyasından qaldığını güman edirlər. Belə ki, imperiyanın rəsmi dini olan zərdüştçülüyünin imperiyanın şimal ərazilərində yaymaq, xristianlıqla mübarizə aparmaq və şimal sərhədlərini hun, peçeneq və xəzər tayfalarından qorumaq üçün erkən orta əsrlərdə (III–VI əsrlər) buraya irandilli tayfalar köçürülürdü. Bu proses Şirvanşahların Səfəvilər tərəfindən məğlub edildikdən sonra daha da gücləndi. Buraya köçürülən tayfalar, əsasən, Xuzistan əyalətindən olmuşdur. Ad tədricən transformasiyaya məruz qalaraq dövrümüzə Xızı şəklində gəlib çatmışdır.

Rayonun ikinci böyük yaşayış məntəqəsi Alaçayın sahilində yerləşən çox mənzərəli bir landşafta malik olan Altıağacdır. Ərazinin adı Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıdan 42 km. "ahı ağaclıq" məsafədə yerləşməsindən qaynaqlanır (1 ağac 7 km-ə bərabərdir). Dünyanın çox ölkələrini gəzmiş, o cümlədən Qafqazda olmuş məşhur türk səyyahı Evliya Çələbi (1611–1685) on cildlik "Səyahətnamə"sində bu haqda belə yazır: "Şimal səmtə doğru altı ağac yol gedərək Altıağac mənzilinə gəldik. Əcəmlər (bu yerə) "şeş derəxət" deyiriər. Səfalı bir çəmənlikdə böyük bir karvansara vardır. Kənd viranədir. Bu yer Dəmirqapı sərhədində miskər nahiyəsinə tabedir". Müasir Xızıdan 2 km cənubda Kerban çayı sahilində qala divarlarının qalıqları mövcuddur. Qalanın monqol işğalı zamanı dağıldığı ehtımal olunur. Görünür monqol işğalından sarsılan ərazi uzun müddət özünə gələ bilməmişdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. AMEA Nəsimi adına Dilçilik İnstitutu. 2 cilddə. Bakı: Şərq- Qərb, 2007.

Coğrafiyası Xızı rayonu ilə Bakı arasında olan məsafə −104 km

Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.

Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın "Beşbarmaq" adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında "Xıdırzində" ("Ölməz Xıdır") ziyarətgahı yerləşir.

Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər "ağac" sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı qəzasına aid olan Xızı kəndləri: Altıağac, Ağdərə, Allahyarlı, Baxşılı, Bəyəhmədyurd, Biləsən, Çaharqışlaq, Çərməzar, Darazarat, Düdar, Dəllər, Dizəvər, Ələz, Əmbizlər, Əngilan, Ərisguş, Əlməkolu, Fındığan, Gərmiyan, Gimçi, Gilənova, Gücövrə, Güneyqışlaq, Həmyə, Keş, Keçəllər, Künövşə, Pəmbə, Qars, Qalaşıxı, Qasımkənd, Qululu, Quşçu, Qərban, Qızılqazma, Sadan, Sayaddı, Siyəzən, Şurabad, Şurakənd (Surakat), Şıxlar, Tıxlı, Təkəli, Təzəkənd, Upa, Vərdəh, Xanəgah, Xızı, Xələnc, Xərgo, Xəndək, Xirək, Xışqədar, Xılmıllı, Xəll, Yarımca, Zarat, Zərgərli, Zöhrabkənd.

Landşaftları və bioloji müxtəlifliyi Xızı rayonu Azərbaycanın iri Meşəlik ərazilərə malik olduğu rayonlardandır (9931 ha, 6%). Ərazi həddən artıq bioçeşidlik, landşafı və ekosistem müxtəlifliyinə malikdir. Ərazidə meşə, meşə-çöl, bozqır(çöl), bozdağlar, bozqır dağlar, subalp, alp ekosistemləri mövcuddur. Meşə dendroflorası, əsasən, iberiya palıdı, şərq palıdı şərq vətəsi, şərq fıstığı adi göyrüş, qarağac, armud gözəl ağcaqayın, ardıc, doqquzdon, birgöz kimi ağackollardan ibarətdir. Dağətəyi seyrək meşəliklərdə söyüdyarpaq armud, yemişan, qaratikan, dovşanalması, ölməzkol, adi zirinc, itburnu kimi ağac-kol növləri bitir. Çay kənarları adi nar, pallas murdarçası, yulğun çaytikanı və rus itüzümü kollarından ibarətdir. Burada tək-tək qara əncirə, çox nadir, endım və nəsli kəsilm əkdə olan növ fərat qovağının bir neçə nüsxəsi qalmışdır. Ərazinin faunası da çox zəngindir. Məməlilərdən avropa cüyürü, qonur ayı qaban, adi vaşaq yenot , boz dovşan, tülkü, daşıq dələsi, canavar, quşlardan adi qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartar, boz kəklik, qaratoyuq kimi növlərə rast gəlinir.Məmmədov Q. Ş., Xəlilov M. Y. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı: Elm, 2005.

