Liene Atvara Stūrmane (; ) — səhnə adı Atvara olan Latviyalı müğənni və bəstəkar. O, 2026-cı ildə isə "Ēnā" mahnısı ilə Latviyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edib.
Həyatı Əslən Liepayadan olan Atvara 2 aprel 1993-cü ildə elə bu şəhərdə anadan olub. O, erkən uşaqlıqdan oxumağa böyük həvəs göstərib, bu səbəbdən də anası onu musiqi məktəbinə yazdırmaq qərarına gəlib. O, daha sonra doğma şəhərindəki Emils Melnqaylis adına orta məktəbdə oxuyub, orada dirijorluq təhsili alıb və sonra təhsilini Riqadakı Yazeps Medinş adına orta məktəbdə davam etdirib, caz və pop oxuma ixtisası üzrə məzun olub.
Karyerası Musiqi təhsilini başa vurduqdan sonra Atvara, 2012–2013-cü illər arasında "Dziedošās ģimenes" və "Koru kari" kimi bəzi istedad şoularında iştirak edərək kiçik ekranda tanınıb.
2017-ci ildə Atvara "The X Factor" layihəsinin Latviya versiyası olan "X Faktors"un ilk buraxılışında iştirak edib. Kastinqlərdə Adelin "One and Only" və Vitni Hyustonun "I Have Nothing" mahnılarını ifa edib. Münsiflərin rəğbətini qazanmasına baxmayaraq, o, proqramın növbəti mərhələlərinə vəsiqə qazana bilməyib.
Bir müddət ingilis dili müəllimi işlədikdən sonra, 2019-cu ildə Atvara eyni zamanda marketinq sahəsində karyerasına başlayıb və illər ərzində rəqəmsal məzmun sektorundakı müxtəlif şirkətlərlə, o cümlədən Latviyanın Star FM radiostansiyası ilə əməkdaşlıq edib.
Atvaranın solo müğənni kimi rəsmi debütü 2024-cü ilin iyununda "Pie manis tveries" sinqlı ilə baş tutub, hansı ki, "Latvijas straumētāko singlu" hit-paradında 9-cu pillədə debüt edib. TikTok-da 2 milyondan çox baxış sayı toplayıb və istifadəçilərin videolarında min dəfədən çox istifadə olunub. Mahnı daha sonra Latviyanın Nelūgtie viesi televiziya serialına da daxil edilib.
2025-ci ilin fevralında Atvara İntars Busulis ilə "Vai drīkst kāpt dziļāk" mahnısında əməkdaşlıq edib, növbəti ay isə o, aparıcı kimi debüt edərək Martinş Spuris ilə birlikdə ilk dəfə keçirilən GAMMA musiqi mükafatlarının təqdimetmə mərasiminə ev sahibliyi edib.
2025-ci ilin yayında Atvara Latviya boyu bütün biletləri satılan 20-dən çox solo konsertlə ilk turnesinə çıxıb. Bu arada, avqustun 8-də o, radiolarda geniş rotasiya olunan və illik "Muzikālā banka" mükafatının 15 finalist mahnısı sırasına seçilərək final reytinqində onuncu yeri tutan "Dzīve mūs mētā" sinqlını buraxıb. Mahnı onun "Vol.1 Vai dzirdi, kā brūces dzīst" adlı debüt studiya albomuna daxil edilib. After advancing to the semi-final,
20-noyabr 2025-ci ildə Atvara "Ēnā" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsi üçün Latviyanın seçim turu olan "Supernova"nın 11-ci buraxılışında iştirak edən sənətçilər arasında təsdiqlənib. Yarımfinala yüksəldikdən sonra o, milli seçim turunun qalibi olub və Avstriyanın Vyana şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsi 2026-da Latviyanı təmsil etmək hüququ qazanıb.
Atvara 14 may tarixində Avroviziya Mahnı Müsabiqəsi 2026-da Latviyanı özünün "Ēna" mahnısı ilə təmsil edib. O, finala vəsiqə qazana bilməyib və ikinci yarımfinalda 13-cü yeri tutub.
Diskoqrafiya
Studiya albomları Adı Təfərrüatlar Vol.1 Vai dzirdi, kā brūces dzīst Buraxılış tarixi: 28 oktyabr 2025 Leybl: Atvara Records Format: Musiqi yükləmə, Striminq
Sinqllər
Solo müğənni kimi + İl, albom və siyahı mövqeləri ilə birlikdə sinqlların siyahısı Adı İl Çartlarda yüksək mövqeyi Çartlarda yüksək mövqeyiPeak chart positions for singles in Latvian Airplay: "Ēnā": Peak chart positions for singles in Latvian Domestic Airplay: "Ēnā": Peak chart positions for singles in Latvian Streaming: "Ēnā": Peak chart positions for singles in Latvian Domestic Streaming: "Pie manis tveries": "Dzīve mūs mētā": "Ēnā": "Pie manis tveries" 2024 — — — 9 Vol.1 Vai dzirdi, kā brūces dzīst "Ja kāds jautātu" — — — — "Pieskāros" — — — — "Vai drīkst kāpt dziļāk" 2025 — — — — "Dzīve mūs mētā" — — — 13 ":en:Ēnā" 13 1 1 1 "—" həmin ölkədə buraxılmayan və ya siyahıya düşməyən məhsulları bildirir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Latviya müğənniləri Kateqoriya:Latviyanın "Avroviziya" təmsilçiləri