Səfəvilər — Səfəvilər sülaləsi tərəfindən idarə olunmuş, 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Akkoyunlu, 2024. səh. 25–26. Today it is commonplace to count the Turkic Seljuk, Mongol Ilkhanid and Azeri Safavid states as Persianate dynasties, just as it is to list the Manchu Qing or the Mongol Yuan dynasties as Sinicised dynasties. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməkləIsmāʿīl I , in Britannika, 2011Lawrence Davidson, Arthur Goldschmid, A Concise History of the Middle East, Westview Press, 2006, p. 153. qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türkmən mənşəli tayfalar təşkil etmişdir.Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, Bakı, "Şərq-Qərb", 2007. səh. 48 Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı,Qızılbaşlar tarixi, səh.4 Rumlu,Qızılbaşlar tarixi, səh. 5 Mosullu,Qızılbaşlar tarixi, səh.10 Pornak, Şeyxavənd,Qızılbaşlar tarixi, səh. 11 Çəpni, Bayat,Qızılbaşlar tarixi, səh. 11–12 Xınıslı, Təkəli,Qızılbaşlar tarixi, səh. 12–13 Baharlı, Qaramanlı,Qızılbaşlar tarixi, səh.18–19 Sədlu, Bayburtlu, Varsaq,Qızılbaşlar tarixi, səh.19–20 Evoğlu, Qaracadağlı,Qızılbaşlar tarixi, səh.20 Ustaclı,Qızılbaşlar tarixi, səh.23 Zülqədər,Qızılbaşlar tarixi, səh.25 Əfşar,Qızılbaşlar tarixi, səh.26 Qacar.Qızılbaşlar tarixi, səh.29 Səfəvilər həmçinin 3 barıt imperiyasından biri idi.Streusand, Douglas E., Islamic Gunpowder Empires: Ottomans, Safavids, and Mughals (Boulder, Col : Westview Press, 2011) ("Streusand"), p. 135.
Səfəvilər sülaləsinin mənşəyi Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti"Oqtay Əfəndiyev. "Azərbaycan Səfəvilər dövləti". Bakı: Şərq-Qərb, 2007, 344 səh.+8 səh. ISBN 978-9952-34-101-0 və ya "Məmalik-e Əcəm" adlandırılmışdır.
Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur.Tarixe-aləmaraye-Abbasi, Bakı, "Şərq-Qərb Nəşriyyat evi, səh.84 ISBN 978-9952-34-620-6 Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür.Tarixe-aləmaraye-Abbasi, Bakı, "Şərq-Qərb Nəşriyyat evi, səh. 197 ISBN 978-9952-34-620-6 I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Paytaxtın İsfahana köçürülməsindəki səbəblər: "Böyük sürgün" siyasətinə əsaslanaraq Osmanlı ilə müharibə sərhəddindən uzaqlaşmaq Ticarət yollarının istiqamətini İran körfəzinə keçirməklə Osmanlılara iqtisadi cəhətdən zərbə vurmaq.
Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycanca olmuşdur. O, bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazmışdır. Lakin dövlətin rəsmi dili coğrafiyaya uyğun olaraq farsca olmuş, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar.Turko-Persia in Historical Perspective. Cambridge University Press. ss. 86–87Mazzaoui, Michel B.; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period" (İngilizce). Turko-Persia in Historical Perspective. Cambridge University Press. s. 86–87. ISBN 0-521-52291-9, ISBN 978-0-521-52291-5.
