İosif Vissarionoviç Stalin (,, ) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri,. Sovet İttifaqı Marşalı (1943),И. А. Красильников. Неизвестный Центральный фронт. Документальная хроника с 24 июля по 26 августа 1941 года. Центрального фронта Красной армии и группы армий "Центр" Германии. — Москва: "Информация", 2015. — С. 514. — 664 с., ил. с. — ISBN 978-5-903676-32-3. — ISBN 978-5-903676-32-3. Sovet İttifaqı Generalissimusu (1945).
İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib.
Adı və soyadı Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur. Hətta Stalini sonralar da qoca bolşeviklər Koba ləqəbi ilə çağırarmışlar, müharibəyə qədər hətta Voroşilovda onu bu cür çağırarmış. "Stalin" təxəllüsünün kökü mübahisəlidir: bəziləri onun "stal" ( — polad), digərləri isə nart eposu ilə və ya onun tərcüməçisi E. Stalinskinin soyadı ilə əlaqələndirirlər.
Böyük Vətən Müharibəsi illərində Stalin "Vasili" (oğlunun adı ilə əlaqədar) təxəllüsündən istifadə etmişdir. Adətən ona adı və atasının adı və ya hərbi rütbəsi ("yoldaş Sovet İttifaqı Marşalı (Generalissimus)")ilə yox sadəcə "yoldaş Stalin" kimi müraciət etmişlər.
Uşaqlığı və gəncliyi thumb|200px|right|Stalinin gənclik şəkli(1912-ci il) Rəsmi versiyaya görə 21 dekabr 1879-cu ildə və ya metrit kitabındakı qeydə əsasən 6 dekabr 1878-ci ildə Gürcüstanda Qori şəhərində anadan olmuşdur. Ailədə üçüncü uşaq olmuşdur, iki ilkinlər uşaqlıqda ölmüşdür. Onun doğma dili gürcü dili olmuşdur, rus dilini sonra öyrənmişdir, lakin həmişə hiss olunacaq gürcü ləhcəsi ilə danışmışdır. Lakin Stalinin əsl atası yəhudi səyyah Nikolay Prjevalski olmuşdur. Buna görə Stalini gürcü hesab etmək olmaz. O, yəhudi olmuşdur.
Kasıb çəkməçinin və qala kəndli qızının ailəsində böyümüşdür. İosifin 11 yaşı olanda atası vəfat etmişdir. 1888-ci ildə İosif Qoridə möhkəm nizam-intizam höküm sürən kilsəyə, 1894-cü ildə isə Tbilisidə seminariyaya daxil olur. Lakin buranı qurtara bilməyib oradan qovulur (rəsmi versiyaya görə Marksizmin təşviqatına görə). Daim lider olmağa çalışmış və yaxşı oxumuşdur, anasının istəyi əsasında öz karyerasını kilsədə qurmaq istəyir. Təhsil illərində seminariyada gürcü dilində şeir yazmışdır. Onun şeirlərindən bir neçəsi inqilabdan əvvəl nəşr olunmuş şeirlər toplusunun içində olmuşdur: 1949-cu ildə Stalinin 70 illiyinə onun rus dilində şeirlərindən ibarət kitabı hazırlanırdı (gürcü dilindən tərcüməyə böyük mütəxəsislər, əsasən Arseni Tarkovski cəlb olunmuşdur), lakin bu kitab nədənsə nəşr olunmadı.
İnqilabdan öncə thumb|200px|left|Vladimir Lenin və İosif Stalin(Sağdakı) 1901–1902-ci illərdə RSFSR-in Tbilisi və Batumi komitələrinin üzvü. RSFSR-in II qurultayından (1903) sonra-bolşevik. Dəfələrlə həbs olunmuş, sürgün olunmuş və sürgündən qaçmışdır. 1905–1907-ci illərdə Birinci rus inqilabının iştirakçısı. 1907–1908-ci illərdə RSFSR-in Bakı komitəsinin üzvü. RSFSR-in 6-cı Ümum-Rusiya konferensiyasında (1912) sonra MK-nın pleniumunda MK-nın və RSFSR MK-nın rus bürosuna seçkisiz qəbul olunmuşdur.
1906–1907-ci illərdə Qafqazda eksproprkasiya adlanan əməliyyata rəhbərlik etmişdir. 1907-ci il 25 iyunda bolşeviklərin pula ehtiyacını ödəmək üçün inkassator faytonuna hücum təşkil etmişdir.
1909–1917-ci illərdə sürgündə olduğu müddətdə esperantonu (süni beynəlxalq dil) öyrənmişdir.
1917-ci il fevral inqilabından sonra Petroqrada qayıdır. Lenin mühacirətdən qayıdanadək MK-ya və bolşevik partiyasının Peterburq komitəsinə rəhbərlik etmişdir. 1917-ci ildən "Pravda" (Həqiqət) qəzetinin redaksiya heyətinin, Bolşevik partiyası MK politbüronun, hərbi-inqilabı mərkəzin üzvü olmuşdur. Leninin məcburi gedişi səbəbi ilə əlaqədar olaraq gizli şəraitdə keçirilmiş RSDFP(b)nin VI qurultayında Stalin MK-da hesabat məruzəsi ilə çıxış etmişdir. Oktyabr silahlı üsyanında iştirak etmişdir. 1917-ci il Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinə Milliyyətçilik üzrə xalq komissarı kimi daxil olmuşdur.
