İdir Butrif (, ) () — Fransa və Əlcəzair futbolçusu, "Şahdağ Qusar"ın hücumçusu.

Karyerası RE Virton Avropanın bir neçə futbol akademiyasında çıxış etdikdən sonra oyunçu 2019-cu ildən Belçikanın "RE Virton" klubu ilə üçillik müqavilə imzalamış və klubun əvəzedici heyətinə daxil olmuşdur.

2020-ci ildə onun Belçika klubundakı karyerası komandanın yaşadığı maliyyə çətinlikləri səbəbindən yarımçıq qalmış və bu vəziyyət onun klubdan ayrılmasına gətirib çıxarmışdır.

Kola Eş 2021-ci ilin yanvar ayında Belçikadan ayrıldıqdan sonra azad agent olan futbolçu BGL Liqasında çıxış edən "Kola Eş" klubu ilə müqavilə imzalamışdır.

Lüksemburq təmsilçisi ilə keçirdiyi elə ilk mövsümdə çempionluq yaşayaraq karyerasının ilk kubokunu qazanmışdır.

MK Əlcəzair 2022-ci ildə Əlcəzairin "MK Əlcəzair" klubu ilə üçillik müqavilə bağlayaraq komandanın yay transfer pəncərəsində dördüncü transferi olmuşdur.

Bu komandadakı dönəmi uğursuz alınmış və heç vaxt meydana çıxa bilmədiyi üçün oyunçu ilə klub müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etmək qərarına gəlmişdirlər.

FK Qaqra Əlcəzairdəki qısamüddətli karyerasından sonra futbolçu Gürcüstanın birinci divizionu olan Erovnuli Liqasında mübarizə aparan "FK Qaqra" klubu ilə müqavilə bağlamışdır.

UN Kerjenq 97 2023-cü ilin avqust ayında oyunçu Lüksemburqun BGL Liqası təmsilçisi olan "UN Kerjenq 97" klubuna transfer olunmuşdur.

Şahdağ Qusar 28 avqust 2026-cı ildə "Şahdağ Qusar" onunla 1 illik sözləşmə imzalayıb.

İstinadlar

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Əlcəzair futbolçuları