1637-ci ildə İsfahanda Səfəvi hökmdarı I Şah Səfi ilə görüşmüş alman səyyahı və diplomatı Adam Olearinin xatirələrində də Səfəvi sarayında Azərbaycan türkcəsinin yeri haqqında məlumatlar mövcuddur. A. Oleari "Qoldşin səfirliyinin Moskoviya və Persiyaya səfərinin müfəssəl təsviri" əsərində İsfahanda onların şərəfinə verilmiş ziyafətin təsvirinin sonunda yazır ki, saat yarımlıq ziyafət başa çatdıqdan və hamıya əllərini yumaq üçün ilıq su verildikdən sonra saray əyanı uca səslə söylədi: Səyyah həmçinin yazır:
XVII əsrin ikinci yarısında Şərqə səyahət etmiş və uzun müddət Səfəvi torpaqlarında, o cümlədən, İsfahanda yaşamış fransız səyyahı Jan Şarden öz xatirələrində yazırdı:
Alman səyyahı Engelbert Kempfer də XVII əsrin 80–90-cı illərində Səfəvilər dövlətinə səfəri zamanı ölkə ərazisində türk dilinin böyük təsir dairəsinə malik olması faktı ilə qarşılaşmışdı. O, öz xatirələrində yazırdı:
İngilis səyyahı və taciri Antoni Cenkinson yazır ki, Şah Təhmasiblə ziyafət süfrəsi arxasında görüşü zamanı Şah onu azərbaycan dilində "xoş gəldin" sözü ilə salamlamışdı.Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi: S. Əliyarlı), Bakı,2007, səh.201 XVII əsrin birinci yarısında Şərqə səfər etmiş italyan səyyahı Petra della Valle də yazırdı ki, Şah Abbas onu qəbul edərkən türk dilini bilib-bilmədiyi barədə soruşmuş, müsbət cavab aldıqdan sonra "xoş gəldi, səfa gəldi" söyləmişdiPetra della Vallenin səyahətnaməsi (farsca tərc. Şüaəddin Şifa), Tehran, 1370 şəmsi, səh. 184.Saray əyanları isə Şaha "qurban olum, başına dönüm" kimi ifadələrlə müraciət edirdilər.
1694-cü ildə Səfəvilər dövlətini ziyarət etmiş italyan səyyahı Covanni Françesko Cemelli Karreri öz səyahətnaməsində qeyd edirdi ki, bu ölkədə əsasən 3 dil daha çox işlədilir: fars, türk və ərəb dilləri yayılıb.Səfərnameye-Cemelli Karreri (farsca tərc. Abbas Naxçıvani və Əbdülali Karəng), 1383 şəmsi, səh. 148 Səyyah qeyd edir ki, fars dili söz ehtiyatı baxımından zəngin deyil. Ərəb dili alimlərin və elmin dilidir. Səfəvilərin saray adamları isə türk dilində danışırlar.
Səfəvi sarayında hamının türk dilində danışması, xüsusilə, orduda bu dilin geniş yayılması barədə Avropa səyyahlarının yazdıqları əsassız deyil.Ə Kəsrəvi. Azəri ya zəban-i bastan-i Azərbaygan. Tehran, 1304, s.25–26. Səfəvilər sülaləsi mənşə etibarilə türk idi.A. Bausani. The Persians from the Earliest Days to the Twentieth Century. London, 1971, p.138. Onlar öz ana dillərini unutmamış, hakimiyyətə çatdıqdan sonra da özləri bu dildə ünsiyyət qurmaqla onu yaşatmış və öz əhatələrində də bu dilin hakim mövqeyini qoruyub saxlamışlar.Viaggi di Pietro Della Valle il pellegrino, descritti da lui medesimo in lettere familiari all'erudito suo amico Mario Schipano, divisi in tre parti cioè: la Turchia, la Persia e l'India. Colla vita e ritratto dell'autore, Torino, 1843.
Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi.Sadiq Nağıyev. "Qızılbaşlıq haqqında", Bakı, "Əbiləv, Zeynalov nəşriyyatı" — 1997. səh.9. Şeyx Heydər dövründə onun müridləri qızılbaş adlanmağa başladı. Buna səbəb onların Qızılbaş, Şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi.Cahangüşa-yi, s.41–42Aləmara (Sahib), s.26 İsgəndər bəy Münşi yazır:
