Taofik Acibade İsmayıl ( ; ) — Nigeriyalı peşəkar futbolçu.

Hal-hazırda Azərbaycan Premyer Liqası klubu olan Ağdamın Qarabağ klubunda vinger kimi çıxış edir.

Karyerası İsmayıl karyerasına Norveçin ikinci divizionunda çıxış edən "Skeyd" klubunda başlamış və burada komandası ilə birlikdə Norveç üçüncü divizionuna düşmək kədərini yaşamışdır.

9 noyabr 2020-ci ildə o, üç illik müqavilə imzalayaraq Fredrikstad klubuna qoşulmuşdur. Burada meydana çıxdığı 30 oyunda 13 qol vurmuşdur.

2021–22 mövsümünün ikinci yarısından əvvəl İsmayıl Liqa 1 təmsilçisi olan Loryan ilə müqavilə imzalamışdır. 2022-ci il mövsümündən əvvəl o, icarə əsasında Norveçin "Volerenga" klubuna göndərilmişdir. 2 aprel 2022-ci ildə o, "Volerenga"nın heyətində Molde klubuna 1–0 hesabı ilə məğlub olduqları oyunda debüt etmdişdir.

10 avqust 2022-ci ildə İsmayıl icarə əsasında Belçikanın ikinci divizionunda çıxış edən Beveren klubuna keçmişdir.

17 iyul 2024-cü ildə İsmayıl açıqlanmayan məbləğ müqabilində üç illik müqavilə imzalayaraq Polşanın Ekstraklasa təmsilçisi olan Qurnik Zabje klubuna transfer olmuşdur.

1 sentyabr 2025-ci ildə İsmayıl, sonradan bir dəfəlik transfer etmək hüququ şərti ilə digər bir Ekstraklasa klubu Lex Poznana bir mövsümlük icarəyə verilmişdir. O, bütün turnirlərdə dörd qol vuraraq və beş məhsuldar ötürmə edərək "Lex"in 2025–26 mövsümündə Ekstraklasanın qalibi olmasına və UEFA Konfrans Liqasının 1/8 finalına yüksəlməsinə kömək etdi. Mövsüm başa çatdıqdan sonra o, "Qurnik"ə qayıtmışdır.

27 avqust 2026-cı ildə Azərbaycanın ən titullu klubu olan "Qarabağ" klubuna transfer olunmuşdur. Futbolçu ilə klub arasında 3 illik müqavilə imzalanmışdır.

Karyera statistikası

+Klub, mövsüm və turnirə görə oyun və qol sayıKlubMövsümLiqaÖlkə kubokuDigərCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQolSkeyd2019Norveç Birinci Divizionu16010—1702020Norveç İkinci Divizionu186—20206Cəmi3461020376Fredrikstad2021Birinci Divizion301320103313Volerenga (icarə)2022Eliteserien9031—121Beveren (icarə)2022–23Çellencer Pro Liqası21121—2322023–24Çellencer Pro Liqası30630—336Cəmi51751—568Qurnik Zabje2024–25Ekstraklasa31310—3232025–26Ekstraklasa70——70Cəmi38310—393Lex Poznan (icarə)2025–26Ekstraklasa21130103344Karyera cəmi1833015213321135

Uğurları Lex Poznan Ekstraklasa: 2025–26

Şəxsi Norveç Birinci Divizionunda Ayın Gənc Oyunçusu: Sentyabr 2021 Norveç Birinci Divizionunda İlin Gənc Oyunçusu: 2021

İstinadlar

Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Lex Poznan FK futbolçuları Kateqoriya:Loryan FK futbolçuları Kateqoriya:Nigeriya futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları