Qazaxıstanda feminizm — Qazaxıstanda qadın hüquqlarını müdafiə edən feminizm hərəkatı XIX əsrin sonlarından başlayıb. O dövrdə bu hərəkat Rusiya imperiyasında qadınların təhsil almaq və ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarının təmin edilməsi uğrunda gedən ümumrusiya hərəkatı ilə bağlı idi. Milli qazax qadın hərəkatı isə yalnız 1990-cı illərdə, Qazaxıstan müstəqillik qazandıqdan sonra tam şəkildə formalaşıb.

XIX əsr-XX əsrin əvvəlləri Qazaxıstanda qadınların təhsil hüququ 1883-cü ildə Bökey quberniyasının mərkəzi olan Xanskaya Stavka kəndində ibtidai məktəbin açılması ilə qoyulub. Müəssisənin ilk şagirdləri 20 qazax və rus qızı olub. Məktəb açılandan 1889-cu ilə qədər burada 243 şagird təhsil alsa da, tam kursu yalnız 26 nəfər bitirə bilib.

Rusiya imperiyasının geniş xalq kütlələri arasında qadın emansipasiyası istiqamətində atılan ilk sistemli addım, orta peşə təhsili müəssisələri: qadın məktəblərinin açılması olub. Qazaxıstanda ilk qadın məktəbi 1887-ci ildə pedaqoq İbray Altınsarinin təşəbbüsü ilə İrgiz şəhərində təşkil edilib. Şagirdlərin ilk qəbulu rus qızlarından ibarət idi, lakin bir ildən sonra, 1888-ci ildə məktəbin nəzdində qazaxlardan ibarət şagirdlər üçün də internat açıldı. Sonra bu qəbildən olan təhsil müəssisələri Turğayda (1891), Kostanayda (1893), Karabutakda (1896) və Aqtöbe (1896) fəaliyyətə başladı. Ümumilikdə, 1896-cı ildə beş qadın məktəbində 211 qız təhsil alırdı ki, onlardan 141-i rus, 70-i isə qazax idi. Sonralar bu qadın məktəbləri sənət məktəblərinə çevrildi.

XX əsrin əvvəllərində Qazaxıstanda cədidçilik prinsipi əsasında milli yeni üsullu məktəblər sistemi formalaşdı. Yeni üsullu məktəblər, qazax qızlarının rus dilinə və ən azı bir Şərq dilinə yiyələnməyə, habelə Rusiya, hətta Avropa universitetlərinə daxil olmaq üçün elmi biliklərə yiyilənməsinə imkan yaratdı.

Qazax və qırğız qadınlarının emansipasiyasının nəzəri əsasları XX əsrin əvvəllərində Əlixan Bökeyxan, Əhməd Baytursunov, Miryaqub Dulatov və digər qazax maarifçilərinin əsərləri sayəsində qoyulub. İdeyaların digər mühüm mənbəyi isə İraq maarifçisi Cəmil Sidqi Zəhavinin əsərləri olub. Qadın hərəkatının mərkəzləşdirilməsi istiqamətində ilk cəhdlər Semipalatinskdə edilib. 18 mart 1907-ci ildə Qazaxıstanda ilk qadın mitinqi keçirilib, martın 22-də isə yeni yaranmaqda olan zəhmətkeş qadınlar cəmiyyətinin nizamnaməsini müzakirə etmək üçün ümumşəhər iclası təşkil olunub.

XIX əsrin sonunda qazax qızları üçün ilk məktəb açan, Hüsnücamal Nurulıxanova ilk qazax qadın müəllimi hesab olunur. XX əsrin əvvəllərində isə pedaqoq Əzizə Maldıbayeva həyat yoldaşı Müstəhim ilə birlikdə daha bir neçə milli məktəb açmışdır. thumb|left|İlk qazax həkimi Gülsüm Asfəndiyarova Orenburqda 1910-cu ildə tatar pedaqoqu və maarifçisi Bağbustana Müminovanın (1884—1963) təşəbbüsü ilə açılan "Bağbustana xanım" qadın mədrəsəsində 347 qız, o təhsili alıb. Məktəbin açılmasında Ufa "Qaliya" mədrəsəsinin banisi Ziyaitdin Kamalitdinov yaxından iştirak edib. Fəaliyyət göstərdiyi 10 il ərzində mədrəsəni 1212 tələbə bitirib, onlardan 347-si isə müəllimlik ixtisasına yiyələnib. 1917-ci ildə dövlətin tabeliyinə keçən məktəb, 1925-ci ildə bağlanıb.

