– Yaponiya saray əyanı və Meyci hökumətinin başçılarından biri.

Həyatı 1837-ci ildə Kioto şəhərində Fucivara ailəsinin beş əsas qolundan birinin üzvü kimi doğulmuşdur. Atası Sanco Sanetsumu Ansey təmizlənməsi zamanı 1859-cu ildə şoqunluq tərəfindən öldürülmüşdür. Buna görə də Sanetomi Sonno coy hərəkatına qoşularaq imperator hakimiyyətini dəstəkləməyə başlamışdır.

1863-cü ildə imperatorluq sarayında yenicə yaradılmış dövlət işləri üzrə komissar postuna təyin olunmuş, Tokuqava şoqunluğunu devirmək və imperator hakimiyyətini bərpa etmək istəyən əyanlar arasında vacib rol oynamışdır. İmperatorluğu dəstəkləyən Çoşu əyalətinin samurayları ilə əlaqələr qurmuşdur. 30 sentyabr 1863-cü ildə baş vermiş dövlət çevrilişindən sonra altı əyanla birlikdə Çoşu əyalətinə qaçmışdır. Sonuncu Tokuqava şoqunu Tokuqava Yoşinobunun 1867-ci ilin noyabrında hakimiyyəti imperatora qaytarmasından sonra Sanetomi Kiotoya qayıtmışdır. Növbəti il Administrasiya ofisinə təyin olunmuş, İvakura Tomomi ilə birlikdə yeni hökumətin mərkəzi fiqurlarından biri olmuşdur. 1869-cu ildə Sağ nazir, 1871-ci ildə Böyük nazir təyin olunmuşdur. 1885-ci ilə kimi bu postda qalmışdır. 1889-cu ildə Yaponiyanın Baş naziri vəzifəsini yerinə yetirmişdir.

Sanetomi yuxarı vəzifələri tutan siyasətçi olsa da, çəkingən şəxsiyyətə malik idi. Koreyanın işğalı məsələsi kimi böhranlar zamanı İvakura və digərlərinin təsirinə düşürdü.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Kazoku Kateqoriya:Meyci islahatları Kateqoriya:Kuqe Kateqoriya:Sanco ailəsi Kateqoriya:Yaponiya baş nazirləri Kateqoriya:Qripdən ölənlər Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Tokioda vəfat edənlər