Müvəqqəti hökumətə və onun siyasətinə mövqedən belə çıxır ki, demokratik inqilab hələ ki, qurtarmayıb və hökumətin devrilməsi praktiki məqsəd deyil.
Vətəndaş müharibəsi Rusiya vətəndaş müharibəsi başlayandan sonra Stalin Rusiyanın cənubuna Şimali Qafqazdan çörəyin hazırlanıb sənaye mərkəzlərinə çatdımaq üçün ÜMİK-nin (ВЦИК) fövqəladə səlahiyyətli nümayəndəsi kimi göndərlimişdi. 1918-ci ilin 6 iyununda Tsarıtsına çatan Stalin şəhərdə nizam yaratdı. Moskvaya ərzağın çatdırılmasını təmin etdi, daha sonra isə Tsarıtsını Krasnovun dəstələrindən müdafiyəyə hazırladı. K. E. Voroşilovla birlikdə onlar Tsarıtsının müdafiəsini təmin edib Krasnovun və Dutovun ordu hissələrinin birləşməsinin qarşısını aldılar.
1918-ci ilin dekabrında admiral Kolçakın Sibirə hücumu başladı. O, şimaldan hücuma keçmiş ingilislər və ağqvardiyaçılarla birləşməyi planlaşdırırdı. Yaranmış fövqəladə-ciddi vəziyyəti aradan qaldırmağı Lenin Stalinə tapşırdı. Stalin Dzerjinski ilə birlikdə Perm altında ki, vəziyyəti tez və qətiyyətlə bərpa etdilər.
1920-ci illər 1922-ci ilin aprelində RKP (b) MK-nın pelniumunda Stalin MK-nın birinci katibi seçildi. Əvvəllər bu vəzifə yalnız partiya aparatına rəhbərlik demək idi, partiyanın lideri və dövlətə rəhbərliyi isə formal da olsa Xalq Komissarları Sovetinin sədri V. İ. Lenində qalmaqda idi.
Vladimir Lenin Stalinin təşkilatçılıq qabiliyyətini, onun biliyini, təcrübəsini, milli və digər kəskin siyasi problemləri həll edə bilməsi bacarığını yüksək qiymətləndirirdi. Onlar arasında şəxsi və prinsipial mübahisələr də olmuşdur. Lakin bu hallar heç bir şəkildə siyasi ziddiyət halları almamışdır. Buna baxmayaraq Lenin Stalini kobudluqda çox kəskin sürətdə ittiham edirdi. Onun fikrincə Stalinin bu keyfiyyəti birinci katib vəzifəsində olan şəxs üçün deyil, bu hal partiya rəhbərliyinin parçalanmasına gətirib çıxara bilər.
Lenin "Qurultaya məktub"unda qeyd edirdi ki, Stalin çox kobuddur və onu birinci katib vəzifəsindən çıxartmaq lazımdır. Stalinin işçi kimi keyfiyyətlərini nəzərə alan partiya rəhbərləri bunu etmədilər.
Lenini vəfatında sonra Stalin politburonun iki ən nüfuzlu üzvləri L. B. Kamenyov və Q. E. Zinovyevlə birləşib "üçlüyü" formalaşdıra bildi. Birlikdə onlar L. D. Trotski və onun tərəfdarlarını məğlub edə bildilər.
1930-cu illər
Kollektivləşmə 1930-cu illərin əvvəlindən etibarən kənd təsərrüfütlarının mərkəzləşmiş kolxozlarda (kolxoz — rus dilindən tərcümədə Kollektiv Təsərrüfat deməkdir) birləşdirlməsi — təsərrüfatın məcburi kollektivləşdirilməsi aparılırdı. Torpağa olan hüququn ləğv edilməsi "siniflər məsələsi"nin həllinin nəticəsi idi. Həmçinin o zaman ki, iqtisadi düşüncələrə əsasən iri kolxozlar texnikanın birləşdirilməsi və əməyin bölüşdürülməsi hesabına daha effektiv işləyə bilərdilər. Qulaq adlanan o zamanki, kəndlilər kollektivləşməyə qarşı çıxıb çıxmadıqlarından asılı olmayaraq, məhkəməsiz istintaqsız əmək düşərgələrində işlədilir və ya Sibirin və şərqin ucqar hissələrinə göndərilirdilər.
Stalinin yeritdiyi sənayeləşdirmə buğda və digər məhsulların xaricə eksportundan əldə edilən böyük vəsaitlər və avadınlıqlar tələb edirdi. Kolxozlar üçün dövlətə veriləcək böyük miqdarda kənd təsərrüfatı məhsulları planı qoyulmuşdu. Bəzi tarixçilərin fikrincə məhz bu planlar 1932–33-cü illərdə baş vermiş kütləvi aclıqlara gətirib çıxartmışdır.
