Ağaməmmədli, Ağammədli, Alıpənahlı — Azərbaycan Respublikasının İmişli rayonunun Ağaməmmədli kənd inzibati ərazi dairəsində kənd.

Ağaməmədli kəndi XX əsrin əvvəllərində inzibati ərazi vahidi kimi yaradılmışdır. Mil düzündədir. Mənbələrdə Ağammədli variantında da təsadüf olunur. Keçmişdə Alıpənahlı adlanan bu kənd qışlaq yeri olmuşdur.

Əhalisi Kənd əhalisinin sayı 1140 nəfərdir ki, onun da 571 nəfəri kişi, 569 nəfəri isə qadındır.

İstinadlar

Kateqoriya:İmişli rayonunun kəndləri