Dövri mətbuatın ilk qadın işçiləri "Aykap" jurnalının əməkdaşları Məryəm Seydalina və qazax qadın mətbuatının banisi sayılan Nəzipə Güllcanova olub. Gülcanova bir neçə milli-demokratik nəşrdə, sonralar isə sovet mətbuatında da çalışıb. O, jurnalistika ilə yanaşı, həm də dərsliklərin yazılması və tərcüməçilik fəaliyyəti ilə məşğul olub.

Rusiya imperiyasında qazax olan ilk qadın həkim 1908-ci ildə Peterburq Qadın Tibb İnstitutunu bitirmiş Gülsüm Əsfəndiyarova olub.

Lakin qazax qadınlarının cəmiyyətdəki mövqeyinin müsbət istiqamətdə dəyişməsi yalnız Qazaxıstanın şimal bölgələrinin urbanizasiya olunmuş hissələrində müşahidə edilirdi. Çöl ərazilərində qadınlarının vəziyyəti isə olduqca ağır olaraq qalırdı. Rusiya imperiyası çoxarvadlılıq, levirat (vəfat etmiş qardaşın dul qadını ilə evlənmə adəti) və gəlinlərin başlıq pulu "kalım" müqabilində satılması kimi keçmişin qalıqlarını aradan qalxmamışdı. Qadınların təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqları yox idi. Bundan əlavə, milli təhsil sisteminin yaranmasına baxmayaraq, XX əsrin əvvəllərində qazax qadınları arasında savadlılıq cəmi 2% təşkil edirdi.

Fevral inqilabından sonra qadın azadlığının daha da genişləndirilməsi davam etdirildi. Belə ki, Alaş Partiyasının proqramı, qadınların təhsil almaq və ictimai həyatda iştirak etmək hüquqlarını təsdiqlədi. Qadın hüquqlarının genişləndirilməsi tərəfdarları arasında yeni fiqurlar: jurnalist və siyasətçi Kolbay Tuqusov və Birinci Ümum-Rusiya Müsəlmanları Qurultayı nümayəndəsi, ilk qazax qadın həkimlərdən biri olan Akkaqaz Dosjanova meydana çıxdı.

Sovet imperiyası dövründə thumb|Аккаqаz Dosjanova Kişi və qadınların hüquq bərabərliyi bolşeviklər hakimiyyətə gəldikdən sonra rəsmən müəyyən edildi və 1918-ci il noyabrın 19-da keçirilən Birinci Ümumrusiya işçi qadınlar qurultayında təsdiqləndi. Sovet Qazaxıstanı Şərq qadınlarının azad edilməsi üzrə genişmiqyaslı kampaniyaya qoşuldu. Bu kampaniya həm də "Hücum" adlandırılıb.

12 noyabr 1919-cu ildə Türküstan Diyar Komitəsinin (RK(b)P) nəzdində qadınlar arasında iş bölgüsü — "jenotdel" yaradıldı. Bir il ərzində Qazaxıstanın müxtəlif vilayətlərində regional qadın şöbələri təsis edildi. Qadınların siyasi şüurunun və ümumi savadlılıq səviyyəsinin yüksəldilməsi, habelə onların dövlət və ictimai müəssisələrdə fəaliyyətə hazırlanması jenotdellərin prioritet istiqamətləri idi. 1924-cü ilin mayında keçirilən RK(b)P-nin XIII qurultayı "İşçi və kəndli qadınlar arasında iş haqqında" qətnamə qəbul etdi ki, buna əsasən Şərq respublikalarında və vilayətlərində qadın klublarının təşkili üçün maliyyə vəsaiti ayrıldı.

