Zaur Cəfərov (tam adı: Cəfərov Zaur Əliağa oğlu; ) — Azərbaycan Pauerliftinq Federasiyası (APF) yığma komandasının üzvü, Azərbaycan Respublikasının İdman Ustası, Azərbaycanın Respublikasının Əməkdar İdman Ustası, Elitar idmançı, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli hakim, dünya və Avropa rekordçusu, mütləq dünya və mütləq Avropa çempionu, dünya və Avropa kubokunun sahibi, Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin üçqat qalibi və iki dəfə mütləq çempionu, 7 qat dünya, 8 qat Avropa çempionu, Qran-Prinin qalibi, dəfələrlə Respublika çempionu. O, həmçinin Dünya Pauerliftinq Konqresinin (World Powerlifting Congress – WPC) Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi və prezidentidir. Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini 3-dəfə yerinə yetirmış Elitar idmançı. 2022-ci ildə Rusiyada keçirilən dünya kubokunda Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini yerinə yetirərək "Elitar idmançı" titulunu qazanıb. 2023-cü ildə Qırğızıstanda keçirilən Avropa çempionatında ikinci dəfə "Elitar idmançı" tituluna yiyələnib. Göstərdiyi yüksək nəticələrə görə Pauerliftinq üzrə Ümumdünya İdman Təşkilatının rəhbərliyi tərəfindən 2023-cü ildə Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-Pri turnirində pauerliftinqin ən yüksək mükafatı olan "Elitar üzüklə" təltif olunub. 2024-cü ilin 2 dekabr tarixində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən dünya çempionatında 3-cü dəfə "Elitar idmançı" titulunu qazanıb.
Bioqrafiyası
Təhsili 5 sentyabr 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 32 nomrəli Texniki və Təbiət Elmləri liseyində alıb. 1998–2002-ci illərdə Azərbaycan Texniki Universitetinin (MBM) "Mühəndis biznesi və menecment" fakültəsini bakalavr, 2002–2004-cü illərdə Azərbaycan İqtisad universitetinin "İqtisadiyyat və idarətmə" fakültəsini fərqlənmə diplomu ilə magistraturasını bitirib. 2004–2007-ci illərdə Sumqayıt Dövlət Universitetinin "Aqrar sahədə heyətin idarə edilməsi" ixtisası üzrə doktoranturanı müdafiə etmişdir.
İdmançı karyerası 1997-ci ildən etibarən həvəskar idmanla məşğul olmağa başlayıb, sonralar isə pauerliftinq idman novündə respublika cempionatlarına qatılıb. İlk iştirak etdiyi respublika birinciliyində, 2010-cu ildə, fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Sonralar Azərbaycan Pauerlifinq Federasiyasının milli heyətinə cəlb olunub. Respublika yarışlarında uğurla çıxış edən Zaur, ABŞ-də keciriləcək dünya çempionatına vəsiqə qazanib. 2011-ci ildə Amerikada keçirilən dünya çempionatının qalibi olub. 2014-cü ildə Azərbaycan, Bakıda keçirilən Avropa çempionatında gümüş mükafata sahib olmuşdur. 2015-ci ildə "The first" mükafatına layiq görülərək, "İlin idmançısı" seçilib. 2017-2018-2019-cu illər dünya və Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pillələrində yer almış və həmən illərdə Heydər Əliyevin xatırəsinə həsr olunmuş beynəlxalq turnirlərin qalibi və iki dəfə mütləq çempionu olmuşdur. 2018-ci ildə Amerika, Florida ştatında keçirilən dünya çempionatında qalib olmuşdur. 2019-cu ildə Finlandiyanın Lahti şəhərində təşkil olunan dünya çempionatının mütləq dünya çempionu adına layiq görülüb. 2019-cu ildə Beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruduğuna görə, Azərbaycan Pauerliftinq federasiyası tərəfindən fəxri fərmanla təltif edilib. 