Məhəmməd Mara (; ) — Qvineya futbolçusu, "Araz-Naxçıvan"ın hücumçusu. O, 2016-cı ildə Qvineya millisində bir dəfə meydana çıxıb.
Klub karyerası Qvineyanın Konakri şəhərində anadan olan Mara 2013-cü ildən bəri "Loryan"ın gənclər komandalarında oynayır və ilk peşəkar müqaviləsini 2014-cü ilin dekabrında onlarla imzalayıb. O, peşəkar debütünü 2016-cı ilin sentyabrında "Lill" üzərində 1:0 hesablı qələbə qazanılan oyunda "Loryan"da etdi. O, 2019/20 mövsümündə "Paris"də icarə əsasında bir mövsüm keçirib. 25 avqust 2020-ci ildə Mara "Tonon Evyan" komandasına keçdi.
29 iyul 2022-ci ildə Mara Liqa 3-də çıxış edən "Martigez" ilə müqavilə imzaladı.
14 iyul 2026-cı ildə "Araz-Naxçıvan"Ia birillik müqavilə imzaladı. Misli Premyer Liqasında I turda "İmişli"yə qarşı 0:0 hesabıyla yekunlaşan ev oyununda debüt etmişdir.
Beynəlxalq karyera Mara 13 yaşında ikən Qvineyadan Fransaya köçüb. O, Qvineya milli komandasında debütünü 13 noyabr 2016-cı ildə DÇ-2018 təsnifat mərhələsində Konqo Demokratik Respublikasına qarşı 1:2 hesabı ilə uduzduqları oyunda etmişdir.
İstinadlar
Xarici keçidlər
FC Lorient club profile
Kateqoriya:Tailand Liqası 2 futbolçuları Kateqoriya:Tailand Liqası 1 futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat (Fransa) futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Loryan FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları