İlham Tumas (tam adı: İlham Əli oğlu Ağayev; d. 1972, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, Birinci Qarabağ müharibəsi veteranı, İkinci Qarabağ müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib. 2025-ci ildə Azərbaycan Prezidentinin 21 İyul 2025-cil tarixli Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Həyatı İlham Tumas 1972-ci il oktyabr ayının 19-da Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. 1992–1993-cü illərdə könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edib.
, N saylı hərbi hissənin tərkibində əlahiddə "Qurtuluş" taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib. 1996–2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə taqım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.
Hərbidən sonra fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib.
Fəaliyyəti Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyli", "Xural", "Ekspress" qəzetlərində çalışıb. 2008-ci ilin martından 2008-in noyabr ayına qədər "24 Saat" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Televiziyalarda sənədli filmlər müəllifidir. ANS TV-də Seyid Cəfər Pişəvərinin həyatından bəhs edən "Bir qəzanın tarixçəsi" və Birinci Cümhuriyyət dövrünə dair "Cümhuriyyət qurbanları", AzTV-də "Heydər Əliyevə apologiya", "Naxçıvan həqiqətləri", "Vanqa", "Qorxulu Rasputin", "İvanovka nümunəsi" və digər çoxsaylı sənədli filmlərin müəllifidir. "Salnamə" Sənədli Filmlər Studiyasinda "Təxəllüsü Mixaylo", "Sualtı səltənət" sənədli filmlərinin redaktoru olub. ApaTV-də "İlham Tumasla 40 dəqiqə" müəllif-layihəsinin aparıcısı olub. 2017-ci ildə APA tv-dən ayrılıb. "Gizli tarix", "Dünyanın gizli ocağı: Vatikan", "Casusluq, kəşfiyyat, müharibə tarixindən", "Amansız qətllər", "Dünyanın gizli tarixi: İblislər və mələklər", "Gizli cinayətlər", "Prezidentə sui-qəsd" kitablarının, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyatından bəhs edən "Məbəd döyüşçüləri" romanının müəllifidir.
Filmoqrafiya Ssenari müəllifi kimi Yeraltı və yerüstü xəzinə (film, 2007) (qısametrajlı sənədli film) 114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010) (qısametrajlı sənədli film) Akademik (film, 2010) 21-ci ilin payızı (film, 2011) (qısametrajlı sənədli film) Bir qəzanın tarixçəsi (film) (sənədli film) Cümhuriyyət qurbanları (film) (sənədli film) Heydər Əliyevə apologiya (film) (sənədli film) Naxçıvan həqiqətləri (film) (sənədli film)
Unudulmuş QəhrəmanÇarın sevimli xanıTürk sevdalısı-Nuru Paşaİnqilab və ölüm şairiNapoleonun cangüdəniBrejnev zamanı, yaxud da zamanın BrejneviSovetin son mogikanıGələcəyi görən kor VanqaBirinci demokratın ölümüKreml fatehiDivanə və dahi LandauReyxin Bakı planıHər gecənin gündüzü vardırQorxulu RasputinDüdəngidən Berlinə gedən yolQanlı imperiyanın sonuƏnvər paşa: mələkmi, iblismi?Diktatorun sadiq qullarıÇox yorğunam, kapitan!Novruzun gizli qatarıQuldur Razinin gizli xəzinəsiElvis Presli müamması114=18.51Deman yolu, Deman köçüSən kimsən, kamikadze?Qar Adamın sirriSəfirin ölümüTənha gəminin balladasıƏfsanəvi gözəlin xəyanətiBir qətlin iki qurbanıQərib yurdum-İrəvanSadə və qeyri-adi- Volf MessinqRixard ZorgeŞirin yalanKubalı Don KixotŞimşək ömrüMusiqi imperatotuQəhrəmanlıq və eşq dastanıPrezident gözəliŞanel əfsanəsiQarabağın qalıb generalıİsthiqlala Azərbaycan yardımı2012-son, yoxsa başlanğıc?Yalançı Şmidt əfsanəsiMəğlubedilməz LevYesenin BakıdaZəngəzur Aslanı
Rejissor kimi 114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010) (qısametrajlı sənədli film) Qəhrəman kənd — Əlibəyli (film, 2013) (qısametrajlı sənədli film)
İstinadlar
Xarici keçidlər İlham Tumasın imza günü keçirildi
Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Sumqayıtda doğulanlar