2020-ci ildə Zaur Cəfərova Azərbaycanın əməkdar idman ustası fəxri adı verilib. 2021-ci ilin dekabr ayında Rusiayanın paytaxtı Moskva şəhərində keçirilən dünya çempionatında yeni dünya rekorduna imza atıb. 2022-ci ilin iyun ayında Macarıstanın Kiskunfeledhaza şəhərində keçirilən Avropa çempionatında Avropa rekordunu yeniləyib. 2022-ci dekabr ayında tarixi uğura imza atıb, Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən dünya kubokunda Azərbaycanın pauerliftinq tarixində ilk dəfə olaraq AWPC versiyası (dopinq kontrol diviziyonu) üzrə ən yüksək dərəcə tələbini yerinə yetirərək "elitar idmançı" tituluna yiyələnib və 6-cı dəfə dünya çempionu olub. 2023-cü ilin mart ayında Misirin Hurqada şəhərində keçirilən dünya kubokunda WPC (World Powerlifting Congress)-in rəhbərliyi tərəfindən beynəlxalq dərəcəli hakim adı verilib. 2023-cü ilin iyun ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Avropa çempionatında AWPC versiyası (dopinq kontrol diviziyonu) üzrə ən yüksək dərəcə tələbini yerinə yetirərək ikinci dəfə "elitar idmançı" tituluna yiyələnmış, 6-cı dəfə Avropa çempionu və mütləq Avropa çempionu adına layiq görülmüş, həmçinin 6 dünya və 6 Avropa rekordunu yeniləmişdir. 2023-cü ilin avqust ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Qran-Pri turnirinin qalibi olmuş, turnir çərçivəsində göstərdiyi yüksək nəticələrə görə Pauerliftinq üzrə Ümumdünya İdman Təşkilatının rəhbərliyi tərəfindən pauerliftinqin ən yüksək mükafatı olan "Elitar üzüklə" təltif olunmuşdur. "İlin əzmkar idmançısı" nominasiyası üzrə "Zəfər" 2023 beynəlxalq idman mükafatına layiq görülmüşdür. Mart ayının 8–10-u 2024-cü il Qırğızıstanın paytaxtı Bişkek şəhərində pauerliftinqin WPC/AWPC versiyası üzrə keçirilən Açıq Asiya çempionatına beynəlxalq dərəcəli hakim Zaur Cəfərov baş hakimlik etmək üçün dəvət olunub, turnir çərcivəsində 2023-cü il iyunun 21–25-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş pauerliftinqin (AWPC, dopinq kontrol versiyası) üzrə Açıq Avropa çempionatında 6 dəfə dünya və 6 dəfə Avropa rekordunu yenilədiyinə və həmçinin 300 kiloqram nəticə ilə ən yüksək dərəcə tələbini yerinə yetirdiyinə görə Qırğızıstan Pauerliftinq Federasiyasının (WPC-AWPC) prezidenti Dmitriy Dorojenko tərəfindən 2-ci dəfə pauerliftinqin üzrə ən yüksək mükafat olan "Elitar Üzüklə" təltif olunub. 2024-cü il 9–15 iyun tarixlərində Finlandiyanın Salo şəhərində pauerliftinqin AWPC/WPC versiyası üzrə keçirilən Avropa çempionatında AWPC versiyası üzrə 7-ci dəfə Avropa çempionu olub, həmçinin yeni Avropa və dünya rekorduna imza atıb və yarışın mütləq çempionu adına layiq görülüb. 2024-cü il 1-2 dekabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC/WPC/WPSO-A/WPSO versiyası üzrə dünya çempionatıda 7-ci dəfə dünya çempionu olub, həm də 3-cü dəfə “Elitar idmançı” tituluna yiyələnib. 2026-cı il iyunun 1–6-da İrlandiyanın Limerik şəhərində təşkil olunan WPC/AWPC Avropa çempionatında Zaur Cəfərov yarışın ilk günlərində baş hakim kimi fəaliyyət göstərib. Hakimlik missiyasını başa vurduqdan dərhal sonra turnirdə idmançı kimi platformaya çıxan Cəfərov, AWPC (dopinq kontrollu) versiyası üzrə bench-press (uzanaraq ştanq qaldırma) hərəkətində 320 kiloqram nəticə göstərib. Bu nəticə ilə o, yeni dünya və Avropa rekordunu təzələyərək turnirin mütləq çempionu adına layiq görülüb və karyerasında 8-ci dəfə Avropa çempionu tituluna sahib olub.