1447-ci ildə təriqətin başcısı Şeyx Cüneyd Anadoluya gələrək bölgədəki türk tayfalarını ətrafına toplamağa başlamışdı.Mustafa Eravcı, "Safevi Hanedanı", Türkler, Yeni Türkiye Yayınları, Ankara, 2002, c.6, s. 883. Qaraqoyunlular ilə müharibə halında olan Ağqoyunlu Uzun Həsənin yanına gedən Cüneyd onun bacısı Xədicə bəyim ilə evlənmişdi.Andrew J. Newman, Safavid Iran, səh.129 Bu evlilik ilə Uzun Həsən, Cüneyd'in türkmanlar üzərindəki nüfuzundan istifadə etməyi düşünürdü. 1460-cı ətrafına topladığı orduyla Şirvanşahlara hücum edən Cüneyd döyüşdə öldürülür.Sadiq Nağıyev. Qızılbaşlıq Haqqında, səh.14M. H. Yınanç, 1993, s. 244.Aləmara-yi şah İsmayıl (Şükri), s.26–30. Aləmara-yi şah İsmayıl (Sahib), s.21–25 Yerinə keçən oğlu Şeyx Heydər Ağqoyunlularla əlaqələri daha da möhkəmləndirmək üçün dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evləndi. Şeyx Heydər də atası kimi Şirvan və Dağıstana hücum edir. 1483 və 1487-ci illərdə onun bu ərazilərə hücumu nəticəsində böyük qənimətlə əldə edilir. Bu qələbələr Ağqoyunlu Sultan Yaqubu qorxuya salır və Şeyx Heydərin 1488-ci ildəki 3-cü hücumu zamanı Dağıstana Süleyman bəy Bicanoğlunun komandanlığı altında qoşun göndərir. Qoşun Şirvanşah Fərrux Yasar -ın qoşunu ilə birləşərək Samurçay sahilində Şeyx Heydərin qüvvələrini məğlub edir. Şeyxin özü isə öldürülür.Tarix-i Əmini, səh.71Şapolyo. Mezhebler ve tarikatlar tarihi, s. 352–354.Хунджи Фазлуллах ибн-Рузбихан. Тарих-и алам ара-йи Амини (под редакции З. М. Буниятова и О. А. Эфендиева). Баку, 1987, c.92–95. Sultan Yaqub Şeyx Heydərin 3 oğlunu;Sultanəlini, İbrahimi və İsmayılı əsir alaraq İstəxr qalasında həbs etdirir.Faruk Sümer, Safevi Devleti’nin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü, TTK, Ankara, 1999, s. 14. Onlar yalnız Sultan Yaqub öldükdən sonra, növbəti Ağqoyunlu hökmdarı Rüstəm tərəfindən əsirlikdən qurtulurlar. Sultanəli Səfəvi Şeyxi seçilir. 1493-cü ildə Ağqoyunlu Rüstəm Mirzə Baysunqura qarşı Qızılbaşlardan istifadə etmək qərarına gəlir Sultanəli öz qoşunu ilə Rüstəmin tərəfində vuruşur. Döyüşdə Baysunqur öldürülür. Sultanəlinin qüvvətlənməsindən qorxan Rüstəm Mirzə onun üstünə 5 min süvari göndərir. Ərdəbil yaxınlığında Şəməsidə baş verən döyüşdə Sultanəli öldürülür.Aləmara-yi şah İsmayıl (Sahib), s.29–41 Aləmara-yi şah İsmayıl (Şükri), s.33–45 Bu döyüşdən öncə keçirilən yığıncaqda Sultanəli qardaşı İsmayılı özündən sonra səfəvilərin rəhbəri elan edir. Sədaqətli qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlədir.62 Mehmet Çelenk, 2005, s. 51.O. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, s. 36. Onları Rəştə,O. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, s.36–37. daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirirlər.O. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, s. 37–38.Aləmara-yi şah İsmayıl (Şükri), s.33–45.
Şeyx Səfiəddin Ərdəbilinin etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə İbn Bəzzazın(Təvəkkül ibn İsmayıl ibn Bəzzazın) "Səfvət əs–Səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddini yeddinci şiə imamı İmam Museyi-Kazımın 21-ci nəslindən hesab edirdilər, lakin Əhməd Kəsrəvi "Səfvət əs–Səfa" əsərinin müqayisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər, (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.Ahmet Kesrevi, Şeyh Safi, səh. 35–37 Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, "kürd əsilli şeyxin" nəslinin sonradan "tamamilə türkləşdiyini" yazır.Zeki V. Togan, "Sur L’origine des Safavides", Mélanges Massignon, III, 1957, p. 356
Lakin V. V. Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər."В. В. Бартольд. Сочинения, т. II, ч, I, M., 1963, стр.748 İ. P. Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili (Azərbaycan türk dili – tarixçi Nazim Xəlilov.) olmuşdur."И. П. Петрушевский. Государства Азербайджана в XV в.. стр. 205 Hanna Sohrveydə görə "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk" (ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur.Sohrweide, Hanna, "Der Sieg der Safaviden in Persien und scine Rückwirkungen auf die Schiiten Anatoliens im 16. Jahrhundert", Der Islam, 41 (1965), 95–221. M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır.