Cakarta İslam Mərkəzi (JIC) — İndoneziyanın Cakarta şəhərinin Koja bölgəsində yerləşən İslam təlimi və tədqiqatları mərkəzi. JIC-nin fəaliyyətlərinə "ZISWAF" (zəkat, infaq, sədəqə və vəqf) təşviqi, təhsil (TPA, Mədrəsə, İcma Öyrənmə Mərkəzi), sosial-iqtisadi fəaliyyətlər (məscid kooperativləri), müntəzəm dini dərslər, Təbliğ Akbar və İslam bayramlarının qeyd edilməsi daxildir.

Tarix

Mərkəzin yerləşdiyi ərazidə əvvəllər 1972-ci ildə qurulmuş Kramat Tunqqak adlı Qırmızı fənər məhəlləsi var idi. Yerli icmalar bu məhəllənin qurulmasına qarşı çıxırdılar və onun qurulmasına qarşı mübarizə aparırdılar. 1998-ci ildə Cakarta qubernatoru qırmızı fənər məhəlləsini bağlamaq qərarına gəldi.Law: SK Gubernur KDKI Jakarta No. 495/1998 Məhəllə rəsmi olaraq 31 dekabr 1999-cu ildə bağlandı.Law: SK Gubernur KDKI Jakarta No. 6485/1998 2001-ci ildə Cakarta qubernatoru Sutiyoso bütün ictimai təbəqələrlə bir beynəlxalq müzakirə forumu keçirdi. Cakarta İslam Mərkəzinin qurulması ideyası Sutiyoso tərəfindən Nyu-Yorkda Professor Əzyumardi Əzrəyə (o zaman UIN Şərif Hidayətullahın rektoru) təqdim edildi. Mərkəzin şüarı yalnız bir məscid tikmək deyildi. Onların əsas məqsədi CİM-i İndoneziya və Cənub-Şərqi Asiyada İslam mədəniyyətinin mərkəzi qovşaqlarından birinə çevirmək idi.

CİM keçmiş qırmızı işıqlar məhəlləsinin yerində qurulub. Ərazi 2003-cü ildən bəri fəaliyyət göstərir. Kompleks 7 hektar ərazini əhatə edir və 6,000 m² məscid və İslam təlimi üçün yer daxildir. 2003 və 2004-cü illərdə Qubernatorun iki qərarı (99/2003 və 651/2004) mərkəzin təşkilati və iş quruluşunu formalaşdırdı.

İstinadlar

Xarici keçidlər

(ingiliscə)

Kateqoriya:İndoneziya məscidləri