Dərəcələri Azərbaycan Respublikasının İdman Ustası Azərbaycan Respublikasının Əməkdar İdman Ustası Eltar idmançı Beynəlxalq dərəcəli idman ustası Beynəlxalq dərəcəli hakim Bodibildinq üzrə təlimatçı məşqçi Ailəsi
Ailəlidir, 3 oğul övladı var. Atası — Əliağa Cəfərov, anası — Elmira Cəfərova.
Nəticələri SıraİlYarışÖlkəNəticə12011Dünya Çempionatı Amerika122013Avropa Çempionatı Azərbaycan032014Avropa Çempionatı Azərbaycan242017Beynəlxalq Turnir Azərbaycan152017Dünya Çempionatı Rusiya162017Dünya Çempionatı Rusiya372018Beynəlxalq Turnir Azərbaycan182018Avropa Çempionatı Rusiya192018Avropa Çempionatı Rusiya1102018Dünya Çempionatı Amerika1112019Beynəlxalq Turnir Azərbaycan1122019Avropa Çempionatı Rusiya1132019Avropa Çempionatı Rusiya1142019Dünya Çempionatı Finlandiya1152021Dünya Çempionatı Rusiya1162022Avropa Çempionatı Macarıstan1172022Dünya Çempionatı Rusiya1182023Dünya Çempionatı Misir0192023Avropa Çempionatı Qırğızıstan1202023Qran Pri Rusiya1212024Avropa Çempionatı Finlandiya1222024Dünya Çempionatı Rusiya1232026Avropa Çempionatı İrlandiya1
Uğurları 26. iyun 2011 – ABŞ, York Pensilvaniya, Dünya çempionatı – I yer 15. iyun 2014 – Bakı, Azərbaycan, Avropa çempionatı – II yer 3. may 2017 – Naxçıvan, Azərbaycan, Heydər Əliyev adına beynəlxalq turnir – I yer 3. may 2017 – Bakı, Azərbaycan, Heydər Əliyev adına beynəlxalq turnir – Mütləq II yer 5. noyabr 2017 – Rusiya, Moskva, Dünya çempionatı – I yer 7. noyabr 2017 – Rusiya, Moskva, Dünya çempionatı – III yer 30. may 2018 – Bakı, Azərbaycan, Heydər Əliyev adına beynəlxalq turnir – I yer 30. may 2018 – Bakı, Azərbaycan, Heydər Əliyev adına beynəlxalq turnir – Mütləq çempion 7. iyun 2018 – Rusiya, Soçi, Avropa çempionatı, Olimpiya V – I yer 11. iyun 2018 – Rusiya, Soçi, Avropa çempionatı, Olimpiya V – I yer 9. noyabr 2018 – ABŞ, Florida, Orlando, Dünya çempionatı – I yer 29. may 2019 – Bakı, Azərbaycan, Heydər Əliyev adına beynəlxalq turnir – I yer 29. may 2019 – Bakı, Azərbaycan, Heydər Əliyev adına beynəlxalq turnir – Mütləq çempion 9. iyul 2019 – Rusiya, Soçi, Avropa çempionatı Olimpiya VI – I yer 12. iyul 2019 – Rusiya, Soçi, Avropa çempionatı Olimpiya VI – I yer 9. noyabr 2019 – Finlandiya, Lahti, Dünya çempionatı – I yer 9. noyabr 2019 – Finlandiya, Lahti, Dünya çempionatı – Mütləq dünya çempionu 17. dekabr 2021 – Rusiya, Moskva Dünya çempionatı – I yer (dünya rekordu) 26. iyun 2022 – Macarıstan, Kiskunfeledhaza, Avropa çempionatı – I yer (open yeni Avropa rekordu, 26. iyun 2022 – Macarıstan, Kiskunfeledhaza, Avropa çempionatı – I yer (sub-master yeni Avropa rekordu) 18. dekabr 2022 – Rusiya, Moskva Dünya Kuboku – I yer (open) 18. dekabr 2022 – Rusiya, Moskva Dünya Kuboku – I yer (master) 18. dekabr 2022 – Rusiya, Moskva Dünya Kuboku – "Elitar idmançı" titulu 7. mart 2023 – Misir, Hurqada Dünya Kuboku – Beynəlxalq dərəcəli hakim adı 26. iyun 2023 – Qırğızıstan, Bişkek Avropa çempionatı – I yer (6 dünya və 6 Avropa rekordu) 26. iyun 2023 – Qırğızıstan, Bişkek Avropa çempionatı – Mütləq Avropa çempionu 26. iyun 2023 – Qırğızıstan, Bişkek Avropa çempionatı – 2-ci dəfə "Elitar idmançı" titulu 20. avqust 2023 – Rusiya, Moskva Qran-Pri turniri – I yer (open) 20. avqust 2023 – Rusiya, Moskva Qran-Pri turniri – I yer (master) 20. avqust 2023 – Rusiya, Moskva Qran-Pri turniri – Pauerliftinqin ən yüksək mükafatı olan "Elitar üzüklə" təltif 7.mart 2024 – Qırğızğstan, Bişkek Açıq Asiya çempionatı — 2-ci dəfə "Elitar üzüklə" təltif 14.iyun 2024 — Finlandiya, Salo Avropa çempionatı — I yer (open yeni dünya və Avropa rekordu) 14.iyun 2024 — Finlandiya, Salo Avropa çempionatı — Mütləq Avropa çempionu 02.dekabr 2024 - Rusiya, Moskva dünya çempionatı - I yer ( 3 cü dəfə “Elitar idmançı” titulu) 06.iyun 2026 — İrlandiya, Limerik Avropa çempionatı — I yer, Mütləq Avropa çempionu, (open yeni dünya və Avropa rekordu)
İstinadlar
Xarici keçidlər
Dördqat dünya və dördqat Avropa çempionu Zaur Cəfərov Prezidentə yazır "Ağrıya dözməyi bacarırsansa, qalib gələcəksən" Öz ölkəni dünyada tanıtmaqdan gözəl stimul ola bilməz – Zaur Cəfərovun müsahibəsi Çempiondan Prezidentə: "Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz" Bayraq günü bayrağımız ucaldı Atletimiz Zaur Cəfərov Moskvada keçiriləcək pauerliftinq üzrə beynəlxalq turnirə dəvət alıb Zaur Cəfərov pauerliftinqin ən yüksək mükafatı olan "Elitar Üzüklə" təltif olunub Moskvada pauerliftinqçilərin dünya birinciliyi Zaur Cəfərovdan, Hörmətli cənab Prezident. Pouerliftinqçilərimiz Moskvadan uğurla qayıdıblar Elitar idmançımız Zaur Cəfərovdan 300 kq nəticə ilə 6-cı Avropa çempionatında möhtəşəm qələbə Zaur Cəfərov pauerliftinq üzrə altıqat dünya çempionu olub 300 kq nəticə ilə möhtəşəm qələbə! Pauerliftinqçimiz Zaur Cəfərovdan tarixi nailiyyət Zaur Cəfərovdan, Prezidentə təşəkkür məktubu Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb Pauerliftinq üzrə dördqat dünya çempionu Zaur Cəfərov növbəti qələbəsini qazanıb Azərbaycan idmançısı karyerasında beşinci dəfə pauerliftinq üzrə dünya çempionu olub Pauerliftinqçimiz Zaur Cəfərov beşinci dəfə dünya çempionu olub