"Psixo" () — rejissor Alfred Hiçkokun filmi.
Məzmun Gənc qadın Merion Kreyn müdirin ona etibar etdiyi 40 min dollar pulu oğurlayır. O, bunun cinayət olduğunu düşünməyərək öz-özünə pulları oğurlayır. Merion sadəcə olaraq şəhərdən getmək və öz sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı avtomobili idarə edərkən daxili gərginlikdən yorulan qız maşını şose yoluna döndərmək və gecəni oradakı boş moteldə keçirmək qərarına gəlir. Burada polis onu tapa bilməzdi. Burada isə onu qorxulu cəza gözləyirdi. Moteli Norman Beyts adli gənc oğlan idarə edir. O, şəxsi iztirab çəkir: moteldə onunla birlikdə sevimli, lakin çoxdan ölmüş anası yaşayır. Normanda Meriona meyil yaranır. Amma onun "anası" oğlunun hislərinin qəti əleyhinə çıxır. "O" Normandan tələb edir ki, Meriondan uzaqlaşsın. Bu tələbinə rədd cavabı alandan sonra isə qızı öldürmək qərarına gəlir və öz fikrini Merion duş qəbul edərkən həyata keçirir. Bu vaxt Merionu axtaran şəxsi xəfiyyə Milton Arboqast ortaya çıxır. O, Normanın qorxulu sirrini açmağa çalışır. Lakin tapdığı faktları qızın sevgilisinə və bacısına çatdıra bilmir. Çünki Norman Arboqastı da öldürür.
Ancaq hər halda nəhayət ki, qızın bacısı və sevgilisi Normanı birlikdə dolaşığa sala bilirlər. Yalnız onda məlum olur ki, Normanın anası çoxdan ölüb və motelin sahibi onun qurumuş meyitini ehtiyatla otaqların birində kresloda oturmuş vəziyyətdə saxlayıb.
Film haqqında Alfred Hiçkokun sonuncu ağ-qara filmidir. Öz karyerasının başlanğıcında yeni sima olan aktyor Entoni Perkins daha çox ikinci Ceyms Din kimi tanınırdı. Lakin onun bu Hiçkokun bu filmində çəkilməsi cəmiyyətin ona olan fikrini tamamilə dəyişir.
Mükafatlar 1961-ci ilin "Edqar Allan Po" mükafatı:
Ən yaxşı bədii film – Cozef Stefano, Robert Blox
1961-ci ilin "Qızıl qlobus" mükafatı:
İkinci planda ən yaxşı aktrisa – Canet Li
1961-ci ilin "Oskar" mükafatına namizəd:
Ən yaxşı rejissor işi – Alfred Hiçkok Ən yaxşı operator işi – Con L. Rassell İkinci planda ən yaxşı aktrisa – Canet Li Ağ-qara filmdə ən yaxşı quruluşçu rəssam işi – Cozef Hörli, Robert Kletvorti, Corc Maylo
Filmin heyəti right|300px|thumb|Filmin treyleri
Film üzərində işləyənlər Əsərin müəllifi : Robert Blox (roman) Ssenari müəllifi : Cozef Stefano Rejissor : Alfred Hiçkok Operator : Con L. Rassell Bəstəkar : Bernard Herrmann Prodüser : Alfred Hiçkok
Rollarda right|300px|thumb|Filmin loqosu Entoni Perkins – Norman Beyts Canet Li – Merion Kreyn Vera Maylz – Merionun bacısı Layla Con Gevin – Sem Lumis Martin Balsam – detektiv Milton Arboqast Con Makintayr – şerif El Çambers Saymon Oklend – Fred Riçmond Von Teylor – Corc Louveri Frenk Albertson – Tom Kessidi Laren Tattl – şerifin xanımı Eliza Patrisiya Hiçkok – Kerolin Con Anderson – Çarli Mort Mayllz – polis zabiti
İstinadlar
Mənbə "Kinonun 10 ən yaxşı manyakı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 40-41.
Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Alfred Hiçkokun filmləri Kateqoriya:1960-cı ilin filmləri Kateqoriya:Bataqlıqlarda çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:İngilis dilində cinayət filmləri Kateqoriya:Ana-oğul münasibətləri haqqında filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin qorxu romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Qızıl Qlobus mükafatına layiq görülmüş filmlər Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:İnsest haqqında filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:Psixoloji qorxu filmləri Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:Psixiatriya müalicəxanaları haqqında filmlər Kateqoriya:Psixoloji triller filmləri