Badenli Bernhard Max Fridrix Avqust Qustav Lüdviq Kraft (; ) — Baden ailə başçısı Baden markqrafı Maksimilyanın oğlu, Baden ailə başçısı.

1970-ci ildə Baden-Vürtemberqdə dünyaya gəldi. Atası Baden ailə başçısı Baden markqrafı Maksimilyan, anası isə Avstriya hersoqu Hubert Salvadorun qızı Valeriyadır. Uşaqlıq və ilk gənclik illəri Salem malikanəsində keçdi.

Hamburq və İsveçrədə biznes idarəetmə və hüquq təhsili aldı. 22 iyun 2001-ci ildə Stefaniya Anna Kaulla (1966-) evləndi. Cütlüyün 3 övladı doğuldu.

Leopold (2002-) Fridrix (2004-) Karl-Vilhelm (2006-)

2021-ci ildə atasının dayısı olan Edinburq hersoqu Filip Mauntbattenin cənazə mərasiminə qatıldı.

19 sentyabr 2022-ci ildə atasının dayısının həyat yoldaşı Britaniya kraliçası II Yelizavetanın cənazə mərasimində iştirak etdi.

29 dekabr 2022-ci ildə atası markqraf Maksimilyan vəfat etdi və Baden ailə başçısı ünvanını daşımağa başladı.

30 mart 2023-cü ildə Britaniya kralı III Çarlz və Kraliça Kamillanın Almaniya rəsmi səfəri əsnasında prezident Frank-Valter Ştaynmayer tərəfindən verilən ziyafətdə xanımıyla birlikdə iştirak etdi.

24 aprel 2025-ci ildə Saksen-Koburq və Qota ailə başçısı Şahzadə Andreyin cənazə mərasiminə Britaniya kralı III Çarlzın rəsmi təmsilçisi kimi qatıldı.

Mənbə

Ədəbiyyat

Petropoulos, Jonathan (2008). Royals and the Reich: The Princes Von Hessen in Nazi Germany. Oxford University Press. pp. 317–318. ISBN 978-0-19-533927-7

İstinadlar

Kateqoriya:Almaniya kral ailələri Kateqoriya:Almanlar