Sovet orqanlarının fəaliyyətinin mühüm istiqamətlərindən biri də analığın və uşaqlığın mühafizəsi sisteminin formalaşdırılması oldu. Mamalıq məntəqələri və qadın məsləhətxanaları, uşaq bağçaları və körpələr evləri açıldı.

1920-ci illərin qadın hərəkatının əsas simalarından biri, aktiv təşkilati və pedaqoji fəaliyyət ilə seçilən Akkaqaz Dosjanova olub. Digər görkəmli siması isə Rusiya Kommunist (bolşeviklər) Partiyasına daxil olan ilk qazax qadın — Alma Orazbayeva olub. Orazbayeva, 1920-ci ilin oktyabrında qəbul edilən və çoxarvadlılıqla yanaşı, amengerliyi də ləğv edən "Qırğızıstan MSSR zəhmətkeşlərinin hüquqları Bəyannaməsi"nin, həmçinin 6 dekabr 1923-cü il tarixli qalım ödənişini ləğv edən qərarın hazırlanmasında iştirak edib. Bundan əlavə, onun təşəbbüsü ilə 1920-ci illərdə qazax əhalisi arasında mədəni-maarifləndirmə işləri aparan ümumittifaq "qırmızı guşə"lər və Lenin otaqlarının analoqu olan "qırmızı yurdlar" sistemi yaradıldı. Qadın hərəkatına töhfə vermiş şəxslərdən biri də partiya işçisi və jurnalist, bir neçə dövri nəşrin, o cümlədən qadınlar üçün nəzərdə tutulmuş mətbu orqanların redaktoru olan Sara Yesova olub.

1930-cu illərdə Qazaxıstanda, eləcə də bütövlükdə SSRİ-də qadın hərəkatı tənəzzülə uğramağa başladı. 1929-cu ilin sonunda jenotdellər ləğv edildi, onların funksiyaları isə partiya təşkilatlarına həvalə olundu., а их функции переданы партийным организациям в порядке общепартийной работы. Вместо женотделов стали создаваться женсоветы, полномочия которых были ограничены Jenotdellər əvəzinə səlahiyyətləri məhdud olan jensovetlər yaradıldı. Həmçinin kənd sovetlərinin üzvü və sədri olan qadınların sayı əhəmiyyətli dərəcədə azaldı. Buna baxmayaraq, ÜİK(b)P-nin XVIII qurultayında: SSRİ-nin tam savadlı ölkəyə çevrilməsi; ali və orta ixtisas təhsilli qadınların sayının 864 min nəfərə çatması; SSRİ-də qadın mütəxəssislərinin müvafiq sahələrdə çalışanlar arasında 36%-ə qədər yüksəldiyi qeyd edilmişdi. Bundan əlavə, məhz qadın şuraları sayəsində Böyük Vətən müharibəsi illərində qadınların arxa cəbhədə, istehsalatdakı işi təşkil olundu, habelə müəssisələrin ərazisində tərəvəz yetişdirən "tərəvəzçilik briqadaları" yaradıldı.

Müasir Qazaxıstanda qadın hərəkatının təşkili, genişlənməsi və inkişafında 1945-ci ildə təsis edilmiş və tərkibinə 1941-ci ildə yaradılmış Sovet Qadınları Komitəsinin də daxil olduğu Beynəlxalq Demokratik Qadınlar Federasiyası böyük rol oynayıb. Qadın hərəkatının ikinci dalğası müharibədən sonrakı illərə təsadüf edirdi, 1950-ci illərdə isə qadın şuraları yenidən qurulsa da, lakin 1970-ci illərdə bu şuraların aktivliyi tədricən heçə endi.

Müstəqil Qazaxıstanda

Təşkilatlar 1980-ci illərdə Qazaxıstanın milli qadın hərəkatı, yenidənqurma dövründə yenidən fəallaşdı. 1990-cı illərin əvvəllərində bir sıra ictimai təşkilatlar : Müsəlman "Qadınlar" liqası (1992), "Feminist" liqası (1993), "Qadın və Hüquq" liqası (1993), "Yaradıcılıq başlanğıcı" liqası (1994), "Janar" Qadın Sahibkarlara Dəstək Fondu (1993), "Liana" Beynəlxalq Assosiasiyası (1993), "Şərq Qadınları" Beynəlxalq Assosiasiyası (1994), "Qazaxıstanın Qadın Sahibkarları" Assosiasiyası (1994) və s. yaradıldı. Qazaxıstan qadın təşkilatlarının rəhbərləri Ümumdünya Qeyri-Hökumət Qadın Təşkilatları Forumunda (Pekin, 1995-ci il) və BMT-nin qadın hüquqları üzrə 4-cü konfransında iştirak ediblər.

