Siliniş () — amerikalı yazıçı Tess Gerritsenin romanıdır. Əsər Rizzoli və Isles seriyasına daxildir.
Sujet
Romanın hadisələri Maura Islesin meyitxanaya gətirilmiş naməlum qadının cəsədini müayinə etməsi ilə başlayır. Qadın ölü hesab edilsə də, Maura onun hələ də sağ olduğunu aşkar edir. Qadın xəstəxanaya çatdırıldıqdan sonra mühafizəçini öldürür və bir qrup insanı girov götürür. Girovlar arasında hamiləliyinin son günlərini yaşayan Boston polis detektivi Ceyn Rizzoli də olur. Hadisəni araşdıran Maura Isles Ceynin həyat yoldaşı, Federal Təhqiqatlar Bürosunun əməkdaşı Gabriel Deanlə birlikdə silahlı qadının kimliyini və onun məqsədini müəyyənləşdirməyə çalışır. Xəstəxanada girov saxlanılan Ceyn Rizzoli isə silahlı qadının sirrinin açılmasında mühüm rol oynayır. Maura və Gabriel onun kimliyini və hadisənin arxasında dayanan səbəbləri araşdırarkən işin daha geniş və təhlükəli bir cinayət hadisəsi ilə əlaqəli olduğu üzə çıxır
Personajlar Jane Rizzoli (Ceyn Rizzoli)
Maura Isles
Gabriel Dean
Mila Moor
Əsas personajlar Ceyn Rizzoli — Boston Polis Departamentinin qətl şöbəsində çalışan detektivdir. Romanın hadisələri zamanı hamilədir və xəstəxanada girov götürülən şəxslər arasında olur. Maura Isles — Boston şəhərində tibbi ekspert kimi çalışan həkimdir. Romanın əvvəlində meyitxanaya gətirilən naməlum qadının müayinəsini aparır və onun sağ olduğunu aşkar edir. Daha sonra hadisənin araşdırılmasında iştirak edir. Gabriel Dean — Federal Təhqiqatlar Bürosunun əməkdaşı və Ceyn Rizzolinin həyat yoldaşıdır. O, Maura Isleslə birlikdə xəstəxanadakı girov böhranının arxasındakı səbəbləri araşdırır. Mila Moore — Romanın başlanğıcı onun dilindən verilən hekayə ilə açılır. Mila əsərin hadisələri və əsas sirri ilə birbaşa əlaqəli personajdır. Onun keçmişi və yaşadığı hadisələr romanın əsas süjet xəttinin formalaşmasında mühüm rol oynayır.
Digər personajlar Olena — hadisələrin əsas sirri ilə əlaqəli qadın personajdır. Cozef Roke (Joseph Roke) — girov böhranı və hadisələrin arxasındakı daha geniş cinayət işi ilə əlaqəli personajdır. Barri Frost (Barry Frost) — Boston Polis Departamentinin detektividir. Angela Rizzoli — Ceyn Rizzolinin anasıdır. Frank Rizzoli — Ceyn Rizzolinin atasıdır. Regina Rizzoli-Dean — Ceyn Rizzoli və Qabriel Dinlə qızları Digər federal agentlər — hadisənin araşdırılmasına cəlb olunan və Qabriel Dinlə birlikdə işi araşdıran federal əməkdaşlardır
Nəşri
Yazılması və nəşri Əsər ilk dəfə 2005-ci ildə ABŞ-də Ballantine Books nəşriyyatı tərəfindən nəşr edilmişdir. İlk nəşrin həcmi 436 səhifə, ISBN-i isə 0-345-47697-2 olmuşdur. Vanish Rizzoli və Isles seriyasının beşinci romanıdır. Əsərin elektron nəşri də 23 avqust 2005-ci ildə Ballantine Books tərəfindən yayımlanmışdır. Roman sonrakı illərdə müxtəlif nəşrlərdə və dillərdə yayımlanmışdır. Əsərin ingilisdilli nəşrlərindən biri 2006-cı ildə Bantam Books tərəfindən də çap edilmişdir. Vanish əsərinə görə Tess Gerritsen Nero Wolfe Award mükafatına layiq görülmüşdür.
Tərcümələri Siliniş romanı müxtəlif dillərə tərcümə edilmişdir. Əsərin alman dilində Scheintot adı ilə 2008-ci ildə Blanvalet tərəfindən nəşr olunan versiyasını Andreas Jäger tərcümə etmişdir.
Fransız dilində əsər Au bout de la nuit adı ilə nəşr edilmişdir. Fransız Milli Kitabxanasının kataloqunda Hubert Tézenas tərəfindən ingilis dilindən tərcümə edilmiş 2011-ci il Presses de la Cité nəşri qeyd olunur. Əsərin 2008-ci ildə Éditions France Loisirs tərəfindən yayımlanmış fransızca nəşri də mövcuddur.
İtalyan dilində roman Sparizione adı ilə 2008-ci ildə Longanesi tərəfindən nəşr edilmişdir. 2009-cu il RL Libri nəşrinin tərcüməçisi Adria Tissoni göstərilir. Niderland dilində əsər Verdwijn adı ilə 2007-ci ildə The House of Books tərəfindən nəşr edilmiş və Els Braspenning tərəfindən tərcümə edilmişdir. Əsərin elektron nəşri də 2011-ci ildə həmin tərcüməçinin adı ilə qeyd olunur.
