Con Byufort (; ) — İngilis-fransız əsilzadəsi və siyasətçisi, Somerset hersoqu.
25 mart 1404-cü ildə dünyaya gəldi. Atası (eyni zamanda adaşı) İngiltərə kralı III Eduardın nəvəsi və Gentli Conun nigahdan kənar oğlu Somerset erli Con Byufortdur. Anası isə İngiltərə kralı I Eduardın oğlu Edmond Vudstokun nəticəsi və Kent erli Tomas Hollandın qızı Marqarit Hollanddır. Atasının 1410-cu ildə vəfatından sonra anası IV Henrinin (eyni zamanda ögey əmisi) kiçik oğlu Lankasterli Tomasla evləndirildi.
Böyük qardaşı Henri Byufortun 1418-ci ildə Ruan mühasirəsində həlak olmasının ardından Somerset qrafı ünvanı aldı. Ertəsi il əmisi oğlu V Henrinin liderliyində fransızlara qarşı vuruşdu. 1421-ci ildə ögey atası Lankasterli Tomasla birgə Normandiyada vuruşdu. Ögey atasının burada döyüş meydanında həlak olmasının ardından, kiçik qardaşı Tomasla birlikdə fransızlara əsir düşdü. 17 il davam edən əsirliyi boyunca ata mülkü anasının idarəsində qaldı. 1438-ci ildə döyüş təzminatı qarşılığında azadlığa buraxıldı.
1439-cu ildə Marqarita Byuçemplə evləndirildi. Cütlüyün bu nigahdan 1 qızı doğuldu.
Marqarita Byufort (1443-1509)
28 avqust 1443-cü ildə Somerset hersoqu ünvanı aldı və Bant ordeniylə mükafatlandırıldı. 27 may 1444-cü ildə vəfat etdi. İntihar etdiyi güman edilir.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XV əsr Avropa hökmdarları