1998-ci il seçkiləri ərəfəsində qadın təşkilatlarının koalisiyası yaradıldı və sonradan bu koalisiya Qadın Seçki Blokuna çevrildi. Koalisiya bütün idarəetmə strukturlarında qadınlar üçün 30 faizlik kvota tətbiq edilməsi təklifini irəli sürsə də, bu təşəbbüs gerçəkləşmədi. Bundan əlavə, seçkilər ərəfəsində aparılan araşdırmalara görə, qazaxıstanlı qadınların yalnız 6 faizi siyasi fəaliyyətlə məşğul olmaq istəyini ifadə etmişdi.

Müasir Qazaxıstanda ilk feminist qəzeti 1991-ci ildən işıq üzü görən "Malvina2 qəzeti olub. Qəzetin naşirləri sonradan Qazaxıstan Feminist liqasının təsisçiləri oldular. Hazırda qadın hüquqlarına həsr olunmuş məqalələr "Sezon", "Qazaxıstan ayelderi", "Qadınlar. Şərq-Qərb", "Zerkalo" jurnallarında dərc edilir. 1990-cı illərdə bunlarla yanaşı, "Qız Jibek" qəzeti, "Darya" jurnalı, "Kazaxstanskaya pravda" qəzetinin həftəlik əlavəsi "Juma" kimi tanınmış qadın nəşrləri də dərc edilsə də, 2000-ci illərdə maliyyə çatışmazlığı səbəbindən onlar da bağlandı.

Hazırda Qazaxıstanda fəaliyyət göstərən qeyri-hökumət qadın təşkilatlarını bir neçə qrupa bölmək olar: Təhsil sahəsi üzrə: (Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Qadınlar Şurası); Analar və uşaqların mühafizəsi üzrə: (Əlil Uşaqların Valideynləri Assosiasiyası, Комитет солдатских матерей Казахстана Qazaxıstan Əsgər Anaları Komitəsi, tənha analar üçün sığınacaqlar, Qazaxıstan Çoxuşaqlı Ailələr İttifaqının çoxsaylı şöbələri); Sağlamlıq problemlərinin həlli ilə bağlı: ("Bibi-Ana" Respublika Əlil Qadınlar Cəmiyyəti); Böhran mərkəzləri: ("Zabota", "Nezabudka", Aktobe Böhran Mərkəzi); Peşəkar fəaliyyət üzrə: (Yaradıcı Təşəbbüslü Qadınlar liqası, Qazaxıstan İşgüzar Qadınlar Assosiasiyası); Ekoloji sahə üzrə: (Beynəlxalq Şərq Qadınlarının Ekoloji Assosiasiyası); Müsəlman təşkilatları: (Müsəlman Qadınlar liqası və onun regional bölmələri); Çoxprofilli təşkilatlar: (Bir neçə Gender Araşdırmaları Mərkəzi, Qazaxıstan Feminist liqası, Kokşetau Feminist liqası).

Qadın ictimai təşkilatlarının fəaliyyəti əsasən beynəlxalq fondlar ("Soros-Qazaxıstan" Fondu, "Counterpart Consortium", "Avrasiya" fondu) və Avropa ölkələrinin (Niderland, Almaniya, Böyük Britaniya) səfirlikləri tərəfindən maliyyələşdirilir.

Dövlət səviyyəsində Qazaxıstanda qadın hüquqları ilə Qadın İşləri və Ailə-Demoqrafik Siyasəti üzrə Milli Komissiya məşğul olur. Beynəlxalq səviyyədə qadın hüquqlarının qorunmasına nəzarəti isə BMT-nin beynəlxalq bölməsi olan UNİFEM-in şöbəsi həyata keçirir.

Üçüncü dalğa feminizmi və LGBT hərəkatı