Danimarkalı Yelizaveta (; ; ) — Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Fridrixin qızı, Meklenburq hersoginyası.
1524-cü ildə dünyaya gəldi. Atası Danimarka-Norveç kralı I Fridrix, anası isə onun ikinci xanımı və Polşa kralı IV Kazimirin nəvəsi Pomeraniyalı Sofiyadır. Uşaqlıq illəri anasıyla birlikdə Kildəki malikanədə siyasi həyatdan uzaq keçdi. Burada lüteran məzhəbinin şərtlərinə uyğun böyüdüldü.
1533-cü ildə atasının vəfat etməsinin ardından onun ilk evliliyindən doğulan oğlu III Kristian taxta çıxdı. Ögey qardaşının səltənətində kral sarayında məskunlaşdı və kralın bacısı kimi mühüm siyasi evliliklərdə adı hallandı. 1542-ci ildə Meklenburq-Şverin hersoqu III Maqnusla Nayborq qəsrində nişanlandı. Cütlüyün toy mərasimi 26 avqust 1543-cü ildə Kil qəsrində baş tutdu. Cütlüyün bu nigahdan övladı olmadı və ərinin 1550-ci ildə vəfatından sonra Danimarkaya qayıtdı.
İkinci evliliyi isə 14 fevral 1556-cı ildə ilk ərinin əmisioğlu Meklenburq-Qustrof hersoqu III Ulrixlə baş tutdu. Cütlüyün bu nigahdan bir qızı dünyaya gəldi.
Sofiya (1557-1631)1572-ci ildə qızı Sofiyanı qardaşı oğlu II Fridrixlə evləndirən Yelizaveta tez-tez Danimarkaya səfər etdi. 1586-cı ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Grewolls, Grete (2011). Wer war wer in Mecklenburg und Vorpommern. Das Personenlexikon (in German). Rostock: Hinstorff Verlag. p. 2457. ISBN 978-3-356-01301-6
İstinadlar Kateqoriya:Meklenburq-Şverin sülaləsi