Fin dilində roman Katoaminen adı ilə 2006-cı ildə Otava tərəfindən nəşr edilmiş və Mika Virva tərəfindən tərcümə edilmişdir. Əsərin sonrakı fin nəşrləri də Otava tərəfindən yayımlanmışdır.
Litva dilində Dingusios adı ilə 2021-ci ildə Jotema tərəfindən nəşr edilmişdir. Tərcüməçi Paulina Kruglinskienėdir.
Serb dilində əsər Nestala adı ilə 2012-ci ildə Laguna tərəfindən nəşr edilmişdir.
Xorvat dilində roman Samo prividna smrt adı ilə 2007-ci ildə Mozaik knjiga tərəfindən Zaqrebdə nəşr edilmiş, tərcüməçi Mirna Čubranić olmuşdur.
Türk dilində roman Siliniş adı ilə ilk dəfə 2011-ci ilin martında Martı Yayınları tərəfindən nəşr edilmişdir. Əsəri ingilis dilindən Selim Yeniçeri tərcümə etmişdir. Daha sonra əsər Doğan Kitap tərəfindən Rehine adı ilə yenidən nəşr edilmişdir.
Mövzu və üslub Siliniş tibbi triller, kriminal və polis-prosedur elementlərini birləşdirən romandır. Əsərdə girov böhranı, insan alveri, cinsi istismar və zorakılıq kimi mövzular ön plana çıxır. Romanın hadisələri həm tibbi ekspertiza, həm də polis və federal araşdırma müstəvisində inkişaf edir.
Əsərin mühüm mövzularından biri insan alveri və cinsi köləlikdir. Gerritsen romanda Şərqi Avropadan olan gənc qadınların istismarını və onların cinayətkar şəbəkə qarşısında yaşadıqları təhlükəni hadisələrin əsas xəttinə daxil edir. Bu mövzu girov böhranı ilə əlaqələndirilərək cinayətin fərdi hadisədən daha geniş xarakter daşıdığını göstərir. Gerritsen tibbi biliklərindən istifadə edərək romanın tibbi və kriminal detallarına realist çalar verir. Romanın üslubunda sürətli temp, gərginlik və paralel hadisə xətləri mühüm yer tutur. adisələr xəstəxanadakı girov böhranı, Maura Isles və Gabriel Dean tərəfindən aparılan araşdırma və Milanın keçmişi ilə bağlı epizodlar arasında növbələnir. Bu quruluş sirrin mərhələli şəkildə açılmasına və gərginliyin saxlanmasına xidmət edir. .
Gerritsen tibbi biliklərindən istifadə edərək romanın tibbi və kriminal detallarına realist çalar verir. Publishers Weekly əsərdəki tibbi təsvirləri canlı və inandırıcı hesab edir, eyni zamanda romanın aksiyon səhnələrində daha yüksək dramatikliyi vurğulayır.
Yazıçının özünün qeyd etdiyi kimi, onun əsərlərində təkrar meydana çıxan mövzulardan biri zahirən adi və etibarlı görünən insanların arxasında gizlənən təhlükədir. Bu yanaşma Silinişdə də personajların həqiqi kimliyinin və niyyətlərinin tədricən üzə çıxması ilə özünü göstərir.
Tənqidi qarşılanması Siliniş tənqidçilər tərəfindən əsasən triller janrının xüsusiyyətlərini, tibbi detallar və insan alveri mövzusunu birləşdirən əsər kimi qiymətləndirilmişdir. Publishers Weekly romanın tibbi detallarının canlı və inandırıcı təqdim olunduğunu qeyd etmiş, eyni zamanda bəzi aksiyon səhnələrinin superqəhrəman komikslərini xatırladan şişirtməyə yaxın olduğunu yazmışdır. Bookreporter resenziyasında romanın süjetinin mərhələli şəkildə açıldığı və əsərin triller çərçivəsindən kənara çıxaraq insan alveri və bundan maddi gəlir əldə edən şəxslər kimi sosial məsələlərə toxunduğu qeyd edilmişdir. Resenziyada əsərin gərginlik üzərində qurulan süjeti ilə yanaşı, real həyatda mövcud olan problemlərə diqqət yetirməsi də vurğulanır. |title=Hardcover Fiction Bestsellers Romanın 2005-ci ildəki nəşri Publishers Weekly tərəfindən bestseller siyahılarında da qeyd edilmişdir. Əsər həmin ilin sentyabrında Publishers Weeklynin sərt üzlü bədii ədəbiyyat bestseller siyahısında 8-ci sırada göstərilmişdir. Gerritsen Siliniş romanına görə Nero Wolfe Award mükafatına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:2005-ci ilin romanları Kateqoriya:ABŞ ədəbiyyatı Kateqoriya:Ədəbi əsərlər Kateqoriya:İngilis dilində ədəbiyyat Kateqoriya:İngilis dilində romanlar Kateqoriya:XXI əsr ədəbiyyatı