Luko Paletak (19 avqust 1943, Dubrovnik, Xorvatiya – 12 may 2024)— Xorvatiya Elm və İncəsənət Akademiyasının akademiki, xorvat yazıçısı, tərcüməçi, poeziya, uşaq ədəbiyyatı, elmi tədqiqatlar, məqalələr, esselər və antologiyalar janrında çoxsaylı kitabların müəllifi.

Bioqrafiya 1943-cü ildə Dubrovnikdə atası Niko və anası Mariya Skviçalonun ailəsində anadan olub. Uşaqlığı orada keçib, ibtidai və orta məktəb müəllimlik məktəbində, eləcə də Pedaqoji Akademiyada təhsil alıb. 1968-ci ildə Zadardakı Fəlsəfə fakültəsində xorvat və ingilis dili ixtisasları üzrə təhsil alıb. Paletak 1992-ci ildə Zaqrebdəki Fəlsəfə fakültəsində "Književno djelo Ante Cettinea" ("Ante Cettineo ədəbi əsəri") dissertasiyası ilə doktorluq dərəcəsi alıb.

Şeirlərində geniş yayılmış ludizmə görə o, "Xorvatiya poeziyasının poeta ludens"i adlandırılıb. Luko Paletak həm Xorvatiya, həm də Sloveniya Elmlər və İncəsənət Akademiyasının, eləcə də Avropa Leonardo da Vinçi Akademiyasının üzvü idi. Paletak ən məhsuldar müasir Xorvat şairlərindən biridir. Digər dillər ilə yanaşı ingilis dili, Fransız dili və Sloven dillərindən də tərcümə edirdi. Paletak Cefri Çoser, Vilyam Şekspir, Corc Bayron, Oskar Vayld, Ceyms Coys kimi tanınmış şairlərin əsərlərini tərcümə edib.

Luko Paletakın bir çox şeirlərinə musiqi bəstələnmiş və Dubrovnik və Xorvatiya pop mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.

Şair 12 may 2024-cü ildə 81 yaşında vəfat edib.

Biblioqrafiya Nečastivi iz ruže 1968 Tri farse 1981 Jutarnja kocka, 1983 Na rubu tijela, 1987 Slike s izložbe,1992 Nevenka Arbanas, 1997 Pjesni na dubrovačku, 1997 Hrvatske teme, 1999 Pojmovnik Malog čovjeka, 2001 Lapadski Soneti Iva Vojnovića 2002 Sastavljanje Orfeja: Studije, drame, pjesme, ogledi, 2005 Skroviti vrt, 2004 Crna kronika, 2006 Grenlandski leptiri, 2006 Nevidljiva zastava, 2008

uşaqlar üçün kitablar: Miševi i mačke naglavačke, 1973, 1975, 1980, 1984, 1986, 1994 Slastičar orangutan, 1982 Ledomat tata, 1985 Roda u drugom stanju, 1988 Priče iz male sobe, 1989 Lavice na kavici, 1990 Duhovi sa Strahurna, 1995 Izabrane pjesme za djecu, 1996

Mükafatları İvan Mazhuraniç mükafatı, (1972) Vladimir Nazor mükafatı (1984) Hans Kristian Anderson (1997) "Skroviti vrt" romanı (2005)

İstinadlar

Kateqoriya:Xorvatiya yazıçıları