İqtisadiyyatın inkişafı Sənayeləşməni məcburiyyət qarşısında qalıb ağır sənayenin baza sahələrindən inkişafa başlaması bazarları kəndə lazımi məhsullar ilə təmin edə bilmədi.
Şəhərlərin normal məhsul təchizatı pozuldu, təsərrüfat malları vergisi natura şəklində idi, 1924-cü ildə isə pulla əvəzləndi. Çıxılmaz vəziyyət yaranmışdı: balansın bərpası üçün sənayeləşməni sürətləndirmək lazım idi, sənayenin sürətli inkişafı üçün kənddən gələn məhsulların, eksporta gedəcək malların və işçi qüvvəsinin miqdarı artmalı idi, bunun üçün isə çörək istehsalı və onun əmtəəliyi artmalı, kəndlərdə ağır sənayenin məhsullarına (maşınlara, dəzgahlara) ehtiyac yaratmaq lazım idi.
Bu cür çətinliyi aradan qaldırmaq isə yalnız kənd təsərrüfatının radikal modernləşməsindən sonra həll oluna bilərdi. Nəzəri olaraq bunu üç yolla etmək olardı. Birinci — "Stolıpin islahatları"nı yeni formada davam etdirmək, QULAQ-ların artan gücünü dəstəkləmək, kəndlilərin iri fermerlərə və proletariata təbəqələşməsi, kəndin əsas vəsaitini onların xeyrinə yönəltmək. İkinci — kapitalist təsərrüfatının mənbələrini (QULAQları) ortadan qaldırmaq və iri mexanikləşdirilmiş kollektiv təsərrüfatların yaradılması. Üçüncü yol — fərdi kəndli təsərrüfatlarının tədricən inkişaf etdirmək və onları "təbii" tempdə birləşdirmək — bu yol bütün hesablara görə çox gec baş verəcəkdi. 1927-ci ildə çorək istehsalı dayandırılandan sonra qəti addımlar atmaq lazım gəldi (stabil qiymətlər, qapalı bazar və hətta represiyalara) və artıq 1928–1929-cu illərdə baş vermiş növbəti çörək qıtlığı bu problemin tezliklə həllini labüd etdi.
1929-cu ildə tədarük zamanı görülmüş fövqəladə tədbirlər artıq qeyri-normal hal kimi qəbul edildi və 1300-ə qədər qiyama gətirdi. 1929-cu ildə artıq bütün şəhərlərdə (1928-ci ildə yalnız bəzi şəhərlərdə) çörəyə kartoçka tətbiq edildi.
Kəndlərdə fermerliyin kəndçiləri təbəqələrə bölməklə yaratmaq Sovetlərin ideoloji prinsiplərinə uyğun deyildi. Kollektivləşmə kursu götürüldü. Bu da QULAQların bir "sinif" kimi məhvinə səbəb oldu.
İkinci mühüm sual — sənayeləşmə üsulunun seçilməsi. Bu məsələnin müzakirəsi çətin və uzun çəkdi, müzakirənin nəticəsi isə dövlətin və cəmiyyətin gələcək taleyini müəyyənləşdirdi. Əsrin əvvəllərindəki Rusiyadan fərqli olaraq xarici investorlar mühüm maliyyə mənbəyi kimi SSRİ-də yox idi və SSRİ sənayeləşməni yalnız və yalnız öz daxili resurslarının hesabına inkişaf edə bilərdi. Nüfuzlu qruplar (Politbüronun üzvü N. İ. Buxarin, Xalq Komisarları Sovetinin sədri A. İ. Rıkov və ÜMPİS-in (ВЦСПС) sədri M. P. Tomski) Yeni İqtisadi Siyasət (YİS) sayəsində vəsaitin toplanmasını və inkişafın "amanverici" üsuluna tərəfdar idilər. İ. V. Stalin — sürətləndirilmiş üsulun. Stalinin nöqteyi-nəzəri qalib gəldi.
İkinci Dünya müharibəsi thumb|300px|left|Tehran konfransı: Stalin, Ruzvelt, Çörçill 1938-ci ildə Qərb ölkələrinin Çexoslovakiyanı onun zəngin sənaye potensialı ilə birlikdə Hitlerə bağışlayıb imzaladıqları "Münhen sazişi"-nə cavab olaraq 1939-cu ilin 23 avqustunda Stalin Adolf Hitler ilə "hücumetməmə paktı"-nı imzaladı. Molotov-Ribbentrop paktının gizli əlavələrində (yalnız XX əsrin sonlarında nəşr olunmuşdur) SSRİ və Almaniya öz aralarında Şərqi Avropanı öz nüfuz dairələrinə bölməni razılaşdırmışdılar. Nəticədə paktın imzalanmasının bütün "gunahı" anti-nasist cəbhəsi yaratmaq istəməyən və Almaniyanı "sakitləşdirmə" siyasəti yürüdən Qərb ölkələrinin boynuna qoyuldu.