thumb|Ortaqlığın 500 rublluq adsız hissə sənədi. Tiflis, 1909. Mirzoyev qardaşları və K° — XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft sənayesində fəaliyyət göstərmiş neft sənaye və ticarət ortaqlığı. Ortaqlıq neft sənayeçisi İvan Minaeviç Mirzoyevin müəssisələri əsasında yaradılmış və onun varislərinə məxsus olmuşdur. 1903-cü ildə Sankt-Peterburqda nəşr olunmuş "İmperiyada fəaliyyət göstərən səhmdar müəssisələrin göstəricisi"nə görə, ortaqlıq Bakıda neftayırma zavodunun fəaliyyətini davam etdirmək və genişləndirmək, neftdən müxtəlif məhsullar istehsal edən zavod sənayesini inkişaf etdirmək, habelə Balaxanı və Sabunçu rayonlarında yerləşən neft mədənlərində neft hasilatını genişləndirmək məqsədilə fəaliyyət göstərirdi.

Mirzoyev qardaşları ortaqlığının nizamnaməsi 24 yanvar 1886-cı ildə təsdiq edilmiş, 14 iyul 1901-ci ildə isə ona dəyişikliklər edilmişdir. Şirkət 1886-cı ilin noyabr ayının sonlarından fəaliyyətə başlamışdır. Ortaqlığın əsas kapitalı 3 milyon 210 min rubl, ehtiyat kapitalı isə 1 milyon 98 min rubl təşkil edirdi. Kapital hər birinin nominal dəyəri 500 rubl olan 6430 paya (adlı və adsız) bölünmüşdü və bu paylar 23 mart 1900-cü ildə Sankt-Peterburq birjasında kotirovkaya daxil edilmişdi. Ortaqlığın dividendləri 1897-ci ildə 35 %, 1900-cü ildə 50 %, böhranlı 1901-ci ildə 10 %, 1902-ci ildə 8 %, 1903-cü ildə isə 12 % təşkil etmişdir. Mənfəətin 8 %-i dividendlərin ödənilməsinə ayrılırdı. Digər məlumatlara görə, şirkətin ilkin əsas kapitalı 2,14 milyon rubl, 1913-cü ildə isə 9,63 milyon rubl təşkil etmişdir. Cəmiyyətin Balaxanı, Sabunçu, Suraxanı və Bibiheybətdə neft mədənləri var idi.

Oktyabr inqilabından bir neçə il əvvəl Mirzoyev qardaşları və K° ortaqlığı bir sıra digər neft sənayesi şirkətləri ilə birlikdə Stepan Lianozov tərəfindən yaradılmış Rusiya Neft Sənayesi Korporasiyasına daxil olmuşdur. Korporasiyanın fəaliyyəti dövründə onun səhmləri Paris, London, Amsterdam, Brüssel və Sankt-Peterburq birjalarında yüksək kotirovkalara malik idi.Дадаян Х. З.// http://miasin.ru/files/miasin/DADAYAN.pdf Армяне и Баку// Научно-образовательный фонд "Норованк" стр 33–36.

İstinadlar

Kateqoriya:1886-cı ildə yaranan şirkətlər Kateqoriya:Rusiya imperiyasının neft şirkətləri