Tarixi–mədəni abidələr Tıxtı kəndi yaxınlığındakı keçmiş Şıxlar kənd qəbiristanlığında yerləşən türbə ziyarətgah, 300–500 yaşlı qəbirləri mövcuddur. Bu türbənin Şeyx Heydər Türbəsi (X–V əsr)olduğu ehtimalı vardır. Bəzi mənbələrə görə Şeyx Heydər türbəsinin Səfəvilər İmperiyasının yaradıcısı I İsmayılın atası Şeyx Heydərin məzarıdır. Şeyx Heydər Şirvanşah Fərrux Yasar ilə Təbərsaran döyüşündə (1488) həlak olmuş və burada müqəddəs Beşbarmaq dağı ilə üzbəüz ərazidə dəfn olunmuşdur. Sonralar Şirvanşahlar dövlətini məğlubedən I İsmayıl Səfəvi atasının qəbri üzərində Türbə tikdirmiş, orada Şıxlar kəndini saldırmış, məqbərəni müqəddəs ziyarətgah elan etmişdir.Təhməzov B., Yusifov E., Əsədov K. Azərbaycanın bioloji təbiət abidələri. Bakı: Adiloğlu, 2004.

Mədəniyyəti Rayonda tarixi abidələr çoxdur. Onlardan biri neçəsini qeyd edək. VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi, Bu qüllənin divarları salamat qalmışdır. Qüllə rayon mərkəzindən 9 km aralıdır. Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları. Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər türbəsi. V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur. Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir. Xanagah kəndində 1247-ci ilə aid olan Pir Əli (Şeyx Əli) ziyarətgahı. Pir Əli Ziyarətgahı Şirvanşahlar dövründə inşa edilib, iki mehrabı olan ziyarətgahin mehrablarında yazılı kitabələr var. Bu kitabələr Xızı ərazisində olan ən qədim yazılı abidələrdir.

Əhalisi

# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı1Giləzi qəsəbə bələdiyyəsi29442Şuraabad qəsəbə bələdiyyəsi22323Yeni Yaşma qəsəbə bələdiyyəsi16754Sitalçay kənd bələdiyyəsi12345Altıağac kənd bələdiyyəsi11806Xızı qəsəbə bələdiyyəsi10207Tıxlı kənd bələdiyyəsi5468Fındığan kənd bələdiyyəsi4059Xələnc kənd bələdiyyəsi32210Baxışlı kənd bələdiyyəsi31511Məşədi Həsən kənd bələdiyyəsi31312Ağdərə kənd bələdiyyəsi24113Qarabulaq kənd bələdiyyəsi20114Cəmi12628

1903-cü il Bakı quberniyasının Bakı qəzasının Saray məntəqəsinə aid kəndlər: # Kəndlər üzrə evlərin sayı Kəndlər üzrə əhalinin sayı1 Səyyad Xızı: 1266062 Şıx Xızı: 914763 Ağdərə və Düdar: 9414234 Əmbizlər və Dabaqun: 10213375 Gövxanı: 9010906 Gərmiyan: 503837 Xanəgah: 302988 Çar-Qışlaq: 635099Cəmi6122

Həmin il (1903-cü il) Bakı quberniyasının Quba qəzasına aid olan kəndlər: # Kəndlər üzrə evlərin sayı Kəndlər üzrə əhalinin sayı1 Əngilan: 515872 Baxışlı: 345503 Zərgərli: 827234 Zarat: 437255 Dağ Quşçu: 1854346 Keş: 213407 Siyəzən: 798318 Zöhrabkənd: 293129 Fındığan: 8276010 Xələnc: 7663011 Darazarat: 4530212 Gəmşər: 1632913Cəmi6523

Görkəmli şəxsiyyətləri Cəfər Cabbarlı — Azərbaycanın görkəmli yazıçısı və dramaturqu. Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır. Milli kino sənətinin inkişafında və milli kadrların yetişdirilməsində çox böyük xidmətləri olmuşdur. "Azərbyacanfilm" kinostudiyası onun adını daşıyır. Mikayıl Müşfiq — Azərbaycanın böyük ürəkli, nəhəng istedadlı, coşğun nəfəsli şairi. Mikayıl Müşfiq Xızıda doğulub boya-başa çatmışdır. Məmməd Arif — Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir. 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1955), professor (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı. Seyfəddin Dağlı — Azərbaycan yazıçısı, şair. Əlihüseyn Dağlı — Azərbaycan SSR Hərbi diviziya və Xəzər hərbi donanmasının hərbi prokuroru. Bəybala Abbasov — Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.

Həmçinin bax Ataçay nekropolu

İstinadlar

Xarici keçidlər

mcdmerkez.org saytı